Ər həyat yoldaşını hicaba riayət etməyə,
yaxud açıq geyinməyə məcbur edə bilərmi?
Sual: Kişi hansı həddə qədər öz həyat
yoldaşını örtünməyə, yaxud bəzənməyə vadar etmək ixtiyarındadır? Yaxud qadın
hansı həddə qədər öz ərinə qulaq asmaq və hicaba riayət etmək, ya da etməmək
ixtiyarındadır?
Cavab: Örtünmək, yaxud açıq-saçıq gəzmək ərin
göstəriş və qadağasına bağlı deyil. Əksinə, örtünmək Allahın hökmüdür. Qadınlar
hicaba riayət olunması və özünü naməhrəmə nümayiş etdirməməyin vacib olduğu
yerlərdə Allahın hökmünə əməl etsinlər. Hətta ər bu işə qarşı çıxsa da!
Fiqh Evi.
Комментариев нет:
Отправить комментарий