Sual: Anam vəfat etdikdən sonra qaş
və kirpiklərim şiddətli dərəcədə tökülməyə başladı. Elə şəkildə töküldü ki,
gərək qaş çəkmək üçün hökmən qələmdən istifadə etməli idim. Tatu döydürdüm.
Nəzərə almaq lazımdır ki, mən ictimai xadiməm və sizin göstərişinizə uyğun
olaraq qaş və gözlərimi örtə bilmərəm. İndi nə etməliyəm?
Cavab: Əgər tatu döydürməklə yalnız
boş yerlər doldurulmuş olsa, yəni bu döydürmə normal qaş və kiprik həddində
olsa, camaatın nəzərində xüsusi bəzək hesab olunmazsa, zinət hesab olunmur və
onu naməhrəmdən örtmək vacib deyil.
Təqlid müctəhidləri qeyd edir:
Seyid Xamenei: Hər bir surətdə, əgər
ürfün nəzərində zinət hesab olunarsa, naməhrəmdən örtülməlidir.
Şeyx Safi Gülpayiqani: Naməhrəmdən
örtməyiniz lazımdır.
Seyid Sistani: Əgər zinət hesab
olunmayacaq şəkildə təkcə boş yerləri doldurursunuzsa, işkalı yoxdur.
Hazırladı: F.A.
Fiqh Evi
Комментариев нет:
Отправить комментарий