Doğrudurmu ki, Cədə Müaviyənin göstərişi əsasında
İmam Həsənə (ə) zəhər vermişdir və doğrudurmu ki, Aişə İmam Həsəni babası Peyğəmbərin
kənarında dəfn olunmasına maneə yaratmış və o həzrətin cənazəsini oxlamışlar?
Cavab: Şeyx Müfid yazır: Müaviyə Yezid üçün beyət
almaq istəyirdi. Amma İmam Həsəni bu işin qarşısında maneə görürdü. Gizli sövdələşmə
etdi ki, onu qətlə yetirsinlər və Cədə ilə saziş bağladı. Onu vadar etdi ki,
İmama zəhər versin. Cədəyə Yezidlə evlənmək vədəsi verdi və onun üçün yüz min
dirhəm göndərdi. Cədə də İmama zəhər verdi”. (“Əl-İrşad”, c.2, s.15; “Biharul-Ənvər”,
c.44, s.157)
Bu mətləb Əhli-Sünnə kitablarında da gəlmişdir. İbn
Səd öz “Təbəqat”ında yazır: “Müaviyə dəfələrlə Həsən ibn Əliyə zəhər vermişdir”
(Tətmim Təbəqat əl-Kübra, c.1, s.352)
İbn Kəsir yazır: “Müaviyə Həsənin yaxınlardından
birini yoldan çıxartdı ki, onu zəhərlə öldürsünlər”. (“Tarix İbn Kəsir”, c.8,
s.47)
Məsudi yazır: Müaviyə Cədəni təhrik etdi ki, Həsəni
öldürsün. Dedi ki, əgər bu cür etsən, sənə yüz min dirhəm göndərərəm və səni
Yezidlə evləndirərəm. Müaviyə Cədə üçün zəhər göndərdi və işi gördükdən sonra vədə
etmiş olduğu pulu ona versə də, onu Yezidlə evləndirmədi. Dedi ki, biz Yezidin
yaşamasını istəyirik (mümkündür ki, sən onu da öldürəsən). Yoxsa səni onunla
evləndirərdim. (“Mürəvvicüz-Zəhəb”, c.2, s.427)
Həmin cərəyanı Əbülfərəc İsfahani və İbn Əbülhədid
Mötəzili də nəql etmişdir. (“Məqatilüt-talibin”, s.80; “Şərhu Nəhcil-Bəlağə”)
“Əl-İstiab” kitabının müəllifi yazır: Həsənə zəhər
vermək Müaviyənin gizli sövdələşməsi və təhrikinə görə olmuşdur. O, Həsənin
arvadına pul verdi ki, bu cür etsin”. (“Əl-İstiab”, birinci hissə, s.389)
Sibt ibn Cövzi də həmin mətləbi açıqlamışdır. (“Təzkirətül-Xəvass”,
s.211)
İbn Əsakir həmin mətləbin tarixini qeyd etmişdir. (“Tarixu
Mədinəti Diməşq”, c.13, s.282)
“Təhzibül-Kəmal” kitabı, c.6, s.252-də yazılıb: “Müavyə
Həsənin yaxınlarından birini yoldan çıxartdı ki, ona zəhər verib, öldürsünlər”.
Zəməxşəri də bu mətləbi yazmışdır. (“Rəbiül-Əbrar”,
c.4, s.208)
“Əqdül-Fərid” kitabının müəllifi yazır: “Həsənin şəhadət
xəbəri Müaviyəyə çatdıqda səcdə etdi və Allaha şükür dedi”. (“Əqdül-Fərid”,
c.4, s.156)
İkinci suala gəlincə, İbn Şəhr Aşub Əhli-Sünnənin
iki böyük alimi Zəməxşərinin “Rəbiül-Əbrar” və Əbdu Rəbbihin “Əqdül-Fərid”
kitabından nəql edərək yazır: Hüseyn və Əbülfəzl Abbas, həmçinin bir başqa dəstə
Həsənin cənazəsini Peyğəmbər məscidinin yaxınlığında xüsusi yerə daşıyırdılar.
Orada onun cəsədinə namaz qıldılar və sonra oradan (cənazəni) əhdi yeniləmək
naminə və Peyğəmbərin məzarı yaxınlığında dəfn etmək üçün apardılar.
Bu əsnada Mərvan ibn Həkəm bir dəstə ilə birlikdə irəli gəldi və fəryad çəkdi ki,
siz Həsən ibn Əlini Peyğəmbərin kənarında dəfn etmək istəyirsiniz.
Başqa bir tərəfdən Aişə də qatıra süvar olmuş halda
onların dəstəsinə qoşuldu və nalə çəkdi ki, siz nə cür mənim heç zaman sevmədiyim
birisini mənim evimə daxil edirsiniz?!”
İbn Şəhr Aşub ardınca belə yazır: “Onun cənazəsini
ox yağışına tutdular. O həddə qədər ki, tabuta yetmiş ox saplandı”. (“Mənaqibu
İbn Şəhr Aşub”, c.4, s.43)
Bu cərəyanı Əllamə Məclisi “Biharül-Ənvar”da, Şeyx
Müfid isə “Əl-İrşad”da nəql etmişlər. (“Biharül-Ənvar, c.44, s.157; “Əl-İrşad”,
s.174, 176)
Bu məzmunu digər Əhli-Sünnə alimləri də nəql etmişlər.
(“Həyatül-Həyəvan”, c.1, s.83; “Tarixül-Xəmis”, c.2, s.294; “Vəfiyyatül-Ə`yan”,
c.2, s.66)
Tərtib: F.A.
Quran Evi
Комментариев нет:
Отправить комментарий