Ester Vergeeri tanıyırsınızmı?


Ester Vergeer 1981-ci ildə Niderland krallığının Vurden şəhərində doğulub. Altı yaşınadək normal şəkildə inkişaf edib. Heç bir problemi olmayıb. 1988-ci ilin martın 21-də özünü pis hiss edir və üzgüçülük üzrə məktəb dərsində huşunu itirir. Araşdırmalar göstərir ki, beyindaxili qanaxma və maye yığılması vardır. Drenaj yolu ilə cərrahiyə əməliyyatı keçirilir. Altı həfdədən sonra evə buraxılır. Amma həkimlər xəstəliyin səbəbini tapa bilmir. 1989-cu ildə üzgüçülük dərsindən sonra yenə də güclü baş ağrıları hiss edir, boyun nahiyəsində ağrılar olur, gözlərində təzyiq artır. Yenə də həkimlər bir şey tapa bilmir. Həmin ilin oktyabr ayında qız qasığında yaranan ağrıdan şikayət edir. 14 noyabrda epidural anesteziyaya göndərilir. Prosedur zamanı özünü çox pis hiss edir. Sonra xəstəxanaya yerləşdirilir. Lakin həkimlər xəstəliyin səbəbini tapmaqda yenə də aciz qalırlar. Esteri xəstəxanada saxlayırlar ki, bəlkə bir şey tapa bildilər. Ancaq məktəb tətilləri başlayanda müvəqqəti olaraq onu evə də buraxırdılar. Tətil vaxtı təcili olaraq xəstəxanaya çatdırılır. Yenə də beyninə qan sızmışdı. Həmin üsulla cərrahiyə olunur. Bu səfər düzgün diaqnoz qoymaq olur: Veskulyar melopatiya - damar xəstəliyi. Nəticədə onurğa beyininin qan təchizatı pozulmuşdu. 1990-cı ilin yanvar ayında 9 saat davam edən cərrahiyyə əməliyatı keçirilir və nəticədə hər iki ayağı iflic olur. İkinci dəfə olunan əməliyyat da heç bir nəticə vermir.
Bunları niyə danışdım? Bu vəziyyət qıza çox pis təsir edir. Onu depressiyaya salır. Lakin sonra düşünür ki, nə isə etməlidir. Belə olmaz. Hər şey bununla bitmir. Reabilitasiya dövründə əlil arabasında ikən voleybol, basketbol və tennis oynamağı öyrənir. Əvvəlcə o, basketbol üzrə ixtisaslaşırdı.
1995-ci ildə Ester professional səviyyədə olan tennis yarışmalarında iştirak edir. Gələn il isə birinci titulunu qazanır. Ən böyük uğur ona 1998-ci ildə gəldi və özünə titull qazandı. İndi bu xanımın nəyi var? Qulaq asın:
42 qat əlil arabasında cüt və tək kateqoriyada Böyük dəbilqə turnirlərinin çempionudur. Əlil arabasında tennis üzrə yekun turnirin 22 qat qalibidir. Paralimpiya oyunlarının 7 qat çempionudur. 2013-cü ildə professional idman karyerasından gedir və 2003-cü ildən 2013-cü ilə qədər heç kəsə uduzmayıb. Bu rekord rəqəm 470 qələbə qazanılmış oyun olur.
Nəticəni sizlərə buraxıram.

1 комментарий:

  1. Mən çox yalnış bir adamdım ... Yanvar ayında Dr. Obodo mənim üçün Avstriyalı bir qadın tapmaq üçün bir sehr çəkdi. Mart ayının ilk bazar günü mən gözəl Vyetnamlı qadınla görüşdüm. Biz altı həftə məşğul idik və növbəti il evləndik. Dr.Obodo mənə dreams.visit Dr.obodo Via xanım verdi.
    (templeofanswer@hotmail.co.uk)
    (whatsapp +234(815) 542-5481)
    Bloomington, MN

    ОтветитьУдалить