Nə üçün zamanla sevgi tükənir?

Bir dəfə nəvə nənədən soruşdu:
- Nənə, nə üçün sevgi çıxıb gedir? Nə üçün insanlar bir-birini daha sevmir və ayrılırlar? Bilirəm, bu çox çətin bir sualdır, buna sadə bir cavab vermək mümkün deyil. Amma mən keçmiş səhvlər və ümidsizliklərdə cavab axtara-axtara bu sualı özümə verməkdən yorulmuşam. Rəfiqələrim mənə bu sualın cavabını verə bilmirlər, çünki, onların da eyni səhv və ümidsizlikləri var, fərq odur ki, bu onlarda başqa formadadır. 
Mən sualıma hətta psixologiya kitablarında cavab axtarmışam, amma orada cavab əvəzinə çoxsəhifəli nervoz, komplekslər, dəyərlərin iyerarxiyası (iyerarxiya - aşağı rütbəlilərin yuxarı rütbəlilərə tabe olma qaydası), koqnitiv dissonans təsvir olunmuşdur. Nənə, mənə sevginin nə üçün getdiyini qısa və aydın şəkildə başa sala bilərsənmi?

- Ay qızım - nənə dedi - Bu sualın cavabı çox sadədir. Sevgi cütlərdən birinin "Mən daha yaxşısına layiqəm", – deyə düşündüyü andan çıxıb gedir. Bunun səbəbi isə qürur və xudpəsəndlikdir. Əbəs yerə din və fəlsəfi məktəblər qürur, lovğalığı günah hesab etməyib.

Tərcümə və tərtib: Fərid Abdullah

Комментариев нет:

Отправить комментарий