O gecә sәngәrdәydim.
Azğın düşmәn mәni pusurdu.
Düşmәni məğlub etmək çox çәtin idi.
Әlinә keçәni sonsuzluğa doğru udurdu.
Neçә ailәlәr bәdbәxt etmişdi,
Neçә fәqirin, kimsәsizin üzәrinә getmişdi.
Neçә qәhrәmanın adını tarixdәn silmişdi,
Neçә pәhlivanın qamәtini sındımışdı,
Bәşәriyyәt ona həyat verəni unutmuşdu...
Әbәdi ruhlar küsmüş, dağılmışdı...
vә nәhayәt insan bununla barışmışdı ...
Qәddar hәyat, nә sevinc verdin bizә?!
Nә yatdıq ki, nә dә yuxu görәk?
Hәyatda insanı ucaltmadı әmәk.
Hanı bәs, iş insanın cövhәri idi?
Bunun cavabını qəddar hәyatdan soruş!
Keçәn il. Bu vaxt olardı, yadımdadır,
gecә növbәdә idim.
Mәn hәqiqətə, hələ bu qәdәr yaxınlaşmamışdım...
Hәqiqәtә, qәddarlıqla varlığını sübut edәn hәqiqәtә!
Əslində, hәqiqәt özünü bizə şirin, cazibәdar kimi tanıtdırmır...
Elə ona görә də açdığımız gәlir həqiqətdən.
Siz heç saçı ağarmış, sәhәr çağı evinizin kandarını süpürәn qadına diqqət
etdinizmi?
Sәkilәrə hopmuş batili və ehtiras düyünlərini süpürürdü.
Hәqiqәt qutusuna...
Hələ aydınlanmamış sübh çağında.
Həmin gün mәni qovmuşdular. 25 illik tәcrübәmlә bir yerdә,
250 manata görә!
Mənim Baş hәkimin gözündә heç 25 qәpiklik dәyәrim dә yox idi.
Mәnim dәyәrim tәmәnnasız sağaltdığım,
müalicə etdiyim xәstәlәrin qәlbindә dә yox idi.
Sanki Allah da xatırlamırdı məni.
Mәnsә özümә tәskinlik verirdim,
Alçaldığımı seyr edirdim...
Bu hәyatdan nә yaxşılıq, nә qarşılıq, nә qardaşlıq umma!
Belə etsən dәyәrin artar, adın zirvәlәrә çatar.
***
Altı yaşı olardı. Xәrәkdә uzanmışdı,
qan içindә,
Hәyata “Əlvida!”, - deyәn halda
görmüşdüm onu.
Ömrümdə ilk dәfә mәni o gördü!
Heç bilmәdim necә oldu, gözlәrim doldu.
Bihuş halda üzünü çevirib "Ah" dedi.
Nә qәdәr doğmadır bu söz.
Yarımçıq, yararsız, faydasız insanların sözüdür.
Onların bu sözü dәyәrsizdir, çünki qәlbdәn gәlir...
***
Onun hәyatı әllәrimin içindәydi...
Mәni çağırırdı... sәslәmәsә dә, “hәkim әmi” demәsә dә,
bәlkә mәni sevmәsә dә, eşidirdim onu.
Bәlkә Allah mәnә “vәzifәn budur”, - deyirdi və
qurumuş qanının üzәrindә uçuşan hәşәratlarla xәbәr göndәrirdi?!
Ata vә anası qəzada ölmüşdü.
Qızlarını hәkimә aparmaq istәmişdilәr,
Amma tale qızı tәk gәtirdi.
***
Mәn qızımı itirmişәm.
Göyәrçinim uçub, әllәrimin arasından. Sonsuzluğa.
Peyğәmbәrlәr və müqәddәs kitabların dediyi yerlәrә.
Bәlkә dә Cәnnәt adlanan yerlәrә, heç kәsin xәbәr gәtirә bilmәdiyi ağaclıqlara, çaylar axan yaşıllıqlara.
Bәzәn gülür dostlarım,
Sәn hәkimsәn, sәn alimsәn, elmlәrә vaqifsәn,
heç bilirsәn sən kimsәn?
