Allah “Şura” surəsinin 27-ci ayəsində buyurur: “Əgər Allah Öz bəndələrinə
bolluca ruzi versəydi, onlar yer üzündə həddi aşardılar. Lakin O, istədiyi şeyi
qədərincə göndərir. Həqiqətən, O Öz bəndələrindən Xəbərdardır, Görəndir”.
Əllamə Təbərsi “Məcməul-Bəyan”da bu ayənin altından yazır: Əgər kimsə
bəzi fərdlərin zəngin olduğunu və Allahın sözündən çıxdığı, zülm, sitəm və fəsad
törətdikləri görülür – desə, biz ona deyəcəyik, bilirik ki, Sübhan Allah Özü
bildiyi məsləhətə uyğun olaraq bəndələrinə rəftar sərgiləyir. Belə ki, bəziləri
varlı və Allahın sözündən çıxan, günah edəndirlər. Ola bilər ki, onların durumu
bərabər olmuş olsun. Belə ki, əgər yoxsul da olsaydılar, yenə də günaha mürtəkib
olardılar. Onlar Allahın ibadət və itaətini tərk edərdilər. Allah onlara höccəti
tamamlamaq üçün onları varlı etmişdir ki, Qiyamətdə “Əgər biz sərvətə malik
olsaydıq, itaətkar, sözə qulaq asan olardıq. Yoxsa ki, üsyankarlığa mürtəkib
olmağımızın səbəbi fəqirlik, əli boş olmaq üzündən olmuşdur”, – deməsinlər. Ola
bilər ki, fəqir də olsaydılar, zülm, sitəm və üsyankarlıqları varlı mövqeyindən
daha artıq olmuş olardı. Onların durumlarının təfərrüatından Allah daha
biliklidir.
Əllamə
Məclisi “Biharul-Ənvar”da Beyzavinin təfsirindən bu məzmunla nəql edir ki,
Allaha aləmin nizamı üçün bəzilərini varlı, bəzilərini fəqir etmişdir ki, dövlətlilər
yoxsulları işə vadar etsinlər ki, onların yaşayışı yaxşılığa idarə olunsun.
Çünki əgər hamı dövlətli, yaxud kasıb olsaydı, onların yaşayışında düzənsizlik
yaranardı
Комментариев нет:
Отправить комментарий