ƏDALƏT VƏ MÜSAVATIN FƏRQİ NƏDƏDİR?

Çağdaş zamanımızda düşündürücü və tez-tez rast gəlinən suallardan biri də ədalətlə müsavatın fərqidir. Bəzən beyinlərdə yaranan bu sual insanların düşüncələrini qarışdırır. Elə zənn olunur ki, müsavat və ədalət eyni şeydir. Bəzən də müsavat anlamı insanın ürəyinə daha çox yatır. Çünki, adətən insanlar müsavat tələb edirlər (Baxmayaraq ki, insanların çoxu qəlblərində bu fikirə ziddir). Yalnız məsələyə siyasi istiqamətdən baxış keçirtməmək lazımdır. Bu məsələdə ideoloji nəzər daha əvvələ keçirilməlidir. İlk əvvəl ədalətin nə olduğuna nəzər salaq.

İnsanlara necə inanaq? (praktik məşğələ)


("Mən insanlara inanmıram" - deyənlərə ithaf olunur. Bunu unutmayaq ki, bu fikri bizə qarşı da düşünən var.)

- Aysel, sən gərək mənə inanasan, etibar edəsən. Nə qədər də olsa, bir yerdə işləyirik. İşlərimizi bir yerdə görürük. 
- Aaa, necə yəni etibar? Baxmayaraq ki, bir neçə ildir bir yerdə işləyirik və işimizdə etibar tələb olunur, sözsüz ki, nə sən mənə, nə də mən sənə etibar edirəm. Düşünürəm ki, bu normal haldır.
- Bunun nəyi normaldır ki? Biz bir-birimizə etibar etməliyik. İllərdir nə zərbə yemişiksə, bir yerdə yemişik. Uğurumuz da, məğlubiyyətimiz də bir olub.
- Axı necə edim bunu? Elə danışırsan ki...
- Arxanı çevir mənə.

Tənbəlliyə necə qalib gələk?


Tənbəllik insanların əksəriyyətinin xasiyyətinə çevrilmişdir. Bəzən insan bir iş görmək qərarına gəlir. Lakin bu işi görməyə onun nə həvəsi olur, nə də enerjisi çatır. Belə bir fikir var: tənbəllik deyilən şey yoxdur. Biz bu fikri belə analiz edə bilərik: insan bu işi sadəcə görmək istəmir və onun bu işi görmək üçün kifayət qədər motivasiyası yoxdur. Bu haqda hər nə qədər yazı oxusa, film izləsə, mühazirə dinləsə də onda təsir qoymur. Məncə, insan üçün bir iş zəruri sayılsa el arasında tənbəl kimi tanınsa belə onu yerinə yetirəcəkdir. Misal üçün: yemək, ayaqyoluna getmək, yatmaq və s. kimi. Ola bilər ki, insan bunları icra etməyə ərinsin, həvəsi olmasın. Amma zərurət onu bu işi həyata keçirməyə məcbur edəcək. Tənbəllik, həvəssizlik və s. bu kimi mənfi sifətlərin qarşısını almaq üçün bir çox məsləhətlər verilmişdir. Biz isə bu məsləhətləri həvəslə oxuyur, lakin əməl etməkdən boyun qaçırırıq. Mən tənbəlliklə mübarizə aparmaqda daha çox təsirli olan 3 əsas yol qeyd edəcəyəm. Kim bunlara əməl etsə, bir müddət sonra özündə müsbət təsirlərini görəcəkdir.

İkiüzlülük (nifaq)

İkiüzlülük (münafiqlik) ən rəzil sifətlərdən sayılır. Bu cür insanları seçmək bəzən çətin, bəzən isə demək olar ki, qeyri-mümkün olur. Adətən ikiüzlü insanların zəka qabiliyyəti yüksək səviyyədə olur. Onlar buqələmun kimi müxtəlif xarakterli cəmiyyətlərdə özlərinə məxsus yerlərini rahatlıqla tapa bilirlər. İkiüzlülük hər bir cəmiyyətdə pislənmişdir. Bəs bu cür insanları neçə seçmək olar? İnsanda ikiüzlülüyün olub-olmamasını haradan bilmək olar?
1. Bu insanlar dildən pərgar olur, cəmiyyətdə müxtəlif idea və fikirlər yürüdür, insanları bu fikirlər ətrafında cəm olmağa səsləyirlər. Özləri isə əməl etmək barədə kasatdırlar. Əməl etmədiyin bir şeyi xalqa demək prinsipini də bu sifətə aid edə bilərik. Bir insan dediyi sözlərə cavabdeh olmalı, ilk öncə özü əməl etməlidir. Bir sözlə, söz və əməl vəhdət təşkil etməlidir.

