XOŞBƏXTLİK CƏDVƏLİ


Əgər həyatınıza yenilik qatmaq istəyir, lakin nə edəcəyinizi bilmirsinizsə, bunları bir yerə yazıb reallaşdıra bilərsiniz. Ya da özünüzdən əlavələr edə bilərsiniz. Siyahı şərtidir. Ümid edirəm ki, həyatınıza zövq qatmış olar.

1 –  Yeni dil öyrənmək;

2 – Meşədə gəzmək;

3 – Günəşin batmasını izləmək;

4 – Yürüşə çıxmaq;

5 – Yeni bir şey öyrənmək;

6 – Dostlarla şam yeməyi yemək;

7 – Özünüzə dadlı bir şey almaq;

8 – Sevdiyiniz yeməyi hazırlamaq;

9 – Muzeyə getmək;

10 – Təklikdə səhər yeməyi yemək;

11 – Günəşin altında qızınmaq;

12 – Telefonsuz gün keçirmək;

13 – Piknikə getmək;

14 – Evinizi bayram üçün bəzəmək;

15 – Qaçışa çıxmaq;

16 – Sabun köpükləri üfürmək;

17 – Kinoya getmək;

18 – Doyunca yatmaq;

19 – Yağışın səsinə qulaq asmaq;

20 – Çərpələng uçurmaq;

21 – Köpüklü vanna qəbul etmək;

22 – Yaxın və doğma insanın üzünə gülümsəmək;

23 – Faydalı vərdişə yiyələnmək;

24 – Sevimli filmi izləmək;

25 – Dənizdə çimmək;

26 – İdmanla məşğul olmaq;

27 – Gecə vaxtı səmanı müşahidə etmək;

28 – Evdə təmizlik işləri aparmaq və onu sahmana salmaq;

29 – Bitki almaq;

30 – Yayda dondurma yemək;

31 – Quşların oxumasına qulaq asmaq;

32 – Özünə gül almaq;

33 – Valideynlərinin fotolarına baxmaq;

34 – Yaxın hesab etdiyiniz adamla görüşmək;

35 – Sevdiyiniz musiqini dinləmək;

36 – Maşınla şəhərdən kənara çıxmaq;

37 – Təzə meyvə və tərəvəz yemək;

38 – Otun üzərində ayaqyalın gəzmək;

39 – Günəşin doğuşunu müşahidə etmək;

40 – Yelləncəkdə yellənmək.

Комментариев нет:

Отправить комментарий