
1. "Hə, lap yaxşı!"
Adətən bu sözü qadınlar mübahisənin
axırında - haqlı olduqları və sizin susmağınızın (mumlamaq) gərəkli olduğu
zaman işlədir.
2. "Cəld gəlirəm! 5 dəqiqə!"
Bu ifadə iki mənada işlənə bilər: Əgər
qadın bu ifadəni evdən çıxmağa hazırlaşarkən söyləsə, "5 dəqiqə"
yarım saata qədər bərabərləşəcək. Amma, "ev işlərində yardım etmək"
üçün sizə futbol oyununun birinci hissəsini izləməyə fəqət beş dəqiqə vaxt
veriblərsə, o zaman əmin olun, bu düz beş dəqiqə sürəcək!
3. "Heç nə baş verməyib"
Bax bu isə, tufandan qabaqkı
sakitçilikdir. Bu "heç nə" mütləq nəyisə ifadə edir, belə ki, ayıq
olun. "Heç nə baş verməyib (olmayıb)" dən başlayan mübahisələr,
adətən "mükəmməl" nəticələnir.
4. "Di (tez
ol), davam elə"
Bu çağırışdır,
icazə vermək deyil. Buna görə də, məbadə davam edəsiz!
5. Ucadan ağır
nəfəs alma (köksünü ötürmə)
Sözlə ifadə
olunmayan bu bəyanat çox vaxt kişilər tərfindən düzgün anlaşılmır.Ucadan nəfəs
alma təxminən bunu ifadə edir: O sizi tamamilə ağıldan kəm (gic) hesab edir və
anlamır ki, nə üçün zamanını burda durub, sizinlə boş-boşuna mübahisə etməkə
sərf edir.
6. "Hər şey
yaxşıdır"
Kişinin qadından
eşidəcəyi ən təhlükəli bəyanlardan biridir. "Hər şey yaxşıdır" -
sizin səhvinizə görə harda, nə şəkildə altını çəkəcəyiniz barədə düşünməsi üçün
taym-aut götürdüyü deməkdir.
7. "Sağ
ol" (Təşəkkür edirəm)
Əgər qadın sizə
"sağ ol" deyibsə, nə üçün dediyini soruşmayın. Sadəcə olaraq, ona
"dəyməz" deyin. Burada incə bir həqiqət, nöqtə var: Əgər sadə bir
"sağ ol"un yerinə "Çox sağ ol!" (vurğu "çox"
sözünün üzərinə düşürsə) eşitsəz, o zaman onun səsində səslənən xəfif sarkazmı
yerindəcə hiss etməlisiz. Bundan sonra heç vaxt "dəyməz" deməyin. Əks
təqdirdə "əhəmiyyətli deyil" (boş şeydir) əmələ gələcək.
8. "Əhəmiyyətli deyil" (Boş
şeydir)
Bu kişini mühakimə edib, onu ağlı-gümanı
olmayan bir yerə "rədd etmək" üçün gözəl qadın üsuludur.
9. "Narahat olma, özüm
(edərəm)..."
Yenə də təhdidedici bir bəyan, daha çox
qadının ərindən bir neçə dəfə nəyisə etmək barədə xahiş edib (zibilləri atmaq,
evdə sülənən corabları yığmaq, mismarı vurmaq), lakin onun kreslodan belə
qalxmadığını aşkar etdib, hər şeyi özü etməyə başladığı zaman dediyi ibarədir.
Bundan sonra, bu durum "Nə qaydasında deyil?" (və ya "Nə olub
axı?") kimi axmaq kişi sualına çevrilir.
Tərcümə
və tərtib: Fərid Abdullah
Комментариев нет:
Отправить комментарий