Qələbə qazanmışlar

Buna görə də ən böyük düşməni  (nəfsi) kiçikləşdirməmək lazımdır. Onu kiçikləşdirib (məğlub olub)  kiçik düşmənə qarşı böyük qələbə qazanan şəxs qalib olsa belə, məğlubdur. Amma daxili düşməni zərərsizləşdirib həqiqəti tapan və onu müdafiə edən şəxs kiçik düşmənə məğlub olsa belə, qalibdir!

 Deyilənə görə, qədim zamanlarda güclü və məğlubedilməz bir sərkərdə var idi. Bu sərkərdənin qarşısına çıxa biləcək bir qüvvə yox idi. O, bir çox adlı-sanlı pəhləvanların, sərkərdələrin kürəyini yerə vurmuş, onları mğlubiyyətə uğratmışdı. Bir gün adlı-sanlı bu sərkərdə döyüşdən sonra çadırına geri qayıdır. Dizlərini yerə atıb, əllərini göyə qaldıraraq yalvarmağa başlayır: "İlahi, bu yaşıma qədər məni məğlub edə biləcək bir insan qarşıma çıxmadı. Hər kim çıxmağa cəhd etdisə, onu məğlub etdim. Amma içimdə elə bir düşmən (nəfs) var ki, onunla bacara bilmirəm, onu haldan salıb, məğlub etməkdə acizəm."

Gəlincik


Bir dəfə dükanda satıcı ilə balaca bir oğlanın danışığının şahidi oldum:
- Təəssüf edirəm, amma bu gəlinciyi almaq üçün sənin pulun çatmır.
Bu zaman oğlan üzünü mənə çevirib dedi:
- Əmi, doğurdanmı pulum çatmır?
Pulları saydım və dedim ki, həqiqətən pul çatmır.
Bazarlığın xərcini ödədikdən sonra uşağa yaxınlaşdım. O hələ də gəlinciyi əlində tutmuşdu.
Soruşdum:
- Bu gəlincik sənin nəyinə lazımdır?
- Bu gəlinciyi mənim bacım arzulayırdı. Bunu ona hədiyyə etmək istəyirdim. Lakin indi gəlinciyi anama verməliyəm ki, bacımın yanına gedəndə ona versin.
Gözləri çox qəmgin idi.
- Bacım Allahın yanına gedib. Atam dedi ki, anam da tezliklə onun yanına gedəcək.

Şeiri necə əzbərləyək?


Arada qarşımıza gözəl şeirlər çıxır, onları yadda saxlamaq istəyirik. Ya da şeiri yadda saxlamağa məcbur oluruq (Məktəb, universitet və s.). Lakin, bizim üçün çətin olan cəhətlərdən biri də şeiri əzbərləməkdir. Bəzən saatlarla, bəzən isə günlərlə zəhmət çəkir, lakin bir nəticə əldə edə bilmirik. Şeir əzbərləmək üçün hafizə əsas səbəblərdəndir. Lakin, hafizənin zəifləməsinə də ən böyük zərbə vuran fikir dağınıqlığıdır. Daha diqqətli olsaq, səy göstərsək, bir nəticəyə vara bilərik. Mütləq!

İndi isə, keçək əsas məsələyə...

Sisəy


Bir amerikalı dostu hindi ilə insanların hərəkət etdiyi Nyu York Siti küçəsi ilə gedirdi. Hindi qəfil olaraq uca səslə dedi:
- Mən sisəyin səsini eşidirəm.
- Başına hava gəlib?- deyə, amerikalı şəhərin mərkəzi küçəsində qızğın saat zamanı insan kütləsinə göz gəzdirərək cavab verdi. Hər tərəfdə avtomobillər şütüyür, inşaatçılar çalışır, baş üzərindən təyyarələr uçurdu.
- Axı, həqiqətən mən sisəyin səsini eşidirəm - deyə, kimnsə müəssisəsinin qəşəng binasının qarşısında sınmış çiçək ləkinə tərəf hərəkət edərək, hindi israr edirdi.
Sonra o əyildi, bitkinin yarpaqlarını aralayıb, dərdsiz-qəmsiz cır-cır cırıldayan və həyata sevinən sisəyi dostuna göstərdi. 
- Təəccüblüdür,- dost geri çəkildi - Yəqin ki, sənin fantastik duyma qabiliyyətin var.

