Bu surənin birinci ayəsində
oxuyuruq "Ya Sin". Nə deməkdir bu ifadə?
Qurani-Kərimdə 28 surə "Müqəttə hərfləri" ilə (məsələn, Əlif Lam Mim,
yaxud Ya Sin, yaxud Ta Ha və s.) başlayır. "Müqəttə hərfləri"nin nə
olması, nə üçün belə ifadə olunduğu, nə kimi anlam daşıması barədə ayrıca bəhs
etmək lazımdır.
Qeyd edək ki, "Ya Sin" ifadəsi haqqında müxtəlif təfsirlər mövcuddur.
Bu ifadə "Ya" (ey - müraciət nidası) və "Sin" - yəni
Peyğəmbərin şəxsiyyətinə yönəlik çağırışdan ibarətdir. Bu qənaət ondan ötrüdür
ki, bu ifadədən sonra Peyğəmbərə müraciət olunur.
Başqa versiyaya görə, müraciət insanadır. və "Sin" ona işarədir.
Ancaq bu ehtimal sonra gələn ayələrlə düz gəlmir. Çünki sonrakı ayələrdə
müraciət Peyğəmbərədir: "Həqiqətən də, sən rəsullardansan, düzgün
yoldasan".
Rəvayətlərin birində İmam Sadiqdən belə nəql olunmuşdur ki, burada Peyğəmbər
nəzərdə tutulub və buna dəlil Allah-taalanın buyurduğudur: "Həqiqətən də,
sən rəsullardansan, düzgün yoldasan". (Bax, "Nurus-Səqəleyn")
Bir maraqlı məsələ də vardır. Onu da sizinlə bölüşüm. Deməli, "Sin"
hərfi ərəb əlifbasında olan hərflərdən biridir. Hər bir hərfin zübur və
bəyyinəsi vardır. Bu nə deməkdir? Zübur kağızın üzərində yazılan hərfin
şəklidir. Bəyyinə isə onu oxuyarkən artımın ortaya çıxmasıdır. Məsələn "S"
hərfi yazılır, amma "Sin" oxunur. Əbcəd kimi hesablamalar nəticəsində
aydın olur ki, SİN hərfi yeganə hərfdir ki, züburunun sayı da, bəyyinəsinin
sayı da bərabərdir. Yəni "S" özü 60 dır. "İN" də olan
nəticə də (10+50) 60-dır. Zübur və bəyinə bərabərdir 60=60. Bilirəm, qəlizdir.
Hər halda, nəticə odur ki, zahirlə batinin bərabər olmasına işarədir. Yəni
"Ya Sin" o deməkdir ki, "Ey zahiri ilə batini eyni, bərabər olan
kəs",
Sözsüz ki, bu hesab-əbcəd alimlərinin baxışıdır və bir ehtimaldır. Tam dəqiq və
qəti nəticə deyil. Lakin maraqlı nəticədir.
Fərid Abdullah.
Комментариев нет:
Отправить комментарий