
("Mən insanlara inanmıram" - deyənlərə ithaf olunur. Bunu
unutmayaq ki, bu fikri bizə qarşı da düşünən var.)
- Aysel, sən gərək mənə inanasan, etibar edəsən. Nə qədər də olsa, bir
yerdə işləyirik. İşlərimizi bir yerdə
görürük.
- Aaa, necə yəni
etibar? Baxmayaraq ki, bir neçə ildir bir yerdə işləyirik və işimizdə etibar
tələb olunur, sözsüz ki, nə sən mənə, nə də mən sənə etibar edirəm. Düşünürəm
ki, bu normal haldır.
- Bunun nəyi normaldır
ki? Biz bir-birimizə etibar etməliyik. İllərdir nə zərbə yemişiksə, bir yerdə
yemişik. Uğurumuz da, məğlubiyyətimiz də bir olub.
- Axı necə edim bunu?
Elə danışırsan ki...
- Arxanı çevir mənə.
- Hə, sonra?
- Yıxıl mən tərəfə.
- Elə niyə? Yıxılım
üst-başım bulansın?
- Yox, arxaya tərəf
burax özünü mən səni tutacağam.
- Sənə nə var ki,
birdən əlini çəkərsən guruppultuyla gələrəm yerə.
- Zarafat etmirəm,
burax özünü.
- Aayy, yıxıldım. Bıyy,
yıxılmadım ki. :))
- Görürsənmi, tutdum
səni. Sən mənə etibar etdin, özünü arxaya buraxdın və mən səni yerə yıxılmağa
qoymadım. Sən birinci addımı atdın. Gerisi Allah kərimdir.
- ... Mən qorxuram
sadəcə Vüsal. O qədər aldadıblar ki, məni. Sənə o qədər inanıram,
inanıram. Etibar da edirəm. Lakin arabir qəlbimə gic-gic şeylər gəlir. Elə
bilirəm ki...
- Sən də etibar edəcəyin, ehtimal verəcəyin şeylərdə insanları yaxına
burax. İnan ki, bu dünyada etibar ediləcək o qədər insan var ki... Sadəcə sənin
yanılman, etibarsızlıqla üz-üzə gəlməyin yanlış adama etibar etmək olub.
- Çox sağol, ay Vüsal. Sən həqiqətən yaxşı insansan.
Fərid Abdullah.
Namehremlerin bele munasibeti haramdir.
ОтветитьУдалить