1. Ağrı inkişafın
bir hissəsidir. Bəzən həyat üzümüzə qapıları ona görə bağlayır ki, hərəkət etmək
vaxtıdır. Bu da yaxşı əlamətdir. Çünki biz, adətən şərait bizi məcbur etdikdə hərəkət
edirik. Ağır zamanlar baş verdikdə bunu xatırlayın ki, heç bir ağrı hədəfsiz gəlmir.
Sizə nə ağrı
verirsə, ondan uzaqlaşın. Ancaq onun sizə verdiyi dərsi heç vaxt unutmayın.
Sizin mübarizə aparmağınız o demək deyil ki, siz uğursuzluğa mübtəla olmusunuz.
Hər bir böyük uğur ləyaqətli mübarizənin aparılmasını tələb edir. Yaxşı bir şey
zaman tələb edir. Səbirli olun, özünüzə inanın. Hər şey öz yerini tutacaqdır.
Onun dərhal baş verməməsi mümkündür. Yadda saxlayın ki, iki cür ağrı vardır:
biri sizi yaralayır, digəri isə sizi dəyişir. Həyat boyu irəlilədikcə onunla əlləşib-vuruşmaqdansa,
ona sizi daha da dəyişməsi üçün imkan yaradın.
2. Həyatda baş verən hər şey müvəqqətidir.
Yağış yağarkən bilirsən ki, o, gec-tez qurtatarcaqdır. Hər dəfə sizi
yaralayanda yara sağalır. Qaranlıqdan sonra həmişə aydınlıq gəlir. Bunu sizə hər
gün səhərin açılması xəbər verir. O sizə bildirir ki, gecə həmişəlik deyildir.
Əgər siz özünüzü yaxşı hiss edirsinizsə, bunun kefini çıxarın. Bu, həmişə belə
keçməyəcəkdir. Əgər özünüzü pis hiss edirsinizsə, narahat olmayın, nigaran
qalmayın, çünki bu da həmişəlik deyil. Həyatın yüngül və rahat olmaması o demək
deyil ki, siz gülə bilməzsiniz. Sizi bir şey narahat edirsə, bu o demək deyil
ki, siz təbəssüm edə bilməzsiniz. Hər bir an sizə – ya yeni başlanğıc, ya da
yeni sonluq verir. Hər saniyə siz ikinci şans əldə edirsiniz. Sadəcə bundan
istifadə edin.
3. Narahtçılıq
və şikayət heç nəyi dəyişmir. Kim ki hamıdan daha çox şikayət edir hamıdan daha
az nəaliyyət əldə edir. Daha böyük bir şey edib uğursuzluğa düçar olmaq heç nə
etmədən hər şeyə çatmağa çalışmaqdan yaxşıdır. Əgər siz uduzmusunuzsa, heç nə
sona çatmayıbdır. Şikayət etdiyiniz zaman hər şey bitmiş olur. Əgər siz nəyəsə
inanırsınızsa, cəhd etməyə davam edin. Nəticədə nə baş verəcəyindən asılı
olmayaraq, anlayın ki, həqiqi xoşbəxtlik yalnız o vaxt gəlir ki, siz şikayətlənməyi
kənara qoyur və malik olmadığınız problemlərə görə təşəkkür edirsiniz.
Malik olduğunuz
çapıqlar sizin qüvvənizi tərənnüm edir. Həyatın üzərinizdə buraxdığı
çapıqlardan xəcalət çəkməyin. Çapıqlar onu göstərir ki, ağrılar daha yoxdur,
yara dartılmışdır. Bu onu göstərir ki, siz ağrıya qalib gəlmisiniz, dərs
çıxarmısınız, daha güclü olmusunuz, irəli getmisiniz. Çapıq zəfərin əlamətidir.
Çapıqların sizi əsir saxlamasına imkan verməyin. Onlara sizi qorxu içərisində
saxlamasına şərait yaratmayın. Onlara güc nişanəsini kimi baxmağa başlayın. Cəlaləddin
Rumi demişdir ki, yaralardan daxilinizə nur sirayət edir. İztirablardan ən
güclü qəlblər ortaya çıxmışdır. Bu dünyada ən öndə gedən insanların üzəri
çapıqlarla doludur. Öz çapıqlarına bir şüar kimi bax: “Bəli, Mən bunu etdim! Mən
bunu adlaya bildim. Bunu sübut etmək üçün mənim çapıqlarım vardır. İndi mənim
daha güclü olmaq şansım vardır.
