Allah duanı qəbul edib, gerçəkləşməsini təxirə sala bilərmi?

Mümkün ola bilərmi ki, Allah duanı qəbul etsin, ancaq onun həyata keçməsini təxirə salsın?
Sual: Bu hədisin mənası nədir?
عن إسحاق بنِ عمّارٍ: قلتُ لأبی عبدِ الله (ع): یُستَجابُ للرجلِ الدُّعاءُ ثمّ یُؤَخَّرُ؟ قال: نَعَم عِشرونَ سَنةً
“İshaq ibn Əmmarın belə dediyi nəql olunmuşdur:  “Əbu Abdullaha (İmam Sadiqə) dedim ki, bir adam üçün dua müstəcab olub, sonra təxirə düşə bilərmi? Buyurdu: Bəli, (ola bilər ki, hətta) iyirmi il (təxirə düşsün)”.
Cavab: Bu hədis “Əl-Kafi” kitabında (c.2, s.489) mövcuddur. Hədisin mənası odur ki, bəzən Allah-taala bəndəsinin xahişini qəbul etməsinə baxmayaraq, bəzi məsləhətlər üzündən onun həyata keçməsini təxirə salır. Məsələn, bu hədisdə buna misal olaraq qeyd edilmişdir:
عَنْ هِشَامِ بْنِ سَالِمٍ عَنْهُ (ع) قَالَ: کَانَ بَیْنَ قَوْلِ اللَّهِ عَزَّ وَ جَلَّ قَدْ أُجِیبَتْ دَعْوَتُکُما وَ بَیْنَ أَخْذِ فِرْعَوْنَ أَرْبَعُونَ عَاماً
“Hişam ibn Salim həzrətin belə buyurduğunu nəql etmişdir: “İzzət və cəlal sahibi Allahın “Siz ikinizin (yəni Musa ilə Harunun) duası qəbul olunmuşdur” – sözü ilə Fironun yaxalanması arasında qırx il fasilə olmuşdur”. (Həmin, c.4, s.345)



Hazırladı: Fərid Abdullah
Quran Evi

Комментариев нет:

Отправить комментарий