Bu əsər özünü-inkişafla bağlı dünya bestsellerlərindən biridir. Uğurlu insan olmaq üçün riayət etməli olduğunuz əsas həyat prinsipləri kitabda qısa məsləhətlər şəklidə verilmişdir. Bu məsləhətlərin içərisindən məhz sizə lazım olanları da var. Düzdür, onlar sizə yal¬nız o halda kömək edəcək ki, ancaq oxumaqla kifayətlənməyib, istifadə etməyi sınayacaqsınız. Sadəcə oxuyun, özünüz üçün mütləq nə isə tapacaqsınız.
Kitabı çoxdan oxumuşam. Bəzi qeydlər aparmışam. Demək olar ki, çox sayda praktiki məşğələlər vardır. Həm də sadə dildədir. Kitabı oxuyarkən orada müəllifin digər müəlliflər, kitablar, musiqilər və sair əhəmiyyətli şeylər barəsində də söz açdığını görəcəksiniz və bu, sizə əlavə bələdçi olacaq.
Kitabı orta, sadə,asan dildə yazılmış kimi dəyərləndirirəm. Habelə oradan götürdüyüm bəzi fikirləri sizinlə paylaşıram.
* Hər səhər güzgü qarşısında beş dəqiqə gülün. Stiv Martin belə edir. Gülüş bizim orqanizmimizdə olan bir çox xeyirli elementləri fəallaşdırır. Gülüş, həmçinin, orqanizmi taraz hala qaytarır. Gülüş terapiyası bir çox xəstəliklərin müalicəsində müntəzəm istifadə edilir və məişət problemlərinə qarşı səmərəli bir dərmandır. 4 yaşlı uşaq gündə orta hesabla 500 dəfə gülür, böyük adam isə ən çoxu gündə 15 dəfə. Gülmək vərdişini bərpa edin, həyatınız daha canlı olsun.
* Diqqəti cəmlamək bacarığınızı artirmaq üçün, yeriyərkən addımlarınızı sayın. Bu, çox səmərəli üsuldur. 6 addim müddətində nəfəs alın, sonraki 6 addımda nəfəsinizi saxlayın, nóvbəti 6 addımda isə buraxın. Əgər 6 addım sizin üçün çoxdursa, uyğun olan sayı seçin. Bu məşğələdən sonra ózünüzü gümrah, daxilən sakit və toparlanmış hiss edəcəksiniz. İnsanlar beyinlərinin hər cür cəfəngiyyatla dolmasına çox tez-tez icazə verirlər. Bacarıglarının son həddin çalışan adamlar isə daim vacib məsələlər üzərində cəmlənən sakit ağılın gücünə xüsusi dəyər verirlər.
* Siz iradənizi digər adamlarla rəftarınıza müəyyən məhdudiyyətlər qoymagla da gücləndirə bilərsiniz. Az danışın (60/40 qaydasından istifadə edin, yəni vaxtınızın 60-%ni dinləməyə, yalniz — 40%-ni danışmağa sərf edin). Bu sizi nəinki daha populyar edər, həm də çoxlu hikmət sahibi edər, çünki hər gün rast galdiyimiz insanlar bizə nə isə öyrətməyə qabildirlər. Dedi-qodu və ya fikrinizcə. səhvə yol vermiş insanları məzəmmət etmək kimi vərdişlərinizdən, şikayət etməkdən əl çəkin, gülərüzlü, çalışqan və güclü şəxsiyyətə çevrilin. Bununla da digər adamlara güclü təsir etmiş olacaqsınız.
* Heç kəs icazəniz olmadan sizin xətrinizə dəyə və ya sizi təhqir edə bilməz.
* Heç vaxt ailənizə aid olmayan insanlarla sağlıq durumunuz, maliyyə işləriniz və digər şəxsi problemlərinizi müzakirə etməyin. Bu məsələlərdə çox intizamlı olun...
* "İki dəqiqəlik ağıl" konsentrasiyanı inkişaf etdirmək üçün ən yaxşı məşğələdir. Sadəcə, qol saatınızın ikinci əqrəbinə 2 dəqiqə baxın və heç nə düşünməyin. İlk vaxtlarda fikriniz yayınacaq, lakın 21 gün məşq etdikdən sonra artıq diqqətiniz yayınmayacaq. Uğur qazanması üçün insanın özündə inkişaf etdirə biləcəyi ən böyük xüsusiyyətlərdən biri uzun müddət ərzində diqqəti cəmlənmiş saxlamaq bacarığıdır. Konsentrasiya əzələlərinizi artırmağı öyrənin, onda bütün məsələləri həll edə biləcəksiniz.
Fərid Abdullah
Комментариев нет:
Отправить комментарий