İşiniz sizi bezdirib?

Әgәr işinizdәn zәhlәniz gedirsә...

Tez-bazar aradan çıxıb evә qaçmaq istәyirsizsә...

Әtrafdakılar sizi bezdiribsә...
Nәticәdә, sizin kefiniz yoxdursa...
Bax, indi yazacağımız şey haqqında yaxşı düşünün.

Tәsәvvür edin, siz şimal qütbündә, özü dә lap yada-gümana gәlmәyәn yerdә maralçısız, yәni maral saxlamaqla mәşğulsuz. Bu zaman hәyatınız necә olardı? Bir dәqiqә, biz deyәrik...

Bazar ertәsi, maralları güdәcәksiz, onlara qulluq edәcәksiz.

Çәrşәnbә axşamı da, çәrşәnbә dә, cümә axşamı da, cümә günü dә...
Şәnbә günü... Düşünürsüz, istirahәt edәcәksiz? Ay-hay... Maral güdәcәksiz.
Bazar günü... Yәqin ki, başa düşdüz dә, bәli, bәli, marallara baxacaqsız...

Sizin bir istirahәt gününüz var, o da ildә bir dәfә, geoloqlar gәlәndә. Onda da maralları lazım olan zәruri şeylәrlә dәyişdirәcәksiz.

Düzәltdiyiniz komada sizi bir qadın vә әn azı yeddi uşaq gözlәyir. Axşama da, Allah verәndәn, duzlandırılmış maral әti.

Ömrünüzdә iki dәfә çimirsiz: Bir doğulanda, bir dә ölәndәn sonra.

Siz heç vaxt isti su görmәmisiz.

Yediyiniz әn dadlı şey, uşaqlarınızın topladığı gilәmeyvә vә bitki köklәridir.
İndiki durumunuzu düşünün! Fәrq var? Di durun gülümsәyin, üzünüzdәn tәbәssüm yağsın, iş yoldaşlarınızı qucaqlayın,  ailә vә dostlarınıza diqqәt ayırın. Әn әsası, әlinizdә olanlara görә Allaha şükür edin.

Vә sonda, mәnasız işlәrlә az mәşğul olun, durun işinizi görün.

Bəzən biz əlimizdə olanların qədrini bilmirik, onu itirdikdən sonra "kaş ki" deyib özümüzə təsəlli veririk. Bir çiçək hər zaman gözəl qala bilmir, bir müddət sonra gözəlliyini itirir. Əgər biz onun qayğısına qalmasaq və gözəl olduğu zaman onun gözəlliyindən ilhamlanıb yararlanmasaq, gül solduqdan sonra bundan təəssüflənmək ağılabatndırmı?

Gənclik, qüvvət, şuxluq kimi sifətlər aradan gedəndir. Bundan yararlanmaq lazımdır. Gəncəm deyə, gözəlliyini, qüvvətini ona-buna göstərmək, lovğalanmaq da səhlənkarlıqdır. İnsan gənc vaxtı kamala çatmalıdır. Nə qədər ki, qüvvəsi var öz üzərində işləməli, təcrübə qazanmalı, əxlaqi keyfiyyətlərə yiyələnməlidir. 

Bunu unutmayaq ki, camaat iş-gücdən qaçıb sərgərdan və avara həyat sürən insana pis baxdığı kimi Allah da belə insanları bəyənmir. İşdən qaçmaq lazım deyil. Bəzən problem işdə yox, özümüzdə olur. İnsan başlı-başına qalsa, öz üzərində işləməsə evdə oturub pul qazanmaq fikrinə düşəcəkdir, ya da başqalarının zəhmət və əziyyətini istismar edərək zalıma çevriləcəkdir.

Qeyd: Yazıda qeyd edilәn maralçı obrazı heç dә bәdbәxtçilik deyil. Hәr kәs әlindә olanların qәdrini bilsә, naşükür olmasa, o, әn xoşbәxt adamdır.


Hazırladı: Fәrid Abdullah.

1 комментарий:

  1. Mən çox yalnış bir adamdım ... Yanvar ayında Dr. Obodo mənim üçün Avstriyalı bir qadın tapmaq üçün bir sehr çəkdi. Mart ayının ilk bazar günü mən gözəl Vyetnamlı qadınla görüşdüm. Biz altı həftə məşğul idik və növbəti il evləndik. Dr.Obodo mənə dreams.visit Dr.obodo Via xanım verdi.
    (templeofanswer@hotmail.co.uk)
    (whatsapp +234(815) 542-5481)
    Bloomington, MN

    ОтветитьУдалить