
Bir dəfə dükanda satıcı
ilə balaca bir oğlanın danışığının şahidi oldum:
- Təəssüf edirəm, amma
bu gəlinciyi almaq üçün sənin pulun çatmır.
Bu zaman oğlan üzünü
mənə çevirib dedi:
- Əmi, doğurdanmı pulum
çatmır?
Pulları saydım və dedim
ki, həqiqətən pul çatmır.
Bazarlığın xərcini
ödədikdən sonra uşağa yaxınlaşdım. O hələ də gəlinciyi əlində tutmuşdu.
Soruşdum:
- Bu gəlincik sənin
nəyinə lazımdır?
- Bu gəlinciyi mənim
bacım arzulayırdı. Bunu ona hədiyyə etmək istəyirdim. Lakin indi gəlinciyi
anama verməliyəm ki, bacımın yanına gedəndə ona versin.
Gözləri çox qəmgin idi.
- Bacım Allahın yanına
gedib. Atam dedi ki, anam da tezliklə onun yanına gedəcək.
Ürəyim az qala dayanacaqdı.
Oğlana dedim:
- Bir halda ki, pulların çatdığını düşünürsən, bəlkə bir daha onları sayaq?
Ona göstərmədən, cəld pullarımdan əlavə edərək yenidən saymağa başladıq. Gəlinciyi almaq üçün kifayət edirdi, hətta artıq da
qalmışdı.
Oğlan dedi:
- Allahım, mənə yardım
etdiyinə görə sənə təşəkkürümü bildirirəm. Dünən yatmamışdan əvvəl, bazarlıq
etmək üçün Allahdan mənə yardım etməsini istədim. Və O məni eşitdi. Mən həm də
anama ağ qızılgül almaq üçün bir az pulum olmasını istəyirdim. Amma bu barədə
Allahdan heç nə istəmədim. Amma o mənə həm gəlincik, həm də qızılgül almaq üçün
kifayət qədər pul verdi.
Evə getdiyim zaman
oğlan uşağı başımdan çıxmırdı. Xatırladım ki, bu yaxınlarda sərxoş sürücünün
bir qadın və bir uşağı vurduğu barədə qəzetdə xəbər getmişdi. Qız yerindəcə
həlak olmuşdu, qadın isə ağır vəziyyətdə idi. Olmaya bu dükandakı həmin oğlanın
ailəsi idi?
Bir neçə gündən sonra
gənc qadının dünyasını dəyişməsi barədə qəzetdə xəbər getdi.
Dəfn mərasiminin nə
zaman keçiriləcəyini öyrəndim və ora getdim. Amma deyə bilmərəm ki, məni
hərəkətə gətirən nə idi.
Qadın tabutda idi, onun
sinəsində ağ qızılgül və gəlincik var idi. Bir an təsəvvür etdim ki, oğlana
inanmasaydım nələr olardı, dəhşətə gəldim.
Bu hadisəni heç vaxt
yaddan çıxartmayacağam.
Tərcümə və tərtib:
Fərid Abdullah.
Комментариев нет:
Отправить комментарий