Birinci sinif müəlliməsi Miss Nilamın (28
yaş) şagirdlərindən biri ilə (əlaqədar) çətinlikləri meydana çıxdı. O, soruşdu:
- Sənə nə olub, oğlan?
Oğlan cavab verdi:
- Mən birinci sinif üçün çox ağıllıyam.
Bacım üçüncü sinifdədir, amma mən ondan ağıllıyam! Düşünürəm ki, mən üçüncü
sinifdə oxumalıyam!
Miss Nilam üçün bu yetərincə kifayət idi. O, oğlanı
direktorun yanına apardı. Gözləmə otağında olan zaman, müəllimə direktora bütün
əhvalatı anlatdı. Direktor dedi ki, o, oğlanla test keçirəcək və əgər
suallardan hər hansı birinə cavab verə bilməsə, birinci sinifə geri qayıtmalı
və özünü yaxşı aparmalı olacaq. Müəllimə razılaşdı. Oğlanı kabinetə gətirdilər,
qaydaları izah etdilər və o, testi keçməyə razılıq verdi. Direktor:
- 3 x 3 neçə edir?
Oğlan:
- 9.
Direktor:
- 6 x 6 neçə edir?
Oğlan:
- 36
Müəllimin fikrinə
əsasən, üçüncü sinif şagirdinin bilməsi lazım olan cavabların hər biriylə bu
cür oldu (Yəni müvəffəqiyyətlə cavab verdi). O zaman direktor Miss Nilama üzünü
çevirərək dedi:
- Düşünürəm ki, oğlan
üçüncü sinifə gedə bilər.
Bu zaman Miss
Nilam direktora cavab verdi:
- Mənim öz
suallarım var. Olar, oları verim?
Oğlan və direktor
başları ilə razılıqlarını bildirdilər.
O başladı:
- İnəkdə 4 və
məndə yalnız 2 sayda olan nədir?
Oğlan fasilədən
sonra dedi:
- Ayaq.
Miss Nilam:
- Sənin şalvarında
nə var ki, mənimkidə yoxdur?
Oğlan:
- Cib.
Miss Nilan: O, K
hərfi ilə başlayır və S hərfi ilə bitir, tüklüdür, uzunsovdur, içərisində
ağımtıl maye ilə dadlıdır?
Oğlan:
- Kakos.
Miss Nilam:
- Daxil olan zaman
möhkəm və çəhrayı, çıxdığı zaman yumşaq və yapışqan (halda) çıxan nədir?
Direktor gözləri
yumulmuş, donub qalmış halda və cavab verməyi qabaqlaya bilməyərək
Oğlan:
- Saqqız.
Miss Nilam:
- Kişi ayaq üstə,
qadın oturaraq, it isə üç ayaq üstündə nə edir?
İndi isə,
direktorun gözləri sözün əsl mənasında bərəldi, lakin o bir şey demək istəməyə
macal tapmamış
Oğlan:
- Əl uzadır.
Miss Nilam:
- İndi mən sənə
"Mən kiməm" kateqoriyasından suallar verəcəyəm, yaxşı?
Oğlan:
- Aha.
Miss Nilam:
- Sən mənə payanı
söykəyirsən. qaldırmaq üçün, sarıyırsan. Və mən səndən əvvəl nəm oluram:
Oğlan:
- Çadır.
Miss Nilam:
- Mənə barmaq
daxil olur. Darıxdığın zaman məni salıb, çıxardırsan. Ən yaxşı kişi məni
birinci olaraq əldə edir (alır).
Direktor çox
narahatdır, gərgindir və bir qurtum su içmək istəyir.
Oğlan:
- Nişan üzüyü.
Miss Nilam:
- Mən müxtəlif
ölçülərdə oluram. Mənə xoş olanda, qazıram. Məndən içəri üfürdükdə, mənə yaxşı
olur.
Oğlan:
- Burun.
Miss Nilam:
- Mənim sərt milim
var. Sonum sancılandır. Hərəkət zamanı əsirəm.
Oğlan:
- Ox.
Miss Nilam:
- Hansı söz F
hərfi ilə başlayır, K hərfi ilə bitir və anlamı çoxlu isti və həyəcan deməkdir?
Oğlan:
- Firetruck
(Yanğın söndürən)
Miss Nilam:
- Hansı söz F
hərfi ilə başlayıb K hərfi ilə bitir və mənası o olmayan zaman əl ilə işləmək
lazımdır deməkdir?
Oğlan:
- Fork (çəngəl)
Miss Nilam:
- Bu bütün kişilərdə var, kimdəsə
digərlərinkindən uzundur. Ata özünkü ilə heç istifadə etmir. Toydan sonra kişi
onu arvadına verir.
Oğlan:
- Soyad.
Miss Nilan:
- Kişinin hansı
orqanında sümük yoxdur, əzələ və çoxlu venadan ibarətdir. O döyünür və insan
hiss keçirəndə cavab verir (daha çox çırpınır)?
Oğlan:
- Ürək.
Direktor
yüngülcəsinə nəfəs aldı və müəlliməyə dedi:
- Onu Kembric
Universitetinə yollayın! Sonuncu 10 suala mən özüm səhv cavab verdim!!!
Tərcümə
və tərtib: Fərid Abdullah
Комментариев нет:
Отправить комментарий