Bu yaxınlarda Robin Şarmanın “Dahiliyə aparan yol” kitabını oxudum.
Kitabın tanıtımı barəsində belə yazılır:
“Həyatın oyununda xırda uduşlardan
bezmisiniz? Hliss edirsiniz ki, nəsə daha artığına qadirsiniz? Diqqətəlayiq
uğurlara nail olmağa, heyranedici nəticələrə çatmağa və öz daxili
potensialınızı reallaşdırmağa hazırsınız?
Onda bu gözəl kitab məhz sizin üçün yazılıb. Həyat eşqi, həvəs və ilham verən, çalışqanlığa sövq edən, yüksək ideyalarla dolu olan bu kitab tezliklə ideal həyat haqqındakı arzularınızı reallaşdırmaqda sizə kömək edəcək. “Dahiliyə aparan yol” kitabı doğrudan da sizin daxili potensialınızı aşkar etmək və ən yaxşı şəxsi keyfiyyətlərinizi oyatmağa qadir olan nadir kitablardandır.
Kitabdakı real həyata bağlı dolğun həqiqətlər,
ruhlandırıcı məsləhətlər özünəməxsus “qələbə çalmaq elmi”nə yiyələnmək bu həyatda
daha çox uğur qazanmaq istəyən hər kəsin karına gələcək.
“Dahiliyə aparan yol” həyatımızın bütün
vacib sferalarında əhəmiyyətli nailiyyətlərin dəqiq istiqamətini göstərir və
oxucu onu bir daha unuda bilmir”.
Kitab 101 başlıqda fərqli mövzulardan ibarətdir.
Müəllif hər birində fərqli mövzulardan söz açır, müxtəlif üsullar təqdim edir.
Özüm üçün götürdüyüm qeydləri sizin üçün bölüşürəm:
* 1954-cü ilə qədər hesab olunurdu ki, heç
bir atlet bir mil (1509m) məsafəni dörd dəqiqədən tez qaçaraq qət edə bilməz.
Lakin Rocers Bannister bu sindromu qırdıqdan sonra cəmi bir neçə həftə ərzində
neçə idmançı bu əngəli aşaraq dünya rekordunu təkrarladı. Bu nailiyyəti
başqaları da Rocersin onun mümkünlüyünü sübut etməsindən sonra əldə edə bildi,
hər kəsdə bunun mümkünlüyü ilə bağlı bütün əngəllərə münasibətdə yeni nəzər
nöqtəsi yarandı. Daha sonra öz gücünə inamla silahlanan insanlar zaman-zaman
mümkünsüz hesab olunan neçə böyük uğura imza atdılar.
* Bu həyatdan yalnız bir şey gözləmək olar
ki, onun da adı gözlənilməzlikdir.
* Özüm üçün müəyyən etdiyim təlimlər planı
belədir:
– Daha çox yatmağa yol verdiyim bazar günlərindən
başqa hər gün saat 5-də oyanmaq.
– Oyanandan dərhal sonra 60 dəqiqə çəkən
“Müqəddəs saat”. Bu vaxtı mən fiziki gücümü artırmağa və daxilən təkmilləşməyə
həsr edirəm.
– Həftədə beş dəfə bədən tərbiyəsi üzrə uzun
sürən məşğələ.
– Həftədə bir dəfə 90 dəqiqəlik massaj.
– Dünyaca məşhur dieta. (lakin həftədə bir,
ya da iki dəfə özümə desert yeməkləri qəbul etməyə icazə verirəm — həyatda həddən
artıq korluq çəkmək də olmaz. Əgər restoran və ya kafenin menyusunda “unsuz
şokolad keksi” tapılırsa, mütləq onu sifariş edirəm.)
– Demək olar ki, mən hər gün gündəlik
yazmağa vaxt ayırıram. Bu, özünüdərk hisslərinin formalaşmasına kömək edir.
