Bir dəfə zəngin bir ailənin atası
insanların nə dərəcədə kasıb ola biləcəyini göstərmək üçün kiçik oğlunu
kəndə, fermaya aparmaq qərarına gəlir. Onlar gündüzü və gecəni çox kasıb bir
ailənin fermasında keçirdirlər.
Evə qayıtdıqları zaman ata öz oğlundan
soruşdu:
- Səyahət necə, xoşuna gəldi?
- Bu olduqca gözəl idi, ata!
- Gördünmü, insanlar nə dərəcədə kasıb ola
bilir? - deyə, ata soruşdu.
- Bəli.
- Beləliklə, bundan nə öyrəndin?
Oğul cavab verdi:
- Mən gördüm ki, bizim evdə bir it,
onların isə dörd iti var. Bizim bağın ortasında çarhovuz var, onların isə,
kənarı görsənməyən buxtası (kanal). Biz öz bağımızı lampalar ilə
işıqlandırırıq, onlara isə ulduzlar işıldayır. Arxa həyətdə bizim eyvanımız,
onların isə, bütöv bir üfüqü (mənzərəsi) var.
Oğlunun bu cavabından sonra atanın dili
tutuldu (susdu, danışa bilmədi).
Oğul isə, sözlərinə əlavə etdi:- Bu
insanların nə qədər dövlətli olduqlarını mənə göstərdiyin üçün, çox sağol, ata.
"Uğurun tarixləri"
Tərcümə etdi: Fərid Abdullah
Комментариев нет:
Отправить комментарий