Sisəy


Bir amerikalı dostu hindi ilə insanların hərəkət etdiyi Nyu York Siti küçəsi ilə gedirdi. Hindi qəfil olaraq uca səslə dedi:
- Mən sisəyin səsini eşidirəm.
- Başına hava gəlib?- deyə, amerikalı şəhərin mərkəzi küçəsində qızğın saat zamanı insan kütləsinə göz gəzdirərək cavab verdi. Hər tərəfdə avtomobillər şütüyür, inşaatçılar çalışır, baş üzərindən təyyarələr uçurdu.
- Axı, həqiqətən mən sisəyin səsini eşidirəm - deyə, kimnsə müəssisəsinin qəşəng binasının qarşısında sınmış çiçək ləkinə tərəf hərəkət edərək, hindi israr edirdi.
Sonra o əyildi, bitkinin yarpaqlarını aralayıb, dərdsiz-qəmsiz cır-cır cırıldayan və həyata sevinən sisəyi dostuna göstərdi. 
- Təəccüblüdür,- dost geri çəkildi - Yəqin ki, sənin fantastik duyma qabiliyyətin var.

- Yox əşi. Hər şey sənin nəyin üzərində qurulduğundan asılıdır - deyə, izah etdi.
- Buna inanmaq mənim üçün çox çətindir - amerikalı dedi.
- Di, bax - deyib, səkinin kənarı boyunca bir ovuc qəpik boşaltdı.
Elə bu dəm yoldan keçənlər başlarını hərlətməyə (o yan-bu yana baxıb), pulların onların cibindən tökülüb-tökülməməsini yoxlamaq üçün ciblərini eşələməyə başladılar.
- Görürsənmi, - hindinin gözləri parıldadı - hər şey sənin nəyin üzərində qurulmağından aslıdır.

Tərcümə, tərtib: Fərid Abdullah.




Комментариев нет:

Отправить комментарий