
Sual: Zəhmət olmasa, aşağıdakı suallara cavab verərdiniz:
1 – İdman, yaxud təbii hadisələr nəticəsində bakirəliyini itirmiş olsa, bakirədir ki, izdivacda atasının icazəsinə ehtiyac duysun?
2 – İzdivac etmiş, lakin cinsi münasibət qurmamış qız yenidən ailə qurmaq üçün atadan icazə almalıdırmı?
3 – Zina, yaxud şübhəli yaxınlıqla bəkarətini əldən verən qız izdivac üçün atadan icazə almalıdırmı?
4 – Qeyri-şəriət yolu ilə (məsələn lezbiyanlıq və faloimitatorla) bəkarətini əldən verən qız izdivac üçün atadan icazə almalıdırmı?
***
Cavab: Təqlid müctəhidləri qeyd olunan suallarda atanın icazəsini lazım bilirlər. Ancaq ikinci suala gəlincə, birinci evlilik atanın icazəsilə olmuşsa, bəziləri (Məkarim Şirazi) icazəni lazım bilməmişlər. Üçüncü suala gəlincə, bəziləri atanın icazəsini müstəhəb ehtiyat bilirlər (Seyid Xamenei). Beşinci suala gəlincə, bəzi fəqihlər deyir ki, əgər qız rəşidə olmuşsa, belə bir izdivac caizdir (Hadəvi Tehrani). Təqlid müctəhidlərinin bu barədə fikri belədir:
Seyid Xamenei: 1 və 4 - əgər bəkarəti qeyri-izdivacla, şübhəli yaxınlıq və zina olmadan aradan gedibsə, bakirə hökmündədir və bu halda qızın vəlisinin icazəsi olmadan izdivac ehtiyata əsasən batildir. 2. Bu halda vacib ehtiyata əsasən, qızın vəlisinin icazəsi lazımdır. 3. Bakirəliyi şübhəli yaxınlıq, yaxud zina ilə aradan getmiş olsa, bakirə hökmünü daşımasa belə, ehtiyat atadan, yaxud ata babadan icazə almağı tərk etməməkdir. 5. Ümumi şəkildə, vacib ehtiyata əsasən, bakirə qızla evləndikdə atasının, yaxud ata babasının icazə verməsi lazımdır. Onsuz vacib ehtiyata əsasən, əqd səhih deyil.
Seyid Sistani: Bütün hallarda qızın izdivacı üçün atanın icazəsi lazımdır. Bircə ikinci yerdə, qız atanın icazəsi ilə izdivac etmiş olubsa, anal, yaxud təbii yolla yaxınlıq olmuşsa, bu halda atanın izninin vacibliyi saqit olur.
Məkarim Şirazi: 1, 3, 4 və 5 – bakirə qızın izdivacı mövqeyində bu iş qızın vəlisinin icazəsini almadan caiz deyil. Bakirə dedikdə o qız nəzərdə tutulur ki, öncədən əri ilə yaxınlıq etməmişdir. İstər bəkarət üzvü olsun, ya olmasın. 2. Əgər birinci izdivac atanın icazəsilə olmuşsa, sonrakı izdivacda atanın icazəsinə ehtiyac yoxdur.
Safi Gülpayqani: Sualda qeyd olunan bütün hallarda vacib ehtiyat odur ki, onun əqdi şəriətə müvafiq olan vəlinin icazəsilə olsun.
Nuri Həmədani: Bütün hallarda qız yeni izdivac üçün vəlinin icazəsinə ehtiyaclıdır.
Hadəvi Tehrani: Beşinci suala belədir: Əgər qız rəşidə olsa, işkalı yoxdur.
Комментариев нет:
Отправить комментарий