Piter Volt İstənilən arzunu reallaşdırmaq üçün 30 ən yaxşı üsul


Bu kitabda şəxsi hədəflərə nail olmaq üzrə ən məşhur mütəxəssislərin 30 ən yaxşı məşğələsi yığılıb. Məsələn: Xose Silva, Barbara Şer, Dipak Çopra, Robert Kiyosaki, Con Kexo, Cozef Mörfi, Deyl Karnegi və sair kəslərin. Bu üsullar liderlik keyfiyyətlərinin inkişafında, zənginliyin əldə olunmasında, uğurlu karyera qurmaqda, möhkəm sağlamlığın qazanılmasında, hətta ailə qurmaqda belə, kömək edir. Qərar verin, məhz nədə uğur qazanmaq istəyirsiniz, məşğələləri edin və istədiyiniz nəticəni alın.

Kitabdan elə hissələr var ki, onları ayrı şəkildə bir məqalə kimi paylaşacağam. Kitabın üstün cəhəti odur ki, müəllif bir mövzuda fərqli mütəxəssislərin rəylərini qısa-lakonik şəkildə verib. Asanlaşdırıb. Kitabdan bəzi qeyd etdiyim şeyləri paylaşıram:

* Siz hər kəsi razı sala və tamamilə hər kəs üçün uğurlu biri ola bilməzsiniz. Lakin hər şeydən öncə özünüz üçün uğurlu biri olmaq sizin əlinizdədir. Bax məhz o zaman sizin uğurunuzu digər insanlar da görəcək və dəyərləndirəcək.

* Başqalarını ötmək – olduqca çətin və tamamilə naşükür məqsəddir. Yarışa biləcəyiniz və yarışmalı olduğunuz yeganə şəxs siz özünüzsünüz. Siz bu gün dünənkindən daha çox bacarıqlı olmalı, daha çox qazanmalı və ya daha çox bilməlisiniz.

* Uğur qazanmağınız üçün üç addım atmaq lazımdır. 1. Ürəyinizcə olan bir iş tapın. 2. Bu işdə maksimum nailiyyət qazanmağa kömək edəcək hədəflər qoyun. 3. Qərarlaşdırın, bu iş ətrafa nə kimi fayda verəcək? Hərəkət edin və uğur mütləq sizə tərəf gələcək.

* Sinergiya – komandanın inşasıdır, komandada işləməkdir. Bir nəfər eynifikirli komandadan daha azına qadirdir. İnsanların müxtəlif olma faktını dəyərləndirin və ona hörmətlə yanaşın. Hamımız fərqli tərbiyəyə, düşüncəyə, hədəfə və imkanlara malikik. Bizim fərqli baxış bucağımız var və onlar ehtirama layiqdir.

* Ünsiyyət qabiliyyəti – təkcə danışmağı bacarmaq deyil ki, insanlar sizin xahişinizi yerinə yetirsinlər. Ünsiyyət qabiliyyəti – insanlara öz baxış bucağını çatdıra bilməkdir. Bu isə həmsöhbətinə qulaq asmaq və onu dinləmək bacarığıdır!

* Sizin vəzifəniz – prosesdən zövq almaq və nəticədən ləzzət duymaqdır!

Fərid Abdullah

Комментариев нет:

Отправить комментарий