Müasir psixologiyanın çiçəklənməsi üçün nə edək?


Bildiyimiz kimi İslam dini əxlaq bölməsinə çox geniş dəyər vermişdir. Bəlkə də İslamın nəyi varsa, elə insanın kamala çatması istiqamətindədir. İslam Peyğəmbərinin (s) "Mən əxlaqi dəyərləri və fəzilətləri kamilləşdirmək üçün peyğəmbərliyə seçilmişəm" kimi kəlamı və ya "Məgər din sevgidən başqa bir şeydirmi?" sloqanı təsadüfi və ya ikinci dərəcəli bir şey deyil. Bəlkə də ən ümdə gedən və hədəf kimi bəlirlənən nöqtədir.

Dediyimiz kimi, özünü mənəvi kamalata çatdıra bilməyən kəsin etdiyi hər bir əməl fəsaddan başqa bir şey olmayacaq. Axı, kamillik dadnını duymayan kəs, İslamın kamal sifətlərini necə anlada bilər? Misal üçün, həyatında heç bir zaman dəniz görməyən, ona toxunmayan, hətta bu dənizə baş vurmayan kəs o dənizi necə təsvir edə bilər?!

Son zamanlar İslamda yeni oyanış dövrü gedir. Çünki mövcud dünyamızda kiber-hücumlara, psixoloji təzyiqlərə məruz qalmış İslam ümməti bu bəlalardan qurtulmaq istəyir. İndiyə qədər hansı səmtdən İslam baş qaldırmaq istəmişsə, düşmən çomağını hazır vəziyyətdə əldə saxlayaraq, o nöqtəni zərərsizləşdirmək istəmişdir. Lakin, İlahi nəzarət altında olan bəşəri din məğlubedilməzlər siyahısındadır.
 
İslamın bir neçə sahələri üstündə durmadan araşdırmalar və cərəyan edilən məfkurəyə qarşı olan alternativləri üzrə tədqiqatlar aparılır. Bu belə də olmalıdır. Qərb psixologiyasını oxuyan kəslər yaxşı anlayırlar ki, bu psixologiya insanın eşq bardağını doldurmaqda acizdir. Sadəcə olaraq Qərb nümayəndələrinin bu boşluğun doldurulması üçün Şərq, ən əsası İslam çeşməsinə baş vurduğu dönəmdə, bəzən biz bundan qafil oluruq.

Araşdırılması zəruri məsələlərdən biri də İslam əxlaqıdır. Bəli, İslam əxlaqı kifayət qədər araşdırılmış bir mövzudur, dediyimiz isə, onun müasir Psixologiya elminə verə biləcəyi dəyərlərdir. İslam əxlaqı bu gün psixologiya, özünü inkişafetdirmə, uğur qazanma və s. cəhətlərdə insanın kamala çatmasında yeganə çıxış yoludur. Odur ki, mütəxəssislər bu istiqamətdə qafil olmamalıdırlar.

Mən deyərdim ki, bu prosses yavaş-yavaş getməkdədir. Bir çox mütəxəssislər bunun üstündə tədqiqat aparırlar. Xalqın yeganə ümid, etibar etdiyi nöqtə ruhaniyyətdir. Bəli, ruhaniyyət. İnsanın ruhu üzrə mütəxəssis həkim. Ən çətin peşə. O peşə ki, əziz Peyğəmbərimiz (s) bu ixtisası bizə əmanət vermişdir. Bu ixtisas xalqın ümidvar olacağı, pənahgah qərar verilmiş yegane yeri olmalıdır.

Buna görə də, insanlar özlərini və sirlərinin məxfi qalacağı, psixoloji sarsıntılarını rahat şəkildə izah edəcəklərinə dair xatircəm olmalıdırlar.  Onlara düzgün yol və sağalma "dərmanları" sunulmalıdır. Zülmətdən nura çıxarılması yolunda ruhaniyyət böyük səy göstərməlidir. Bu haqda seminarlar keçirilməli, mühazirələr oxunmalıdır. Camaata dərdi (filan əməl haramdır, filan əməl vacib) söyləyərkən, dərdə bulaşmış insanlara bu çirkabdan çıxarılmasına dair ümid verilməli və həlli yolları göstərilməlidir.

Bəli, insanın motivasiyası, uğur qazanması, özünütanıması yollarını məhz İslam daha kamil anlatmışdır. Məhz İslam kamal sifətləri, insanın son mənzilini və həyatda istiqamətlənməsi zəruri olan hədəfi ona bəyan etmişdir. Elə isə, İslam əxlaqı müasir psixologiyanın zənginləşdirilməsində yeganə və tək olan bir mücəvhərdir.

Fərid Abdullah



Комментариев нет:

Отправить комментарий