
Əgər sən həyatını bayrama çevirmək
istəyirsənsə, o zaman üç gündəlik hərəkət üzrə adət (vərdiş) yaratmaq gərəkdir.
Onları hər bir gün etmək lazımdır və həyat sistematik olaraq inkişaf edəcək və
yaxşılaşacaq.
Birinci addım - Gimnastika və ya istənilən fiziki aktivlik.
Bədənini yaşamağa vadar et. Ona göstər ki, o sənə sağlam, qüvvətli və aktiv
halda lazımdır. Bədən də sənin gündəlik sorğuna cavab verəcək.
İkinci addım - Hədəf və ona çatmaq üçün 5 hərəkət. Ən azı
bir, lakin gündəlik olaraq hədəf istiqamətində hərəkət etmək lazımdır.
Üçüncü addım - Gündəlik olaraq nəsə yeni bir şey öyrən. Sənin
beynin bədənin kimi yeni sxemlərə (neyron rabitələri) ehtiyaclıdır. Yeni bilgilər
və bacarıqlar, dünən əlçatmaz olan (və ya hesab edilən) nəticələri əldə etməyə
imkan verəcək.
Əgər sən bu vərdişi yarada bilsən - o
zaman təəssürat və müvəffəqiyyət dolu xoşbəxt həyat sənə zəmanət
verilmişdir.
Tərcümə
və tərtib: Fərid Abdullah.
Комментариев нет:
Отправить комментарий