
Bir dəfə siçan diqqət
etdi ki, fermanın sahibi tələ quraşdırıb. O, bu haqda toyuq, qoyun və inəyə
danışdı. Lakin onların hamısı: "Siçan tələsi - sənin problemindir, bizə
heç bir aidiyyatı yoxdur!" - dedi.
Bir az sonra siçan
tələsinə bir ilan düşdü və fermerin arvadını sancdı. Onu sağaltmaq üçün,
toyuqdan şorba hazırladılar. Sonra, xəstəyə baş çəkməyə gələnlərin hamısını
yedirtmək üçün qoyunu kəsdilər. Və nəhayət, dəfn mərasiminə gələn qonaqları
layiqli yedirtmək üçün inəyi kəsdilər.
Bütün bu zaman ərzində
siçan baş verənləri divarda olan bir deşikdən izləyirdi və heç kəsə aidiyyatı
olmayan şeylər barədə düşünürdü.
Tərcümə: Fərid Abdullah
Комментариев нет:
Отправить комментарий