Məhrəm olmağa səbəb
olan süd vermənin 8 şərti var:
1. Uşaq
diri qadının südünü içməlidir.
2. Süd
anasının südü şəriət qanunlarına müvafiq doğuşdan olmalıdır. Əgər doğuş
sayəsində olmayan, yaxud zina etmək nəticəsində əmələ gələn südü uşağa
içizdirsələr, heç kəsə məhrəm olmayacaqdır.
3. Uşaq
südü döşdən əmməlidir, yəni, südü onun boğazına töksələr, məhrəm
sayılmayacaqdır.
4. Süd
xalis və qatqısız olmalıdır, heç nə ilə qarışmamalıdır.
5.
Məhrəmliyə səbəb olan süd bir ərdən olmalıdır; yəni süd verən qadına təlaq
verilsə, sonra başqasına ərə getsə və ondan hamilə qalsa, doğana qədər birinci
ərindən südü qalsa, məsələn, doğmamışdan öncə 8 dəfə birinci ərinin südündən, doğandan
sonra 7 dəfə ikinci ərin südündən bir uşağa versə, həmin uşaq bir kəsə məhrəm
olmaz.
6. Uşaq
südü qusmamalıdır.
7. Uşağa
süd vermək – sümükləri həmin süddən bərkiyəcək və bədəninə ət gələcək miqdarda
olmalıdır. Əgər bu həddə yetişib-yetişməməsi məlum olmasa, belə ki, bir sutka
ərzində, yaxud on beş dəfə sonrakı məsələdə deyiləcək şəkildə doyunca süd əmsə
bəs edir. Amma uşağın bir sutka, yaxud on beş dəfə süd əmməsinə baxmayaraq, bu
südün uşağın sümüklərinin bərkiməsində və bədəninə ət gəlməsində heç bir rolu
olmadığı məlum olsa, o zaman vacib ehtiyat əsasında əməl etmək tərk
olunmamalıdır. Deməli, qeyd olunan hallarda onlarla izdivac etməməli və
məhrəmcəsinə nəzər salmamalıdır.
8. Uşağın
iki yaşı tamam olmamalıdır. Əgər iki yaşı tamam olduqdan sonra süd versələr, məhrəm
olmaz. Hətta iki yaşı tamam olmamışdan öncə səkkiz dəfə və ondan sonra yeddi
dəfə süd əmsə, məhrəm olmaz. Amma süd verən qadının doğmasından iki ildən çox zaman
keçsə, südü qalsa və bir uşağa süd versə, həmin uşaq deyilən kəslərə məhrəm
olar.
Südün
məhrəmliyə səbəb olmasının üç meyarı vardır:
1. Südü
elə bir həddə içməlidir ki, camaat arasında ət əmələ gəlməsinə və sümüyün bərkiməsinə
səbəb sayılmalıdır. Onun şərti budur ki, bu işdə yalnız südün rolu olmalıdır, südlə
yanaşı yemək yeməməlidir. Bir az yemək yesə və təsiri olmadığını desələr, eybi
yoxdur. Əgər iki qadından süd əmsə, ət-sümüyün bir qismi bir qadına, digər
qismi isə ikinci qadına istinad edilsə, hər ikisi süd anası sayılacaq. Əgər
ikisinə birlikdə istinad verilsə, məhrəm olmağa səbəb olmaz.
2. Zaman
hesabı ilə: Şərti budur ki, bir sutka ərzində yemək yeməsin, yaxud başqa bir
kəsin südünü əmməsin. Amma əgər su içsə, yaxud dərman qəbul etsə, ya da çox az
yemək yesə, belə ki, “arada yemək yeməyib” – deyilsə, eybi yoxdur. Gecə-gündüz
boyunca ardıcıl olaraq ehtiyac duyduğu, ya meyl etdiyi zaman süd yeməlidir və
bunun qarşısı alınmamaldır. Hətta vacib ehtiyata əsasən, gecə-gündüzün əvvəlini
uşağın acıdığı, axırını isə doyduğu vaxt hesab etməlidirlər.
3. Say hesabı
ilə: Yəni on beş dəfə bir qadının südünü içməlidir və on beş dəfə ərzində başqa
bir kəsin südünü içməməlidir. Amma onlar arasında yemək yeməsinin zərəri yoxdur.
On beş dəfə süd əmmək arasındakı zaman fasiləsinin olmasının eybi yoxdur, Hər
dəfə kamil süd əmməlidir. Yəni, acımış olmalı və tam şəkildə doyuncaya qədər
süd əmməlidir.
Seyid
Sistaninin rəyi əsasında tərtib olunub
Комментариев нет:
Отправить комментарий