Bizə yalan danışılan hallarlarla kifayət
qədər tez-tez qarşı-qarşıya gəlirik. Kimin üçünsə yalan danışmaq pis adətə
(vərdişə), kimin üçünsə həqiqi bir qüsura çevrilib. Yalanla biz hər yerdə -
ailədə, işdə, supermarketdə və s. rastlaşırıq. Hansısa bir yalanı qulaqardına
vurmaq olar, amma bəzən bizə doğru və ya yalan danışıldığını sadəcə olaraq
anlamaq gərəkdir. Yalanın göstəricilərini təyin etmək üçün həmsöhbətə diqqətlə
baxıb və qulaq asırıq.
Birinci addım
Zahiri (xarici) əlamətlər daha aşkar
bilinəndir. İnsan üz cəhətdən dəyişir, onun qızarması, rənginin qaçması,
kəkildəməsi, öskürməsi mümkündür. Əsəb (sinir) gülüşü, tərləməyin güclənməsi,
tərin aşkar olunması görünə bilər. Həmçinin səsin tembri, danışığın sürəti
dəyişə, səliqəsiz ton zahir ola bilər.
İkinci addım
Adətən əl-qol hərəkətləri də yalançını
aşkar edir. Jestlər müəyyən hədəfi olmadan, sanki qeyri təbii daim vurnuxan (və
ya təlaşda olan, qərarsız) və kiçik (qısa) olur. İnsan geyimini düzəltməyə,
burnunu, qulağını, yanağını qaşımağa, dayanmadan saçlarını düzəltməyə, hər
hansı bir əşyaları əlində dartışdırmağa başlayır.
Üçüncü addım
Yalançının üzündəki emosiyalar sizə deyə
bilər ki, insan doğru olmayan bir şeyi danışmağa hazırdır. Sual verildikdən
sonra ilk anda həmsöhbətin simasında həqiqi hisslər əks olunur. Üz özünü itirmə
(çaşqınlıq), karıxma, hürkmə və şübhəni əks etdirə bilər. Elə bu zaman insan
düzgünlüyünü inandırmağa çalışmaqla danışmağa və ya məsumluğunu sübut etməyə
başlayır, diqqətli olmaq gərəkdir. Danışıq sürəti və ya əl-qol hərəkətləri
yavaşıya bilər, bu da o deməkdir ki, insan həqiqətə oxşayan bir cavab tapmaq
üçün bir neçə saniyə fikrə getdi (düşündü).
Dördüncü addım
Ünsiyət zamanı duruş (vəziyyət). Yalanı
gizlətmək üçün insan, adətən müdafiə mövqeyini tutur, hansı ki, (bu mövqe)
aqressiv də ola bilər. O, həmsöhbətini lovğa halda ittiham edərək, hücum edə
(üstünə gedə) bilər. Yalançı həmsöhbətinin gözlərinə baxmamağa və yan tərəfdən
- onunla üzbəüz dayanmadan yerləşməyə (mövqe tutmağa) çalışır. Və ya qəsdən bir
pozada da (masaya dirsəklənmək, gülərək kresloya sərilmək) dura bilər. Və ya
özü və həmsöhbətinin arasında forma cəhətdə özünü kənara çəkmək üçün hər hansı
bir əşyaları yerləşdirməyə çalışmağa cəhd edəcək.
Beşinci addım
Yalançının ifadə (və ya izah) ardıcıllığı
da naqisdir. Nə isə bir şey haqqında danışarkən hərəkəti (və ya hadisəni) bir
ardıcıllıqla izah etməyi bacara bilər. Əgər uyğunsuz şəkildə - zamanın müxtəlif
kəsimlərindən ona sual verildikdə, dolaşığa düşməyə, çaşmağa başlayır, yeni
təfərrüat düşünüb tapmağa çalışır.
Tərcümə
və tərtib: Fərid Abdullah
Комментариев нет:
Отправить комментарий