Bu gün axşam
ərim özünü qəribə aparırdı. Bizim sevimli restoranımızda şam yeməyi
yeyəcəyimizə dair sözləşdik. Mən bütün günü rəfiqələrimlə dükanları gəzişdik və
restorana bir az gecikdim. Düşünürdüm ki, onu məhz bu səbəb kədərləndirib.
Söhbət adama yapışmırdı. Təklif etdim ki, rahat danışmağımız üçün bir az sakit
yerə çəkilək. Razılaşdı, amma yenə də söhbətcil olmadı. Ondan nə baş verdiyini
soruşdum, heç nəyin baş vermədiyini dedi. Ondan kədərlənməsində mənim günahkar
olub-olmadığımı soruşdum. O isə heç də kədərli olmadığını, təqsirkar da
olmadığımı və heç nəyə görə narahat olmamağımı söylədi. Evə gedərkən, yol
üstündə onu sevdiyimi söylədim. Gülümsədi və yol ilə getməyə davam etdi.
Onun
davranışını izah edə bilmirəm, anlaya bilmirəm Nə üçün o da mənə sevdiyini
söyləmədi? Evə çatdığımız zaman, hiss etdim ki, onu tamamilə itirmişəm. Mənə
yaxınınlaşmadı. Sadəcə divanda oturub, televizora baxdı. Elə bu cür uzaq və
kənarla çəkilən halda qalmışdı. Nəhayət, ona yatmağa getdiyimi söylədim. On beş
dəqiqədən sonra o da yataq otağına gəldi. Hiss edirdim ki, onu nə isə narahat
edir və xəyalları haradasa uzaqlardadır. O, yuxuya getdi, mən isə gecənin
yarısını ağladım. Bilmirəm, necə olum, nə edim. Bircə onu blirəm ki, fikri
başqa yerdədir. Mənim həyatım dağılır, məhv olur...
Onun (Oğlanın)
gündəliyi:
Motosikl hələ
də işə düşmür və nə üçün belə olduğunu anlaya bilmirəm.
Hazırladı: Fərid Abdullah
Комментариев нет:
Отправить комментарий