“Nisa” surəsinin 78 və
79-cu ayəsinə diqqət etdikdə görürük ki, birinci ayədə pislik və yaxşılıqların
hamısının Allah tərəfindən olduğu söylənilir. Halbuki sonrakı ayədə pisliklərin
insan tərəfindən olduğu qeyd edilir. İndi nəticə necə olur?
İki
ayənin məzmununa diqqət etdikdə bir neçə nöqtə ilə qarşılaşırıq ki, verilmiş suala
ayrılıqda olaraq cavab vermək mümkündür:
1
– Quranın digər ayələrindən
belə nəticə əldə olunur ki, pis və yaxşı olmasından asılı olmayaraq hər bir
şeyi Allah xəlq etmişdir. (“Ənam”, 101) Özü də nəyi xəlq etmişsə, gözəl
və yaxşı xəlq etmişdir. (“Səcdə”, 7) Deməli, dünyada hər nə varsa,
Allaha aiddir. Hər bir şeyin varlığı özü üçün xeyirdir. Ancaq pisliklər
yoxluqdan yaranır və Allahın məxluqatı onlara aid edilmir. Pislik dedikdə məqsəd
odur ki, məxluqun hədəf və inkişafına maneə olsun. Ona görə də, bütün
varlıqların Allahın məxluqatı olduğunu nəzərə alsaq, varlıqların əməlləri və
onlar arasındakı rabitə nəticəsində yaranan pisliklər də Allaha nisbət verilir.
Bu, elə birinci ayədə qeyd olunan məsələdir. Başqa bir tərəfdən isə, pislik o
yerdə hasil olur ki, Allah xəlq etmiş olduğu məxluqun varlıq kamalını ondan almış
olsun. Həmçinin Allah heç vaxt Öz geniş rəhməti səbəbilə xeyir və rəhmət yönləndirməsini
əsirgəmir. Bir halda ki, onu qəbul etmə bacarığı fərdlərdə mövcud olmasın.
Çünki bu bacarığı yaratmaq, yaxud aradan aparmaq insanların öz ixtiyarındadır.
Deməli, burada demək olar: Xeyir işlər Allah tərəfindən, pis işlər isə bəndələr
tərəfindəndir ki, öz naqislikləri və ilahi rəhməti qəbul etməkdə aciz olduqları
üzündən kəsb etməmişlər. Bu da ikinci ayənin mənasıdır. (“Əl-Mizan” təfsirindən istifadə olunub)
2
– Ayəyə başqa bir
baxışdan nəzər salsaq, demək olar ki, dünyanın bütün hadisələri, hətta yaxşı və
pis olmasından asılı olmayaraq, bizim əməl və davranışlarımız belə, bir nöqtədə
Allahla əlaqədardır. Çünki bizə qüdrət, ixtiyar və azadlıq vermiş olan, məhz
Odur. Ancaq eyni halda əməllərimiz bizimlə əlaqədardır və bizim varlığımızdan
qaynaqlanır. Çünki əməlin təyin olunma amili, iradə və ixtiyar bizimdir. Buna
görə də biz öz əməllərimiz qarşısında məsuliyyət daşıyırıq. Əməllərimizin qeyd
etdiyimiz tərzdə Allaha istinad olunmasına baxmayaraq, məsuliyyət bizim üzərimizdən
götürülmür və məcburiyyət əqidəsinə səbəb olmur.
Ona
görə də “yaxşılıqlar və pisliklər Allahdandır”, – deyildikdə, Allahın hər
bir şeyə nisbətdə faili olduğu nəzərdə tutulur. Ancaq “Pisliklər isə sizdəndir”,
– deyildikdə isə, işin icraçısının biz olduğumuza, həmçinin iradə və ixtiyar məsuliyyətinə
malik olduğumuza işarədir. (“Nümunə” təfsirindən istifadə olunub)
3
– Bu iki ayə üçün
başqa bir təfisrə isə Əhli-Beytdən nəql olunan xəbərlərdə işarə olunmuşdur. (Əli
ibn İbrahim Qumi, “Təfsiri-Qummi”) O
da budur ki, Quranda yaxşılıq və pislik iki mənadadır.
Birinci
məna – insanların ixtiyari əməllərilə bağlılığı olmayan yaxşılıq və pisliklərdir.
Məsələn, xəstəlik və sağlamlıq.
İkinci
məna – insanların əməlləri sayəsində meydana çıxan yaxşılıq və pisliklərdur. Həmçinin
cəza və savab ünvanında bu dünyada üzə çıxır. Məsələn, quraqlıqlar və
abadlıqlar.
Birinci
ayədəki yaxşılıq və pisliklər birinci mənanı, ikinci ayədəki isə ikinci mənanı
daşıyır.
Ən
doğrusunu Allah bilir.
Комментариев нет:
Отправить комментарий