5. Hər bir
kiçik döyüş irəliyə atılan bir addımdır. Əgər bir şeyi dadmaq istəyirsinizsə,
sona qədər gedin. Yoxsa ki başlanğıcda heç bir anlam yoxdur. Bu elə görsənə bilər
ki, stabilliyinizi itirmisiniz, müəyyən vaxtda dincliyinizi itirmisiniz, hətta
ağlınızı da itirdiyiniz kimi görsənə bilər. Ola bilər ki, siz yeməyi azaltmalı
olacaqsınız, az yatacaqsınız, dinclik əhatənizini dəyişməli olacaqsınız. Sizə
tanış olan şeyləri qurban verməli olacaqsınız. Sizə güləcəklər. Tənhalıq kimi də
görünə bilər. Tənhalıq, əslində bir çox şeyləri mümkün edə bilmək üçün sizə hədiyyə
edilən bir bəxşişdir. Siz ehtiyaclı olduğunuz bir auranı əldə etmiş
olacaqsınız. Yerdə qalan şeylər isə sizin dözümlüyünüz üçün bir testdir. Bu da
sizin hədəfə çatmağınız üçün nə qədər istəyə malik olduğunuzu aşkar etmək
üçündür. Əgər siz bunu istəyirsinizsə, fikir ayrılıqlarına, uğursuzluqlara
baxmayaraq reallaşdıracaqsınız. Hər addım özünüzü daha da yaxşı hiss edəcəksiniz.
Belə ki, bu heç sizin ağlınıza da gələ bilməz. Anlayacaqsınız ki, mübarizə
aparmaq qarşınızda bir sədd deyil, sadəcə bir yoldur.
6. Başqa
insanların neqativ davranışları sizin probleminiz deyil. Pis insanlar sizi əhatə
etdikdə özünüzə inamı əldən verməyin. Başqaları sizi məğlub etmək istədikdə gülümsünün.
Bu, fərdi ruh yüksəkliyinizi saxlamağınız üçün ən yüngül üsuldur.
Başqaları haqqınızda xoşagəlməz şeylər
danışdıqda özünüz olmağa davam edin. Heç vaxt başqalarının danışıqlarına sizi dəyişmək
imkanı verməyin. Siz hər şeyi ürəyinizə sala bilməzsiniz. Hətta bu sizə şəxsi gəlsə
belə. Belə düşünməyin ki, insanlar nəyisə sizə görə edirlər. Onların etdikləri
yalnız özlərinə görədir. Ən əsası, heç vaxt sizin kifayət qədər yaxşı
olmadığınızı deyərək sizdə təəssürat yaratmaq istəyən adama görə dəyişməyə
çalışmayın. O vaxt dəyişin ki, bu sizi daha yaxşı edəcəkdir, sizi daha parlaq gələcəyə
çatdıracaqdır. İnsanlar sizin etdiklərinizdən və ya işi nə qədər yaxşı etmənizdən
asılı olmayaraq, onsuz da danışacaqlar. Özünüzə görə nigaran olun. Başqalarına
görə narahat olmağa dəyməz. Əgər siz nəyəsə inanırsınızsa, onun uğrunda mübarizə
aparmaqdan qorxmayın. Mümkünsüz bir şeyin öhdəsindən gəlməklə böyük qüvvəyə
sahib olmaq mümkündür.
7. Əgər bir şey
baş verməlidirsə, baş verəcəkdir. Siz qışqır-bağırdan, şikayətdən imtina etdikdə
və gülümsəyib, həyatınızı dəyərləndirdikdə güc qazanırsınız. Hər bir mübarizədə
bir xoşbəxtlik gizlənmişdir. Ancaq siz onları görmək üçün qəlb və ağılınızı
açmağı bacarmalı, buna hazır olmalısınız. Siz hər şeyi baş verməyə məcbur edə
bilməzsiniz. Siz yalnız çalışa bilərsiniz. Müəyyən vaxtda siz durumu boşlamalı
və sizin üçün müqəddər olan şeyin baş verməsinə icazə verməlisiniz. Həyatınızı
sevin, intuisiyalara güvənin, risk edin, nələrisə itirərək xoşbəxtlik tapın, təcrübələrdən
yararlanın. Bu, uzun bir səyahətdir. Siz nigarançılığı kənara qoymalısınız. Nəticədə
siz hara çatmalısınızsa, ora da yetişəcəksiniz.
8. Hərəkət etməyə
davam edin. Məyus olacağınızdan qorxmayın. Yenidən sevməkdən çəkinməyin. Qəlbinizdəki
cızıqların qabara çevrilməsinə imkan verməyin. Anlayın ki, güc hər gün
artmaqdadır. Anlayın ki, cəsarət mədh ediləndir. Qəlbinizdə başqalarının təbəssümünə
səbəb olacaq şeyləri tapın. Başa düşün ki, siz öz həyatınızda çoxlu insanların
olmasına ehtiyaclı deyilsiniz. Buna görə də daha çox insanla dostluq etməyə can
atmayın. Ağır günlər üçün özünüzü güclü edin. Yadda saxlayın ki, həyatda baş
verənlər nizam əsasında baş verir. Səhv olduğunuzda boynunuza alın, bundan dərs
çıxarın. Hərdən arxaya çevrilib nələr qazandığınıza diqqət yetirin.
Hazırladı: Fərid
Abdullah.
Mən çox yalnış bir adamdım ... Yanvar ayında Dr. Obodo mənim üçün Avstriyalı bir qadın tapmaq üçün bir sehr çəkdi. Mart ayının ilk bazar günü mən gözəl Vyetnamlı qadınla görüşdüm. Biz altı həftə məşğul idik və növbəti il evləndik. Dr.Obodo mənə dreams.visit Dr.obodo Via xanım verdi.
ОтветитьУдалить(templeofanswer@hotmail.co.uk)
(whatsapp +234(815) 542-5481)
Bloomington, MN