– Körpənin doğulmasının yeddinci günündə onun üçün əqiqə (qurbanlığı)
etmələri müstəhəbdir.
– Oğlan uşağı üçün erkək, qız uşağı üçün isə dişi heyvan əqiqə edilməsi
müstəhəbdir.
– Əqiqə etmək istədikləri heyvanın sağlam və kök (ətli) olması müstəhəbdir.
– Körpənin atası və onun çörəyini yeyən adamların əqiqənin ətindən
yemələri məkruhdur. Bu məkruh körpənin anası üçün (Şeyx Vəhidə görə vacib
ehtiyata əsasən) daha da şiddətlidir.
– Əqiqənin dörddə birini körpəni dünyaya gətirən kəsə verilməsi,
dörddə üçünün isə möminlər arasında bölünməsi müstəhəbdir. Daha üstün odur ki,
ondan vəlimə bişirsinlər (yəni qonaqlıq hazırlasınlar) və möminləri dəvət
etsinlər.
– Əqiqənin sümüklərinin sındırılması məkruhdur. Daha üstün odur ki,
onu sınmayacaq tərzdə oynaqlarından ayırsınlar.
– Əgər bir nəfər həddi-büluğ olsa və onun üçün əqiqə edilməmişsə, özü
üçün əqiqə etməsi müstəhəbdir.
F.A.
Fiqh Evi
Onu boyuk qazana qoyub,et sumukden ayrilana qeder bishirmek de olar.
ОтветитьУдалить