Hədəfə aparan 12 yol


1 – Telefonunuzu söndürün. İki saat vaxt ayırın və istənilən sahələrdən ibarət 100 hədəf yazmağa başlayın: iş, pul, sağlamlıq, bədən, səyahət və s.

2 – Hədəfləri qruplar əsasında yerbəyer edin.

3 – Üç ay ərzində həqiqətən də reallaşdıra biləcəyiniz 5 hədəf seçin.

4 – Onlardan hansı 3-ü daha zəruri və prioritetlidir? Digər ikisini siyahıdan çıxarın.

5 – Hədəfləri vərəqə yazın, üzərinə dedlayn tarixi əlavə edin və görünən yerdən asın.

6 – Hər bir hədəf üçün hərəkət planı hazırlayın: hədəflərə aparan sadə aralıq addımları yazın.

7 – Öz iş cədvəlinizə baxın: görün həftə ərzində iki saat hədəfiniz üzərində işləmək üçün hansı iki günü seçə bilərsiniz? Bunun üçün gündəlik tutun.

8 – Hər bir addım üzərində işləyərkən onu dəqiq kriteriyaları olan daha sadə tapşırıqlara ayırın, məsələn: mən bu iki saat ərzində hədəfim üçün nə edə bilərəm?

9 – Hər iki həftədə hər bir hədəf üzərində öz proqresinizi qiymətləndirin. Bu vaxtı da cədvələ əlavə edin (məsələn, hər ikinci bazar günü 1 saat hesabat üçün vaxt) Bunu növbəti 12 həftə üçün təyin edin.

10 – 12 həftədən sonra yekun nəticə çıxarın. Nəyə nail ola bilmisiniz? Hədəfə çatmağınıza nə mane oldu? Özünüzə qarşı ədalətli olun, özünüzü söyməyin, əksinə, anlamağa çalışın ki, məhz nə alınır, nə alınmır.

Fərid Abdullah

Комментариев нет:

Отправить комментарий