Nə üçün duadan sonra əlləri üzə çəkirlər?

Rəvayətlərdə əli üzə çəkmək vacib namazlarda nəhy edilmiş, nafilə və müstəhəb namazlarda isə müstəhəb hesab olunmuşdur. Əlbəttə, vacib namazda nəhy olunması o demək deyil ki, kimsə, məsələn vacib namazın qunutunda əlini üzünə çəksə, namazı batildir. Əksinə, bu nəhy kərahət (məkruh olması) mənasındadır. Çünki namazda icra olunan əlavə hərəkət hesab olunur.
Amma duadan sonra nə üçün əllərin üzə çəkilməsinə gəlincə, bunun təbərrük baxımından olduğu söylənilmişdir. Çünki Allaha sarı uzanan ələ Allah nəzər salar və onu boş qoymaz. Əlbəttə, mümkündür ki, həmin şəxsin duasını həmin mövqedə, yaxud heç vaxt qəbul etməsin. Ancaq yəqinliklə demək olar ki, bu işdə bir məsləhət vardır. Rəvayətdə də bu məzmun tapşırılmışdır.

Duadan sonra ədəblərdən biri əlləri başa və üzə çəkməkdir. İmam Sadiq (ə) buyurmuşdur:
ما ابرز عبد یده الی الله العزیز الجبار الا استحیی الله - عز و جل - ان یردها صفرا فاذا دعا احدکم فلا یرد یده حتی یمسح علی وجهه و راسه
 “Bir bəndə əlini Əziz, Cabbar olan Allaha sarı açarkən, izzət və cəlal sahibi Allah onu boş olaraq qaytarmaqdan həya edər. Ona görə də, biriniz dua etdikdə üzünə və başına məsh etməmiş əlini geri çevirməsin”. (Uddətud-Dai, s.159)
Habelə Allah Rəsulu (s) Şəbaniyyə duasında buyurmuşdur:
وارفعوا ايديكُم بالدّعاء في اوقات صلواتكم، فانّها افضلُ السّاعاتِ ينظراللّه‏ تعالي فيها بالرّحمة الي عباده يُجيبهم اذا ناجَوهُ و يُلبّيهم اذا نادَوه
 “Namazlarınız zamanı dua edərkən əllərinizi qaldırın. Belə ki, o, saatların ən fəzilətlisidir. Allah-taala orada (həmin vaxt) Öz bəndələrinə rəhmətlə nəzər salar, Ona gizlicə söylədiklərində onlara cavab verər (qəbul edər), Onu çağırdıqlarında isə onlara hay verər”.
Habelə sədəqə verərkən də, həmçinin belə bir ifadə vardır ki, sədəqə verdikdən sonra əlinizi üzünüzə, başınıza çəkin, onu qoxulayın, öpün.

İmam Səccaddan belə nəql olunmuşdur ki, həzrət sədəqə verdikdən sonra əlini qoxulayar (başqa yerdə öpər də vardır) və deyərdi: Bu əl Allahın əlinə çatmışdır. Çünki Allah “O, bəndələrindən tövbəni qəbul edər və sədəqələri götürər”, – deyə buyurmuşdur”. 

Hazırladı: Fərid Abdullah.
İnternet resurslarından istifadə olunub

Комментариев нет:

Отправить комментарий