Qadınla olan münasibəti birdəfəlik unudun, əgər...



(Qeyd edim ki, bu məsləhət ailə qurmuş kəslərə aid deyil. Çünki ailə qurduqdan sonra. onu əsaslı səbəb olmadan dağıtmaq düzgün deyil. Bu, əsasən tanıdığınız zaman xüsusiyyət və xarakter baxımından əhəmiyyət verir.)

1. O sizə qüvvət vermirsə - düşünmədən, bir dəfəlik münasibəti qırın.

Problemlərimiz barədə kimdən məsləhət almalıyıq?



Son dönəmlərdə insanlar psixoloji sarsıntılar keçirdirlər. Düzdür, bu sarsıntılar bundan əvvəlki dönəmlərdə də olub. Lakin kapitalizmin vurduğu zərərlər insanları daha da sarsıdır. Çağdaş zamanımızda hətta azyaşlı uşaqlar belə, şikayət edirlər. Hər bir insanın dağ boyda dərdi var. Mümkündür, kənarda olan bir kəs özünə kiçik bir dərdi dağ boyda edən insanı məsxərə etsin. Lakin, hər halda dərd kiçik də olsa, böyük də olsa dərddir. Buna görə də, insanlara xidmət göstərib, dərdlərinə məlhəm olmaq lazımdır.

Qara pişik


O gün toy günümüzün səkkizinci ildönümü idi. Qərara almışdıq ki, bunu evdə deyil, gözəl bir yerdə keçirək. Həm də, bütün texniki vəsaitləri evdə buraxmaq şərtilə. Nə telefon, nə maşın. Heç nə. Eynən universitetdəki dönəmlərimizi yada salmaq üçün. Yenə də sərsəri kimi küçədə sevincimizdən uşaq kimi atdanıb-düşməyimizi yada salmaq naminə. Təki, səkkiz il keçməsinə baxmayaraq, yenə də təzə tanış olduğumuz günləri yenidən yaşayaq. Yenidən bir-birimizə vurulaq!

Yadıma gəlir, Banunun bir qəribə xasiyyəti var idi. Hər zaman mistik fikirlərə qarşı həssas idi. Bu adət-ənənələrə qarşı olan inanc ona güc gəlmişdi. Hər nə qədər ona başa salsam ki, bunlar boş şeylərdir, inandıra bilmirdim bu qızı. O da, bəzən mənimlə saatlarca mübahisə edərdi. Amma öz aramızdır, mənim də onu qıcıqlandırmaqdan xoşum gəlirdi.

Qadınların işlətdikləri 9 təhlükəli cümlə



1. "Hə, lap yaxşı!"
Adətən bu sözü qadınlar mübahisənin axırında - haqlı olduqları və sizin susmağınızın (mumlamaq) gərəkli olduğu zaman işlədir.

2. "Cəld gəlirəm! 5 dəqiqə!"
Bu ifadə iki mənada işlənə bilər: Əgər qadın bu ifadəni evdən çıxmağa hazırlaşarkən söyləsə, "5 dəqiqə" yarım saata qədər bərabərləşəcək. Amma, "ev işlərində yardım etmək" üçün sizə futbol oyununun birinci hissəsini izləməyə fəqət beş dəqiqə vaxt veriblərsə, o zaman əmin olun, bu düz beş dəqiqə sürəcək!

Heç kəsə aidiyyatı olmayan şeylər


Bir dəfə siçan diqqət etdi ki, fermanın sahibi tələ quraşdırıb. O, bu haqda toyuq, qoyun və inəyə danışdı. Lakin onların hamısı: "Siçan tələsi - sənin problemindir, bizə heç bir aidiyyatı yoxdur!" - dedi.
Bir az sonra siçan tələsinə bir ilan düşdü və fermerin arvadını sancdı. Onu sağaltmaq üçün, toyuqdan şorba hazırladılar. Sonra, xəstəyə baş çəkməyə gələnlərin hamısını yedirtmək üçün qoyunu kəsdilər. Və nəhayət, dəfn mərasiminə gələn qonaqları layiqli yedirtmək üçün inəyi kəsdilər.

Ustad haqqında xatirələrdən...


