Qızın atanın icazəsi olmadan izdivac qurması səhihdirmi?
İzdivac etsə və sonra təlaq oxutdurmaq istəsə hökmü nədir?
İslamın və Əhli-beyt davamçılarının məzhəbinin nəzərinə
əsasən, həddi-büluğa çatmış və rəşidə – yəni öz məsləhətini ayır edə bilən bir
qız ərə getmək istəsə, bakirə olduğu halda atasından, yaxud ata babasından icazə
almalıdır. Əgər atası və ata babası ortada olmasa, onlardan icazə almaq mümkün
olmadığı, həm də qızın ərə getməyə ehtiyacı olduğu təqdirdə ata və ata
babasından izn alması lazım deyil. Habelə, əgər qız bakirə olmazsa, bəkarəti ərə
getməklə aradan getmiş olsa, ata və ata babasının icazəsini almaq lazım deyil.
Ancaq şübhəli əlaqə, yaxud zina vasitəsilə aradan getmiş olsa, müstəhəb
ehtiyata əsasən icazə almalıdır.
Əgər qız atadan icazə almadan izdivac etsə,
aşağıdakı vəzifələrdən birinə əməl etməlidir:
Seyid Xamenei qeyd edir ki, bakirə qızın izdivacı
vacib ehtiyata əsasən, ata, yaxud ata babasının icazəsilə olmalıdır. Əgər
atanın icazəsi olmadan gerçəkləşsə, vacib ehtiyata əsasən, ya atadan icazə
alınmalıdır, ya oğlan (müvəqqəti əqd etdiyi halda) yerdə qalan müddəti
bağışlamalı, ya da (daimi əqddə olan təlaq yolu ilə) bir-birlərindən
ayrılmalıdırlar.
Nasir Məkarim Şirazi qeyd edir ki, imkan daxilində
atanın razılığı alınmalıdır. Əks təqdirdə onların əqdi işkallıdır (şübhəli
sayılır). Vacib ehtiyat odur ki, oğlan yerdə qalan müddəti bağışlasın və əgər
daimi əqd olmuşsa, bir-birlərindən ayrılsınlar, ona təlaq versin.
Safi Gülpayqani qeyd edir ki, vacib ehtiyata əsasən,
həddi-büluğ olmuş bakirə qızın nikahı ata, yaxud ata babanın icazəsi ilə
olmalıdır. Əgər icazəsiz baş versə, ehtiyat odur ki, ər təlaq versin və sonra, əgər
onunla izdivac etsə, ya atadan, ya da ata babadan icazə alaraq olsun. Bəli, əgər
icazəsiz yerinə yetirilsə və ata onu rədd etməmiş olsa, razılıq versə, birinci əqd
kifayət edir.
Hadəvi Tehrani qeyd edir:
1 – Bakirə, rəşidə qızın izdivacı üçün atanın icazəsi
ehtiyata müvafiqdir. Hərçənd izdivac əqdinin düzgün olması üçün şərt deyil.
2 – Əgər bakirə, rəşidə qızın izdivacının düzgün
olmasında atanın icazəsi şərt olmuş olsa, onun reallaşması ilə, əqddən sonra
olsa belə, əqd səhih olacaqdır.
3 – Hər halda burada təlaq çıxış yoludur və ailənin
razılığının orada bir rolu yoxdur.
Buna əsasən; əgər atanın icazəsi ilə izdivac etsə,
müctəhidlərin rəyinə əsasən, izdivacdan sonra onlar icazə versələr, izdivac səhihdir.
Əgər istəsə, ərindən də təlaq vasitəsilə ayrıla bilər. Belə ki, cinsi münasibət
qurulmamışsa, təlaqdan dərhal sonra ayrılmış olur və daha iddə saxlamağa
ehtiyac yoxdur. Ancaq nəzərə almaq lazımdır, təlaq Allahın bəyənmədiyi əməllərdəndir
və bu əmələ adi və yüngül yanaşılmamalıdır.
Hər bir halda, bəzi ictimai və ailəyə uyğun həssaslığı
nəzərə almaq lazımdır ki, məşəqqət və sıxıntılara səbəb olmasın. Amma təlaq barədə
qərara gəlsələr, valideynlər üçün əlavə problem yaranmadan onların razılığını
qazanmaq daha münasibdir.
Комментариев нет:
Отправить комментарий