Ölüm cismani cahandan və maddi aləmdən Bərzəx aləminə
keçməkdir. (“Məad” Ustad Mütəhhəri)
Qəbzi-ruh etmək üçün ölüm anında Əzrailin iştirak
etməsi qəti məsələ deyil. Əksinə, Quranın zahiri ilə ziddiyyət təşkil edir.
Çünki Quranda dörd dəstə ayə vardır ki, ölümə işarə etmişdir.
Birinci dəstə ayələr ölümü birbaşa olaraq Allaha
nisbət verir: “Allah ölənlərin canını ölüm anında ikən alır”. (“Zumər”, 42)
İkinci dəstə ayələr ölümü Əzrailə – Mələkülmövtə (yəni
Ölüm Mələyinə) nisbət verir: “De: “Sizə müvəkkil olan ölüm mələyi canınızı
alacaq”. (“Səcdə”, 11)
Üçüncü dəstə ayələr ölümü ilahi elçilərə nisbət verir:
“Nəhayət sizlərdən birinə ölüm gəldiyi zaman elçilərimiz onun canını alırlar və
heç bir səhvə yol vermirlər”. (“Ənam”, 61)
Dördüncü dəstə ayələr isə ölümü ilahi mələklərə nisbət
verir. “Nəhl” surəsi, 28 və 32-ci, “Nisa” surəsi 97-ci ayələrə müraciət edə
bilərsiniz.
Nisbət verilməyin fərqli olmasının dəlili budur ki,
ölümün vəziyyəti və səbəbləri müxtəlifdir. Mələklər (yaxud ilahi elçilər) ölümün
daha yaxın illət və səbəbidir. Belə ki, onlar Mələkülmövt tərəfindən
məmurdurlar. Əzrail isə onların fövqündədir və onlara tapşırıqlar verir. O da
birbaşa olaraq Allahdan tapşırıq alır və özü mələklərə tapşırıq verir. Xülasə
odur ki, əsl tapşırıq verən Allahdır, Əzrail tapşrığı yerinə yetirən, mələkləri
isə işin icraçısıdırlar.
Hazırladı: Fərid Abdullah
Quran Evi
Комментариев нет:
Отправить комментарий