
1. Əgər sən indi yuxuya getsən, o zaman,
sözsüz ki, arzuladığın yuxuna gələcək. Əgər yuxu əvəzinə təhsili seçsən, o
zaman şəxsi arzunu həyata keçirəcəksən.
2. "Artıq çox gecdir" düşündüyün
zaman, əslində, hər şey hələ ki, tezdir.
3. Təhsil (təlim) məşəqqəti fəqət
müvəqqəti bir şeydir. Savadsızlığın məşəqqəti - daimidir (əbədidir).
4. Təhsil - zaman deyil. Təhsil - cəhddir
(səy göstərməkdir).
5. Həyat - təhsil demək deyil, amma əgər
sən onun hissəsini belə, keçə bilmirsənsə, elə isə, ümumiyyətlə sən nəyə
qadirsən (nə bacarırsan)?
6. Gərginlik və səy göstərmək zövq (və ya
məmnuniyyət) də ola bilər.
7. Yalnız hər şeyi daha tez edən kəs,
yalnız cəhd göstərən kəs, sözün əsl mənasında şəxsi uğuru ilə həzz ala bilər.
8. Hər şeyə vaxtında çatmaq (və ya hər
şeyi zamanında görmək) hər kəsə verilməyib. Lakin uğur yalnız özünü
təkmilləşdirmə və qətiyyətliliklə gəlir (əldə olunur).
9. Vaxt uçur (sürətlə hərəkət edir).
10. Bu günkü ağız suyu sabahkı göz yaşları
ola bilər.
11. Gələcək üçün bir şeylər qoyanlar
(zəxirə və ya azuqə toplayanlar) - realistlərdir.
12. Sənin zəhmət haqqın (maaşın) birbaşa
təhsil səviyyənə uyğun proporsional olmuşdur.
13. Bu gün heç vaxt təkrarlanmayacaq.
14. Hətta hal-hazırda sənin düşmənlərin
həriscəsinə kitabları vərəqləyirlər.
15. Tərləməsən, qazanmazsan.
Tərcümə
və tərtib: Fərid Abdullah
Комментариев нет:
Отправить комментарий