
20 dəqiqəyə heç etmək istəmədiyiniz
istənilən hərəkətə dözmək (davam gətirmək) mümkündür. Nəyisə etmək üçün,
tənbəlliklə mübarizə aparmaq və şəxsi motivasiyanı yüksəltmək üçün bu yaxşı
üsuldur.
20 dəqiqə qanunu
Hər gün 20 dəqiqə idmanla məşğul olan
kəsin, sağlamlığı barədə narahat olmasına dəyməz.
Gün ərzində evinin təmizliyinə 20 dəqiqə
vaxt ayıran kəsin, səliqəsizlik barədə nigaran olmağına dəyməz.
Gün ərzində fikrin bir yerə cəmlənməsinin
yaxşılaşdırılmasına 20 dəqiqə vaxt ayıran kəsin, yaradıcılıq böhranı barədə
narahat olmağına dəyməz.
Gün ərzində ərinin və ya arvadının işləri
haqqında axıra qədər qulaq asmaq (və ya dinləmək) üçün 20 dəqiqə vaxt ayıran
kəsin, münasibətlərdə (hər hansı bir yarana biləcək) problemlər barədə
nigarançılıq keçirməsinə dəyməz.
Gün ərzində özünü dinləmək və şəxsi
qeydiyyatların aparılmasına 20 dəqiqə ayıran kəsin, ideya çatışmamazlığı barədə
narahat olmasına dəyməz.
Gün ərzində gəlir mənbəyinin yaradılması
üzərində 20 dəqiqə işləyən kəsin, şəxsi maliyyə müvəffəqiyyəti barədə nigaran
qalmasına dəyməz.
İstirahətə 20 dəqiqə ayıran kəs, taqətdən
düşmək və yorğunluqdan qorxmamalıdır.
Gün ərzində heç olmasa 20 dəqiqə faydalı
kitab oxuyan kəs, necə ekspert olmaq haqqında ürəyini sıxmamalıdır.
Tərcümə
və tərtib: Fərid Abdullah
fitforlife.ru
Комментариев нет:
Отправить комментарий