Şalva Amonaşvilinin maraqlı pedaqoqluğu


Bir dəfə tanınmış sovet pedaqoqu Şalva Amonaşvili onun mühazirəsində iştirak edən müəllimlərdən soruşdu: “Belə bir vəziyyət təsəvvür edin ki, dördüncü sinifdə dərs keçirsiniz, birdən içəri iyirmi dəqiqə gecikən uşaq daxil olur. Nə edərsiniz?”

Müəllimlər cavab verdi: “Çıx sinifdən!”; “Gündəliyini ver!”; “Otur yerinə, dərsdən sonra danışarıq!”

Lakin pedaqoq cavabdan qane olmadı.

Dedi: “Uşaq içəri girdikdə, mən ona səmimi qəlbdən deyərdim: “Salam, mənim balam, zəhmət olmasa, keç, əyləş, biz sənsiz dərsə başlaya bilmirdik, səni gözləyirdik”.

Bilirsinizmi, əgər siz üç, dörd, beş dəfə bu cür etsəniz, uşaq gecikməyə son qoyacaq. Çünki saf sevgi impulsnarına cavab verir. Əgər hiss edirsə ki, onu haradasa sevirlər, oraya bir daha gecikməyəcək. Uşağın psixologiyası buradadır: Hiss edirsə ki, onu bir yerdə qəti şəkildə sevirlər, onu isidirlər, orada dəyərlidir, ona şəxsiyyət kimi hörmət edirlər, bir daha həmin yerə gecikməyəcək”.

Şalva Amonaşvilinin özü yeddinci sinifə qədər ikialan olub, lakin məktəbi qızıl medalla bitirib. Onun təhsilə qarşı münasibətini bir Gürcü dili müəlliməsi dəyişmişdi. Hansı ki, uşaqlara maraq və ehtiramla davranırdı. Uşağın şəxsiyyəti Amonaşvilinin hazırladığı insansevərlik pedaqoqluğunun əsas konsepsiyasına çevrildi. /faridabdullah/

Комментариев нет:

Отправить комментарий