Gündəlikdə həm də mən gündəlik məqsəd və vəzifələrimi qeyd edirəm, işlərimi
planlaşdırıram, öz təşəkkürlərimi yazıram, yeni ideyalarımı, dərs aldığım məqamiları
yazıb götür-qoy edirəm. Hər gün qiraət üçün vaxt tapıram. (Harvard Business
Review-dən tutmuş Travel-ə qədər, yaxud Lensure-dən Dwell-ə qədər bütün nəşrləri,
o cümlədən də yaxşı kitabları oxuyuram.)
– Gün ərzində, xüsusilə də duş qəbul edərkən
uğurun təsdiqi adlandırdığım müsbət affirmasiyaları təkrar edirəm. Xüsusi vacib
məsələ üzərində fikrimi cəmləşdirməkdə bunlar mənə çox kömək edir. Dürüst
fikirlər öz ardınca dürüst əməllər gətirir.
– Hər gün gələcək planlarımı tutmağa vaxt
ayırıram. Əvvəllər qarşıya qoyulan vəzifələrin siyahısına baxıram. Bunu adətən
bazar günlərində səhərlər edirəm.
– Hər həftə özlüyümdə hərarətini saxlamaq və
özümü böyük ideyalarla əhatə olunmuş kimi hiss etmək üçün heç olmazsa bir
maraqlı adamla söhbət edirəm. Tək bircə söhbət sizin həyatınızı dəyişdirə bilər.
“Businee 2.0” jurnalının nömrələrinin birində menecment Cin Kollinz, öz sələflərinin
mühakimələrindən götürdüyü belə bir fikir deyib:
“Bu gün sizin yeni həyatınızın ilk günü ola
bilər. Hər şey öz əlinizdədir”.
Məndə başqa təcrübə və təlimatlar da var.
Lakin bu sadaladıqlarımı daha çox dəyərləndirirəm. Onlar məndə ən yaxşı hissləri
oyadırlar. Onlardan özünüzə uyğun olanını seçin. Razı olmadığınızı tətbiq etməyin.
Sadəcə olaraq, sizin həyat tərzinizə görə faydalı olanı müəyyənləşdirin. Və elə
bu gün onu həyata keçirməyə başlayın.
* “Əgər sənə elə gəlirsə ki, müəyyən bir şeyə
təsir etmək üçün çox kiçiksən, ağcaqanad olan otaqda yatmağı sına”. Anita
Roddick
* “Bizi başqa insanlara qarşı münasibətdə
qıcıqlandıran hər şey, özümüzü dərk etməyə gətirib çıxara bilər”. Yunq.
* “Ümid edirəm ki, həyatımın sonunda, bircə
istifadə olunmamış istedadım qalmadan Allah qarşısında durarkən deyə biləcəyəm:
“Mən sənin verdiklərinin hamısını qaytara bildim”. Emma Bombeckin
* Stiv Cobs hər dəfə mühüm qərar qəbul edəndə
öz-özündən soruşur: “Əgər bu gün mənim həyatımın sonuncu günü olsaydı, onda nə
edərdim?” Bu sualın arxasında nəhəng ideya gizlənir. O, öz arvadı ilə məhz belə
tanış olub. Bir neçə il əvvəl o, universitetdə məruzə edirmiş.
Onun gələcək həyat yoldaşı auditoriyada
oturubmuş. Qız onun xoşuna gəlir və məruzədən sonra Stiv ona yaxınlaşır. Qız
ona telefon nömrəsini verir. Həmin gün Stiv qızı nahara dəvət etmək istəyir,
lakin o, işgüzar görüş planlaşdırdığından alınmır. Həyatda belə şeylər olur. Stiv
öz maşınına doğru yönələndə öz-özündən soruşur: “Əgər bu gün həyatımda sonuncu
gün olsaydı, onda nə edərdim?” Biz indi, onun cavabının nədən ibarət olduğunu
bilirik. O, dərhal auditoriyaya qayıdır, həmin qızı tapır və özü ilə aparır.
Комментариев нет:
Отправить комментарий