Bu gün qərara gəldim ki, kəndə gedib Ustadın evində qalım. Bezmişəm, nə qədər iş gərginliyi, evdə gərəksiz söz-söhbətlər, uşaqların dəng etməsi, dostların əyləncə məclislərinə dəvət etməsi... Nə qədər olar? Kifayət qədər pul toplamışam. Bu mənim 7 nəsilimə də kifayət edər. Deyilənə görə, insan mənəviyyatını da zənginləşdirməlidir. Mən maddiyyatımı bəs qədər zəngin etmişəm. Gedib bir az da iç dünyamın xəzinəsini doldurum. Dolduranlar məgər məndən artıqdır?! Mənə çarə qılsa, Ustad qılar. Hamı onun başına and içir. Çox qəribə, sirli və iç dünyası zəngin adamdır.
***
Bəli, budur. Ustadın evinin qarşısında maşınımı saxladım. Əcəb gözəl hava var. Buralar hara, şəhər hara? Beynimin necə sakit olmasını anlada bilmərəm. Ustad da, ağacın altında qumun üstündə oturub. Neynir, görəsən o? Hara baxır? Bir Allah bilir. Maşından düşüb, ona yaxınlaşdım:

Nitqi gözəl və qaneedici etməyə yardım edəcək 5 zəruri məsləhət


1. Hər gün heç olmasa bir yeni söz öyrənin

Yeni söz eşitmisiniz və ya oxumusunuzsa, onu "Vikipediya" və ya izahlı lüğətdə (axtarıb) tapın. Onun mənasını oxuyun, bu terminlə əlaqəli təsvirinə baxın. Sonra gün ərzində bir neçə dəfə onu istifadə etməyə çalışın.

2. Səsinizi diktafona yazın və nitqinizi analiz (təhlil) edin

Bu gözəl nitqə malik olmaq üçün birinci addımdır. Bir müddət sizə elə gələ bilər ki, sanki tamamilə yad bir səs eşidirsiz.

Bir uşağın gözündə zənginlik


Bir dəfə zəngin bir ailənin atası insanların nə dərəcədə kasıb ola biləcəyini göstərmək üçün  kiçik oğlunu kəndə, fermaya aparmaq qərarına gəlir. Onlar gündüzü və gecəni çox kasıb bir ailənin fermasında keçirdirlər.
Evə qayıtdıqları zaman ata öz oğlundan soruşdu:
- Səyahət necə, xoşuna gəldi?
- Bu olduqca gözəl idi, ata!
- Gördünmü, insanlar nə dərəcədə kasıb ola bilir? - deyə, ata soruşdu.

"Motivasiya və Uğur psixologiyası" mövzusunda təlim treninqi keçirilib (FOTO)


“İRƏLİ” Təlim və Karyera Mərkəzinin təşkili ilə “Motivasiya və uğur psixologiyası” mövzusunda təlim keçirilmişdir. əlimdə motivasiya və uğur qazanma yolları, özünü tanıma, bu yolda irəliləmə, hədəf nədir, necə təyin və icra etməli və s haqda təlim və müzakirələr aparılmışdır. Təlimçi "İctimai Yaradıcılıq Mərkəzi"nin rəhbəri, humanitar elmlər üzrə araşdırmaçı-yazar, Müstəqil Jurnalistlər Assosasiyasının (MJA) təsisçisi Fərid Abdullah olub.

Heç də bütün arzular həyata keçmir



1. Misal üçün, mən, uşaq vaxtı aşbaz olmaq istəyirdim, lakin həyata keçmədi. © Bill Geyts

2. Con Rokfeller 100 min dollar qazanıb, 100 yaşına qədər yaşamağı arzulayırdı. Amma 318 milyard dollar qazanıb, 97 yaşında dünyasını dəyişdi.

3. Hətta Roman Abramoviç də, anası kimi, müəllim olmaq istəyirdi ki, əmələ gəlmədi.

4. Roma papası uşaqlıqda rəngsaz olmağı arzulayırdı.

5. Medvedev bildirib ki, 5-ci sinifə qədər müəllim olmaq istəyib, artıq 2-ci snifdən yoxlamaq üçün dəftərləri ona veriblər.

6. "Lukoyl" ASC-nin vitse-prezidenti Leonid Fedun xatırlayır ki, uşaqlıqda arxeoloq olmaq istəyirdi.

