1. Hər gün heç olmasa bir yeni söz öyrənin
Yeni söz eşitmisiniz və ya oxumusunuzsa,
onu "Vikipediya" və ya izahlı lüğətdə (axtarıb) tapın. Onun mənasını
oxuyun, bu terminlə əlaqəli təsvirinə baxın. Sonra gün ərzində bir neçə dəfə
onu istifadə etməyə çalışın.
2. Səsinizi diktafona yazın və nitqinizi
analiz (təhlil) edin
Bu gözəl nitqə malik olmaq üçün birinci
addımdır. Bir müddət sizə elə gələ bilər ki, sanki tamamilə yad bir səs
eşidirsiz.
Kəkələmə, parazit-sözlər (əlavə və mənasız
sözlər, məs: «guya», «məsələn», «əslində», «di», «belə», «necə deyərlər»,
«məhz», «ümumiyyətlə», «başa düşürsən» və s.) həddindən artıq sürətli nitq -
kənardan nitqi eşitdikdə, bu (cür) çatışmamazlıqları asanlıqla tapırıq. Şəxsi
zəif tərəfləri təyin edib, nəyin üzərində işləməyin gərəkli olduğunu
anlayacaqsız.
3. Öz üzərinizə natiqlik rolunu (vəzifəsini)
götürün
Nə üçün insan açıq (camaat arasında) çıxış
etməkdən qorxur? Bu, şəxsi çıxış barədə inanmsızlıq, etiraz həmlələri
qarşısında qorxunun şərtləşdirilməsidir (Yəni, insan elə düşünür ki, onun
çıxışı uğursuz alınacaq və etirazla qarşılanacaqdır - F.A).
Problemlərin həlli - praktikadır.
Velisopeddə hərəkət etməyi öyrənmək üçün - velisoped sürmək lazımdır.
- Özünüz üçün kiçik bir çıxış yazıb,
onları güzgü və ya yaxın insanlar qarşısında məşq edin.
- Yığıncaq və iclaslarda tez-tez çıxış
etməyə çalışın. Misal üçün, sizin şöbəniz adından çıxış hazırlamaq lazım olduğu
zaman, üzərinizə natiqlik vəzifəsini götürün.
- Masa ətrafında dostlar əhatəsində
olarkən, gözəl arzular, sağlıq söyləməklə məşq edin.
4. İntonasiyaları məşq etdirin
Bir şeiri və ya kitabdan olan hissəni -
işgüzar, şivəli (şux), mehriban, kobud və s. müxtəlif səslərlə oxumağa çalışın.
Müxtəlif çalarlar verin və diqqət edəcəksiz ki, eyni mətn müstbət
qüvvələri (təsir) oyatmağa malikdir.
Natiqlik sənətinə yiyələnmək üçün bu, əla
trenajordur.
5. Yaxşılardan nümunə götürün
Məşhur natiqlərə qulaq asın, onların
çıxışlarını təhlil edin və onları dahi natiq edən şeyin nə olduğunu anlamağa
çalışın.
Tədricən siz əminlik qazanacaq və özünüzü
həm də ətrafdakıları istedadlı natiq olduğunuza dair razı salacaqsız.
Tərcümə
və tərtib: Fərid Abdullah.
Комментариев нет:
Отправить комментарий