Arada qarşımıza gözəl şeirlər çıxır,
onları yadda saxlamaq istəyirik. Ya da şeiri yadda saxlamağa məcbur oluruq
(Məktəb, universitet və s.). Lakin, bizim üçün çətin olan cəhətlərdən biri də
şeiri əzbərləməkdir. Bəzən saatlarla, bəzən isə günlərlə zəhmət çəkir, lakin
bir nəticə əldə edə bilmirik. Şeir əzbərləmək üçün hafizə əsas səbəblərdəndir.
Lakin, hafizənin zəifləməsinə də ən böyük zərbə vuran fikir dağınıqlığıdır.
Daha diqqətli olsaq, səy göstərsək, bir nəticəyə vara bilərik. Mütləq!
İndi isə, keçək əsas məsələyə...
1. Şeiri əzbərləmək üçün ilk addım onu
səsli formada oxumaqdır. Adətən insanlar şeiri ürəklərində ouyur. Lakin, sizin
qulaqlarınız da bunu duymağa ehtiyacı var. Ən azı, bir şeiri bir neçə dəfə uca
səslə oxuyun. Çalışın ki, şeir dilinizə yatsın (otursun).
2. Şeirin sözlərindən əlavə onun yaratdığı
təsviri gözünüzün önündə canlandırın. Misal üçün:
Dərsə gedən bir uşaq.
Çıxdı buz üstə qoçaq. - Beyninizdə bu
şeirin təsvirini çəkin ki, bu informasiya olaraq beyinə ötürülsün.
3. İndi isə, şeirə diqqətlə baxın. Bu
səfər sözlərə diqqət yetirib, onların nizamını, düzülüşünü yadda saxlamağa
çalışın. Bu dəfəki missiyanız sözlərlədir. Onu aramla oxuyun.
4. Daha sonra şeiri bir vərəqə köçürtməyə
çalışın. Bunu səslə oxuya-oxuya etsəz, daha effektli olacaq.
5. Şeirin düzülüşü uzun olduqda, onu bir
neçə hissəyə ayırın. Bu gözünüzə daha rahat görsənəcək. Onu hissələrə ayırıb,
parçalayıb öyrəndikdən sonra, hamısını bir yerə cəmləmək daha rahatdır.
6. Yazdığınız birinci vərəqə diqqət edin. Birinci kəlməni
öyrənin, sonra ikincisini. Daha sonra hər ikisini bir yerdə deyin. Məsələn:
Birinci addım:
Dərsə gedən bir uşaq
İkinci addım:
Çıxdı buz üstə qoçaq.
Üçüncü addım:
Dərsə gedən bir
uşaq
Çıxdı buz üstə
qoçaq
Dördüncü addım:
Sürüşdü birdən-birə
Beşinci addım:
Dərsə gedən bir
uşaq
Çıxdı buz üstə
qoçaq
Sürüşdü
birdən-birə - Beləcə, davam edin.
7. Bəzən şeirdə elə bir yer olur ki, daim
yaddan çıxır. Adətən bu başlanğıcda olur. Belə olduqda, onu kiçik bir kağıza
qeyd edin. Çaşarkən, vərəqə baxıb davam edin. Bunu bir neçə dəfə etdikdən
sonra, artıq vərəqə ehtiyac qalmayacaq.
8. Deyilənə görə məşq etməyən bir insan
bir səhifəni bir saata əzbərləyə bilir. Daha çox məşq etməklə bu müddəti daha
çox azalda bilərsiz. Əgər vaxtınız boldursa, yatmamışdan 20 dəqiqə əvvəl şeirlə
məşğul olun. Axşamlar beyində öyrənilənlər yenidən mənalandırılır. Bir də
görəcəksiz ki, ağızınızdan şeirin kəlmələri çıxır. Bunu bir neçə gün təkrar
edin. Səhər tezdən də oxumağın çox böyük təsirləri var. Beyin informasiyasız
olduğu üçün onu təmiz səhifəyə yazırsız.
Hər bir şeyin başında məşq etmək və səy
göstərmək, ən əsası isə, ümidsizliyə qapılmamaq gərəkdir!
Fərid
Abdullah
Комментариев нет:
Отправить комментарий