İmtina səni pis insan etmir, əksinə, “yox” demək bacarığı – bizim yiyələnə biləcəyimiz ən zəruri bacarıqlardan biridir. O, bizim effektliyimizi artırır, ətrafla münasibətlərimizi yaxşılaşdırır və bizə aram özgüvən verir. Əgər uyğun və imtinasız biri olmaqdan cana yığılmısınızsa, bu kitab sizin üçündür.
Deymon Zaxariades fərdi inkişaf üzrə Amazonun bestseller müəllifidir. O, sərhədlərin qoyulması və onların qorunub saxlanılması üçün lazım olan əminliyi inkişaf etdirmək üzrə mərhələli təlimat təqdim edir. Möhkəm və mülayim “yox” demək incəsənətinə yiyələnməklə və bunda mütəmadi məşğələ aparmaqla siz fərqinə varacaqsınız ki, sizi tamamilə fərqli şəkildə qəbul etməyə başlayıblar. İnsanlar sizə, sizin zamanınıza daha çox dəyər verəcək və sizdə lider görəcəklər, idarə olunan yox.
Mən kitabı rus dilində oxumuşam. Həcmi çox deyil. Kitab çox bəsitdir, asandır. Bir oturma oxumaq mümkündür. Kitabı orta qiymətlə dəyərləndirirəm.
Oradan qeyd etdiyim bəzi fikirləri sizinlə bölüşürəm.
* Əgər həyatınızda prioritetlər qoymasanız, bunu sizin əvəzinizə kimsə edəcək. Yəni həyatında qayda-qanunlar, olar-olmazlar, hədəflər və sair bu kimi şeylər təyin etməsən, kimsə gəlib sənə necə yaşamalı olduğunu diqtə edib, bunu da tələb edəcək
* Dərin bir inmala söylənilən "yox", sadəcə xoşa gəlmək, ən pisi isə problemdən qaçmaq naminə söylənilən "hə"dən qat-qat yaxşıdır, - deyirdi Mahatma Qandi.
* Yox demək bacarığı, mənimsəyə biləcəyimiz ən vacib bacarıqlardan biridir. O bizim effektli olmağımızı artırır, ətraf mühitlə münasibətlərimizi yaxşılaşdırır və bizə aram özgüvən aşılayır (ola bilər ki, bu hiss hələ sizə yaddır).
* Bizim hədəfimiz “yox” deməyi elə şəkildə öyrənməkdir ki, özümüzü günahkar hiss etməyək.
* Başqalarının xeyrinə olaraq öz ehtiyaclarını gözardı etmək – birbaşa kədər və acıqlığa aparan yoldur (hətta xəstəliklərə də).
* Assertivlik – insanın öz davranışını müstəqil şəkildə nizamlaya biləcəyi və başqalarının təsirindən, habelə qiymətləndirməsindən asılı olmamaq xüsusiyyətdir. Çoxu düşünür ki, bu, anadangəlmədir, lakin belə deyil. Assertivlik – sonradan qazanılan xüsusiyyətdir. Bu bacarığı inkişaf etdirmək mümkündür. Assertivlik – öz ehtiyaclarını, istəklərini cəsarətlə dilə gətirmək və öz hədəflərinin, hətta digər tərəfdən müqavimətlə üzləşdikdə belə, ardınca gedə bilməkdir. Bu hazırlıq dəqiq və ikibaşlı olmadan istənilən məsələdə öz mövqeyini bildirmək, eyni halda dəstək və ya ətrafdakıların razılığını axtarmamaqdır.Təsəvvür edin ki, siz dostunuzla siyasətdən danışırsınız. Elə isə, assertivlik – öz baxış bucağını, hətta yoldaşının görüşü ilə zidd də olsa bildirə bilməkdir.
* Aqressivlik - çox vaxt impulsiv olan bir davranışdır. Şəxs daha sonra peşman olacağı düşmənlik və ya kobudluq nümayiş etdirir. Assertivlik isə əksinə, planlı və öncədən düşünülmüş bir incəlikdir, həmsöhbətinin hisslərini nəzərə alaraq mövqeyini açıq şəkildə ifadə etmək qabiliyyətidir. Aqressiv insan yüksək səsli, inadkar və xudbindir. Assertiv isə əksinə, sakitdir, reaksiyalarında çevikdir və başqalarına qarşı diqqətlidir.
* Bir çoxumuza uşaqlıqdan imtina etmənin ədəbsiz və eqoizm olduğunu öyrədirlər. Bu inancın dəyər sistemimizdə əhəmiyyətli bir yeri var.
* Öz qayğına qalmaq eqoistlik deyil, zərurətdir.
* Düşünülmüş və nəzakətli şəkildə imtina etmək, dostlarınız, ailəniz və həmkarlarınızın gözündə statusunuzu artıracaq. Artıq sizi ayaqaltı edə bilməyəcəklər və siz hörmət və etibardan zövq alacaqsınız.
* Biz başqalarına yarımağı öyrənirik, çünki bu davranış bizə dərhal mükafat almaq imkanı verir (təsdiq, özünü zəruri hesab etmək hissi, sosial hörmət).
* İnsanlar sizdən kömək istədikdə və imtina etməli olduğunuzu bildiyiniz zaman vaxtı uzatmayın. Birbaşa və aydın danışın.
* Kiçik, zərərsiz yalanlara öyrəşməklə öz gözünüzdəki nüfuzunuzu sarsıdırsınız və özünüzü qorxuya öyrəşdirirsiniz ki, başqaları sizin izahlarınıza şübhə ilə yanaşa bilərlər.
* Dəyərimizi qəbul etmək bizi ətrafımızdakılarla bərabər tutur.
* Uşaqlara imtina etmək qabiliyyəti aydın sərhədlər qoymaqla əsaslanır. Onlar nəyin məqbul və nəyin uyğun olmadığını dəqiq bilməli və gözləntilərini düzəltməlidirlər.
* Yaxşı dost olmaq, dostlarınızın prioritetlərini özünüzdən üstün tutmaq demək deyil.
* Siz üzr istəməli və yaltaqlıq etməli deyilsiniz. Sadəcə qərarınızda açıq olun. Və “bacarmıram” yerinə "istəmirəm" və ya "etməyəcəyəm" deyərək bunun məsuliyyətini öz üzərinizə götürün.
Fərid Abdullah
Комментариев нет:
Отправить комментарий