Belә utopik şeylәrә inanmamalısan!
Amma inanmaya bilmirәm, yoxluqla barışmıram.
Qoy, yox olsun yoxluqlar, heçliklәr...
Yox olsun qәlblәrdә olmayan mәrhәmәt!
Әgәr olmayan şeyi insan var edirsә,
mәndә vardır deyirsә,
Nә üçün var olan yox olmalıdır ki?
Bәlkә mәn dә yox olanı var edirәm?
Hara gedirәm? Yoxluğamı, varlığamı?
Var olub yox olmaqdansa, yox olub varlığa qovuşmaq istərəm.
Varlığını yaşadana, sәni kәşf edәnә.
***
Qızımın yoxluğundan sonra yox olmuşdum.
Aparmışdı mәni, özü gedәn, bilinməyən boşluğa.
Ondan sonra özümü tapmadım... gecә-gündüz yatmadım.
Özümü axtardım hәr xәstәnin ahında.
Yarımçıq, kimsәsiz insanların dualarında.
Deyirlәr xәstәxanada olunan dua
mәsciddәkindәn daha sәmimidir.
Bu bir gәmidir, yükü qurtuluş. Kapitanı bizi sәslәyir.
Mәnim insanlığım çarpayıda "Ay ana!", -
deyә qışqıran biçarәnin nalәsindәdir.
Mәn ordayam. Ana... ay Ana!
Nә üçün ilk olaraq bu sözü deyirik?
Naxәlәf övlad da ana sәslәyir…
***
Mәn yenidәn ağ xalatdayam.
Nә üçün hәkimlәr ağ rәng geyinir?
Deyirlәr, ağ rәng insanda simpatiya yaradır, inam, etibar qazandırır.
Bu ağ rәngi dә qaraltdı insan!
Bәşәr qaraya doğru gedir.
Ağ rәngdә qara gördülәr deyә.
Bәlkә qarada da ağ rәng var? Insan mәhz onu tapmağa çalışır?
Şәr qara, hәqiqәt ağ. Mәgәr qara hәqiqәt ola bilmәzmi?
Qәlbimiz qara olduğu kimi, onun varlığı ağ - hәqiqәtdir.
***
Ürәyinin döyüntüsünü duyuram, bәs sәn?
Nә üçün öz ürәk döyüntülәrimizi eşitmәk istәmirik?
Nә üçün başqaları ürәk döyüntülәrimizә qulaq asmağı sevir?
Sәn valideynlәri ana bәtnindәki uşağının ürәk döyüntülәrinә qulaq asan gördünmü?
Tap-tap döyünür ürәk. Saat kimi döyünür. Döyüntüsünü saat taqqıltısına
bәnzәdirik.
Ürәyinә bax, balaca, de, saat neçәdir?
Nә qәdәr qalıb zülmün sonuna?
***
Görәsәn qan qohumu olmayan bir kәs doğma ola bilәrmi?
Nә üçün uşaqlar müәyyәn yaşdan sonra valideynini dosta dәyişir?
Bәlkә doğmalıq bir qarından doğulmamaqdır?
Bәlkә vahid bir rәhmin balalarıyıq? Bәlkә dә...
***
Biz hәkim, onlar xәstә deyil. Əksinə, biz xәstәyik. Onlar hәkim!
Onlar bizi sağaldır. Necә dә maraqlıdır!
Bu dünyada bir-birimizdә xәstәliklәrimizi tapırıq.
Gәlin, sağalaq!
Mən çox yalnış bir adamdım ... Yanvar ayında Dr. Obodo mənim üçün Avstriyalı bir qadın tapmaq üçün bir sehr çəkdi. Mart ayının ilk bazar günü mən gözəl Vyetnamlı qadınla görüşdüm. Biz altı həftə məşğul idik və növbəti il evləndik. Dr.Obodo mənə dreams.visit Dr.obodo Via xanım verdi.
ОтветитьУдалить(templeofanswer@hotmail.co.uk)
(whatsapp +234(815) 542-5481)
Bloomington, MN