Həmişə bu məsələ Əhli-Sünnə hədislərində
axtarılır. İndi isə gəlin görək şiələrə görə məsələ necədir?
Ölüyə Quran oxumaq düzgündürmü? Bu barədə hədis
mövcuddurmu?
Suala
cavab verməzdən öncə bəzi məsələlərə nəzər salmaq lazımdır. Bu məsələlər həll
olunduqdan sonra bu sualın cavabı da aydın olacaqdır:
İslamın nəzərinə əsasən, ölüm nə deməkdir?
İslama
görə ölüm insanın yoxa çıxması və aradan getməsi anlamında deyil. Əksinə, məna budur ki, insanın yoxluğu qəbul etməyən, yəni
yoxa çıxmayan ruhu bədənilə olan əlaqə və rabitəsini kəsir. Nəticədə bədən
aradan gedir, ruh isə müəyyən zamana qədər öz yaşayışına davam edir. Sonra isə
yenidən bədənə qayıdacaqdır.
Quranda
buyurulur: “Onlar deyirlər: “Biz torpağın içində yox olandan sonra yenidənmi
yaradılacağıq?” Doğrusu, onlar öz Rəbbi ilə
qarşılaşacaqlarını inkar edirlər. De: “Sizə müvəkkil olan ölüm mələyi canınızı
alacaq, sonra da Rəbbinizə qaytarılacaqsınız!” (Səcdə, 10, 11)
Peyğəmbərdən
bu məzmunda hədis rəvayət olunmuşdur ki, mömin fərdlərin dünyadan çıxışı körpənin
ana bətnindən çıxışı kimidir. Belə ki, qaranlıq, sıxıntı də
darlıqlardan aydın və böyük fəzaya daxil olur. (Nəhcül-Fəsahə, h.2645)
İmam Əli
buyurub ki, ey camaat, biz və siz qalmaq (qalıcı olmaq) üçün yaradılmışıq,
aradan getmək üçün deyil. Siz ölüm sayəsində dünyadan
getmirsiniz, əksinə, bir evdən başqa bir evə nəql olunursunuz; Buna görə də
istiqamətinə hərəkət etməniz və əbədi qalmanız labüd olan evə azuqə toplayın.
(Şeyx Müfid, “İrşad”)
İmam Həsəndən soruşdular ki, ölüm nədir?
Cavab verdi ki, ölüm möminə yetişən ən üstün sevincdir. (Mühəccətül-Bəyza)
İmam
Hüseyn buyurub ki, ölüm sizi dünyanın dərd-sərlərindən Allahın rifah və lütfünə
çatdıran bir körpüdür. Necə ki, Allah düşmənləri üçün
saraydan zindana köç etməkdir. (Mühəccətül-Bəyza)
Deməli,
belə nəticə hasil olur ki, ölməklə və cəsədin çürüməsilə ruha bir zərər-ziyan dəymir.
Əksinə, ruhumuz həmişə qalıcıdır. Onun özünə məxsus
azadlıq və əsaləti vardır. Çünki bizim şəxsiyyətimiz bizim ruhumuzdadır. Bədən
və cismimizdə deyil. Ölüm də yoxluq və puçluq deyil. Əksinə, bir aləmdən başqa
bir aləmə keçiddir. İnsanın həyatı bir növ davam etməkdədir.
İndi keçək suala. Ölüyə Quran oxumaq
olarmı?
İnsan
öldükdən sonra ətrafdakıların və möminlərin üzərinə bir neçə əməl vacib olur. Məsələn, qüsul vermək, kəfənləmək, namaz qılmaq, dəfn etmək və
sair əməllər vardır ki, bunlar insan öldükdən sonra önun üçün tezliklə yerinə
yetirilməlidir. Amma bəzi işlər də vardır ki, ölülər üçün onları görmək müstəhəbdir
(yəni bəyənilən işdir).
Ölülər
üçün Quran oxumağın müstəhəb olmasını iki dəlili açıqlamaqla sübut etmək olar:
a) Bəzi rəvayətlər
mövcuddur ki, orada ümumi şəkildə ölüləri yada salmağa dair tövsiyələr
mövcuddur. Həmin rəvayətlərdə həm də qeyd olunur ki,
dünyasını dəyişənlər bizim xeyir işlərdən faydalanırlar. Aydındır ki, Quran
qiraəti də yaxşı və bəyənilən işlərdən biridir.
Məsələn Peyğəmbərdən məzmunu bu cür olan rəvayət nəql olunmuşdur ki, qəbirlərdə olan ölülərinizi yaddan çıxarmayın. Ölülərinizin ehsanınıza (yəni yaxşı və xeyirli işinizə) ehtiyacı vardır. Onlar məhbusdurlar (əlləri heç nəyə çatmır). Sizin yaxşı işlərinizə rəğbətləri var. Özlərinin isə bir iş görməyə qüdrətləri çatmır. Siz onlara sədəqə və dua (vasitəsilə) hədiyyə verin. (Ənvarul-Hidayət)
Məsələn Peyğəmbərdən məzmunu bu cür olan rəvayət nəql olunmuşdur ki, qəbirlərdə olan ölülərinizi yaddan çıxarmayın. Ölülərinizin ehsanınıza (yəni yaxşı və xeyirli işinizə) ehtiyacı vardır. Onlar məhbusdurlar (əlləri heç nəyə çatmır). Sizin yaxşı işlərinizə rəğbətləri var. Özlərinin isə bir iş görməyə qüdrətləri çatmır. Siz onlara sədəqə və dua (vasitəsilə) hədiyyə verin. (Ənvarul-Hidayət)
İmam
Sadiq buyurub ki, ölən kəs ona olunan rəhmət və bağışlama səbəbilə sevinir. Necə ki, diri insan ona verilən bir hədiyyəyə görə xoşhal
olur. (Mühəccətül-Bəyza)
İkinci
qrup rəvayətlər isə ölülər üçün Quran qiraətinin nəticələrini açıqlyır. Məsələn, İmam Rza buyurub ki, kim bir möminin qəbrini ziyarət
etsə və onun kənarında yeddi dəfə “Qədr” surəsini oxusa, Allah onu qəbir sahibi
ilə birlikdə bağışlayar. (Biharul-Ənvar)
Hazırladı: Fərid Abdullah
Quran Evi
Комментариев нет:
Отправить комментарий