Anni Layonnet – Möhtəşəm Layf-kouçinq, həyatı dəyişmək üçün 10 ruhlandırıcı addım


Dəyişikliklər həyatın zəruri hissəsidir. Yəqin ki, siz şeylərin cari vəziyyətini saxlamaq üçün çox səy sərf edirsiniz – beləliklə də, həyatınızı hərəkətsiz bir gölə çevirirsiniz. İroniya ondadır ki, bizim varlığımız bizə darıxdırıcı və mənasız görünsə də, biz ondan yapışmağa davam edirik: köhnə dostlar, iş, əvvəlki, boz və sıx həyat çevrəsi. Bəs dəyişikliklərə necə qərar verə bilərəm?

"Möhtəşəm layf-kouçinq" sizə bu problemi həll etməyə kömək edəcək. Anni Layonnet peşəkar layf-kouçdur, çoxillik iş təcrübəsi vardır. O, şəxsi və ya peşəkar inkişaf üçün xüsusi layf-kouçinq kursları keçirən Tədris Mərkəzinə rəhbərlik edir. Layf-kouç - şəxsiyyətin müvəffəqiyyətinə və inkişafına nail olmaq üçün lazım olan informasiya və vasitələri təmin edən texnikadır. Lakin əgər tez-tez belə yardımların arxasınca mütəxəssislərə müraciət ediriksə, onda bu kitab sizə kouçinqin əsaslarını müstəqil şəkildə öyrənməyə və özünüz üçün mentor olmağa kömək edəcək.

Bu kitabda on sadə ruhlandırıcı tövsiyələr verilib. Müəllif öz həyatına görə məsuliyyəti öz üzərinə götürməyi, öz düşüncə tərzini dəyişdirməyi, qarşına məqsəd qoymağı və onlara çatmağı öyrədir. Kitabın hər bir fəsli oxuculara özünə inam əldə etməyə və öz həyatlarını idarə etməyə başlamağa kömək etmək üçün nəzərdə tutulmuşdur. Kitab on fəsildən ibarətdir: 

Fəsil 1: Səyahətə hazırlaşın: həyatınızı dəyişməyə necə başlamaq olar?

Fəsil 2: Düzgün düşünməyi və öz qorxularınıza qələbə çalmağı öyrənin

Fəsil 3: Özünüzə sadiq olun

Fəsil 4: Macəraların dadını duyun

Fəsil 5: Həqiqi istedadınızı açın və qarşınıza məqsəd qoyun.

Fəsil 6: Pozitiv vizualizasiya və affirmasiya

Fəsil 7: Yeni həyat üçün yer azad edin və ilk addım atın

Fəsil 8: Motivasiyanı necə saxlamaq olar?

Fəsil 9: Səyahətdən zövq alın

Fəsil 10: Nailiyyətlə əlaqədar özünüzü təbrik edin

Kitab olduqca sadə, bəsitdir. Mən kitabdan özüm üçün qeyd etdiyim bəzi şeyləri sizinlə bölüşürəm:

Sizin şəxsiyyət unikal və təkrarsızdır.

Hər birimiz unikalıq və məhdudiyyətsiz potensiala malikik. Şərq fəlsəfəsində individual fərdi həyat yolu "Dharma" anlayışı ilə ifadə olunur.

Məsələn, rəssamın dharması yaratmaq, qozanın dharması qüvvətli ağac olmaq, baramaqurdunun dharması kəpənəyə çevrilməkdir. 

Refreyminq – Dünyaya yeni baxış bucağından baxmaq üsuludur. 

O şeyi etməkdən başlayın ki, zəruridir, daha sonra mümkün olanı edin.  Tezliklə fərqinə varacaqsınız ki, artıq mümkün olmayanı edirsiniz.

 

Ruhlanmaq axınını necə hiss etmək olar? 

1. Dünyanın gözəlliyini hiss edin; daha çox təbiətdə vaxt keçirin, gözəl mənzərələrdən zövq alın.

2. Meditasiya və ya yoqa ilə məşğul olun – daxili sakitlik əldə etməyə kömək olan istənilən şeylə.

3. Çimərlikdə ayaqyalın gəzin və üfüqün sonsuzluğuna tamaşa edin.

4. Özünüzü sevdiyiniz işə verin.

5. Evdə gülə qulluq edin və onları iş yerinizdə saxlayın.

6. İntuisiyanıza qulaq asın.

7. Ən istəkli arzunuza diqqətli olun.

8. Daha öncə etmədiyinizi edin.

9. Elə yaşayın, sanki sabah olmayacaq. Nəyi daha çox etmək istəyərdiniz?

10. Sevimli insanlara deyin ki, onlar sizə necə dəyərlidirlər.

 

Hədəfim nədir? Onu həyata keçirtmək üçün nə edə bilərəm

 

Uğurun gərəkli şərti – istədiyini bilmək və buna nail olacağına inanmaqdır.

 

Siz özünüzə həqiqətən də, yalnız o zaman inanacaqsınız ki:

 

• hərəkətə keçəcəksiniz;

• qarşınıza öhdəsindən gələ biləcəyiniz real tapşırıqlar qoyacaqsınız;

• həmişə daha yaxşıya ümidvar olacaqsınız;

• daha öncə bacarmadığınız şeyi öyrənəcəksiniz;

• komfort zonasının sərhədindən çıxacaq və özünüzü azad hiss edəcəksiniz;

• özünüzü hər şeyə görə tərifləyəcəksiniz, qoy kiçik olsun, amma nailiyyət olsun;

• inanın ki, sizin arzularınız həqiqətən də, gerçəkləşə bilər;

• sizi dəstəkləyən insanlarla vaxt keçirəcəksiniz;

• heç bir şəraitdə məğlub olmamağı öyrənin;

• sevdiyinizi edəcəksiniz.

 

Xırda nailiyyətlərə görə özünüzü mükafatlandıraraq, siz özünüz tərəfindən edilən seçimi təsdiq etmiş olursunuz.

Fərid Abdullah

Комментариев нет:

Отправить комментарий