Oq Mandino - Seçim


Oq Mandino (12.12.1923–3.09.1996) - amerikalı yazıçısı, “satış gurusu" və “Dünyanın ən böyük taciri” kitabının müəllifidir. Onun əsərləri xristianlıq fundamentalizmə əsaslanırdı, habelə Napoleon Hill və Emmett Foksun böyük təsiri altında olmuşdur. Bu gün Mandino çox məşhur müəllif olaraq qalır. Onun kitabları 50 milyon nüsxədən çox satılıb və iyirmi beşdən çox müxtəlif dillərə tərcümə olunub. 1976-cı ilədək “Success Unlimited” jurnalının prezidenti olmuş və Milli Spikerlər Assosiasiyasının şöhrət zalına daxil edilmişdir.

Mandinonun əsas devizi “bunu indi (dərhal) et” idi. Onun kitab bir şəkildə “Dünyanın ən böyük taciri” adlı kitabı, məsələn, “Yüksək effektiv insanların yeddi vərdişi” kimi digər məşhur kitabların sələfi sayılır.

Oqun anası ona yazıçı taleyini proqnozlaşdırmışdı. Yuxarı siniflərdə o, qəzet redaktoru idi və Missuri Universitetinə – jurnalistika fakültəsinə daxil olmağı planlaşdırırdı. Ancaq 1940-cı ilin yayında anası gözlənilmədən vəfat etdi. Kollecə getmək əvəzinə, Oq kağız fabrikində işə düzəlmək qərarına gəldi və Ordu Hava korpusuna daxil olanadək, 1942-ci ilə qədər orada işlədi. İkinci Dünya müharibəsi zamanı B-24 Liberator strateji bombardmanına uçuş etmişdir.

Onun “The Choice” kitabını oxuduqdan sonra barəsində bir neçə cümlə yazmaq istəyərdim.

Bu kitabda Oq Mandino özünəməxsus nikbinliklə iddia edir ki, istənilən insanın hər zaman seçimi vardır. O kəs ki cahillikdən, yoxsulluqdan və özünə yazığı gəlməkdən əziyyət çəkir, heç vaxt yaxşı bir həyat üçün öz imkanlarını araşdırmayıb və gözdən keçirməyib. Çünki seçimi olduğunu bilməyib. Oq Mandino hər kəsə bir şans verir. Onun ilhamverici məsləhətlərindən yararlanaraq, hətta ən son uğursuz adam belə, taleyi dəyişə, uğurun və hərtərəfli xoşbəxtliyin parlaq zirvələrinə yol aça bilər.

Geniş oxucu kütləsi üçündür.

Kitab Mark Kristofer adlı sığorta şirkətlərinin birində işləyən müvəffəq bir insandan danışır. Onun yaxşı işi, onu sevən xanımı və iki oğlu var. Hər şey qaydasındadır, hər şeyi də var. Lakin bir gün anlayır ki, həyatını boş-boş şeylərə sərf edir. Günlərlə başını işə qatıb, yaxşı pullar qazanmaqla nə əldə edir? Hər şeyi var, lakin həyatdan zövq ala, ən əsası övladlarının necə böyüdüyünü görə bilmir. Ailəsindən, həyatdan uzaq düşüb. Nəticədə hər bir şeydən imtina etmək, işdən çıxıb, yazıçı olmaq qərarına gəlir. Birdən, spontan... Həyat ona nə göstərəcək, nə çətin yollardan keçəcək və nə dərs alacağını oxuduqca görəcəksiniz.

Mənim üçün kitabda bir neçə dəfə sujetdə dəyişiklik oldu. Kitabı 7/10 qiymətləndirirəm.

Kitabdan iki yerdə bəzi ifadələr diqqətimi çəkdi. Onları sizinlə bölüşürəm:

* Həyat bir başqa cür olardı, ah çəkirik, xoşbəxtlik üzümüzə gülsəydi. Və budur, kimsə xoşbəxt olmaq üçün evə tələsir, kimsə xoşbəxtlik axtarışında evdən qaçır. Kimsə xoşbəxt olmaq üçün evlənir, digəri xoşbəxtlik axtarışında boşanır. Kimsə xoşbəxtlik axtarışında bahalı kruizə yollanır, digəri xoşbəxt olmaq üçün əlavə vaxtda işləyir. Sonsuz axtarışlar. Kədərli illər. Dəlilik. Heç vaxt əlin aya qədər çatmaz... Göz yaşları. Yalnız yastıq bütün həqiqəti bilir.

* Ayaq saxla və onların müti dualarını eşit...

İlahi, məni Sənin iradənin aləti et;

O yerdə ki nifrət var, mənə sevgi;

O yerdə ki şübhə var, – iman;

O yerdə ki ümidsizlik var, – ümid;

O yerdə ki zülmət qaranlıq var, – işıq;

O yerdə ki kədər var, – sevinc görməyi nəsib et.

Mən bu dünyaya yalnız bir dəfə gəlmişəm. Elə et ki, mən edə biləcəyim hər bir xeyir işi edim. İmkan vermə geri çəkilim, yaxşılığa laqeyd olum. Çünki mənə ikinci həyat verilməyib.

Beləliklə, sən azadsan!

Fərid Abdullah

Комментариев нет:

Отправить комментарий