Balaca hazırcavab şagird


Birinci sinif müəlliməsi Miss Nilamın (28 yaş) şagirdlərindən biri ilə (əlaqədar) çətinlikləri meydana çıxdı. O, soruşdu:
- Sənə nə olub, oğlan?
Oğlan cavab verdi:
- Mən birinci sinif üçün çox ağıllıyam. Bacım üçüncü sinifdədir, amma mən ondan ağıllıyam! Düşünürəm ki, mən üçüncü sinifdə oxumalıyam!
Miss Nilam üçün bu yetərincə kifayət idi. O, oğlanı direktorun yanına apardı. Gözləmə otağında olan zaman, müəllimə direktora bütün əhvalatı anlatdı. Direktor dedi ki, o, oğlanla test keçirəcək və əgər suallardan hər hansı birinə cavab verə bilməsə, birinci sinifə geri qayıtmalı və özünü yaxşı aparmalı olacaq. Müəllimə razılaşdı. Oğlanı kabinetə gətirdilər, qaydaları izah etdilər və o, testi keçməyə razılıq verdi. Direktor:
- 3 x 3 neçə edir?

Harvard tələbələrinin motivasiyası



1. Əgər sən indi yuxuya getsən, o zaman, sözsüz ki, arzuladığın yuxuna gələcək. Əgər yuxu əvəzinə təhsili seçsən, o zaman şəxsi arzunu həyata keçirəcəksən.

2. "Artıq çox gecdir" düşündüyün zaman, əslində, hər şey hələ ki, tezdir.

3. Təhsil (təlim) məşəqqəti fəqət müvəqqəti bir şeydir. Savadsızlığın məşəqqəti - daimidir (əbədidir).

4. Təhsil - zaman deyil. Təhsil - cəhddir (səy göstərməkdir).

5. Həyat - təhsil demək deyil, amma əgər sən onun hissəsini belə, keçə bilmirsənsə, elə isə, ümumiyyətlə sən nəyə qadirsən (nə bacarırsan)?

Uğura gedən üç gündəlik addım



Əgər sən həyatını bayrama çevirmək istəyirsənsə, o zaman üç gündəlik hərəkət üzrə adət (vərdiş) yaratmaq gərəkdir. Onları hər bir gün etmək lazımdır və həyat sistematik olaraq inkişaf edəcək və yaxşılaşacaq.

Birinci addım - Gimnastika və ya istənilən fiziki aktivlik. Bədənini yaşamağa vadar et. Ona göstər ki, o sənə sağlam, qüvvətli və aktiv halda lazımdır. Bədən də sənin gündəlik sorğuna cavab verəcək.

Müasir psixologiyanın çiçəklənməsi üçün nə edək?


Bildiyimiz kimi İslam dini əxlaq bölməsinə çox geniş dəyər vermişdir. Bəlkə də İslamın nəyi varsa, elə insanın kamala çatması istiqamətindədir. İslam Peyğəmbərinin (s) "Mən əxlaqi dəyərləri və fəzilətləri kamilləşdirmək üçün peyğəmbərliyə seçilmişəm" kimi kəlamı və ya "Məgər din sevgidən başqa bir şeydirmi?" sloqanı təsadüfi və ya ikinci dərəcəli bir şey deyil. Bəlkə də ən ümdə gedən və hədəf kimi bəlirlənən nöqtədir.

Dediyimiz kimi, özünü mənəvi kamalata çatdıra bilməyən kəsin etdiyi hər bir əməl fəsaddan başqa bir şey olmayacaq. Axı, kamillik dadnını duymayan kəs, İslamın kamal sifətlərini necə anlada bilər? Misal üçün, həyatında heç bir zaman dəniz görməyən, ona toxunmayan, hətta bu dənizə baş vurmayan kəs o dənizi necə təsvir edə bilər?!

Son zamanlar İslamda yeni oyanış dövrü gedir. Çünki mövcud dünyamızda kiber-hücumlara, psixoloji təzyiqlərə məruz qalmış İslam ümməti bu bəlalardan qurtulmaq istəyir. İndiyə qədər hansı səmtdən İslam baş qaldırmaq istəmişsə, düşmən çomağını hazır vəziyyətdə əldə saxlayaraq, o nöqtəni zərərsizləşdirmək istəmişdir. Lakin, İlahi nəzarət altında olan bəşəri din məğlubedilməzlər siyahısındadır.

20 dəqiqə qanunu



20 dəqiqəyə heç etmək istəmədiyiniz istənilən hərəkətə dözmək (davam gətirmək) mümkündür. Nəyisə etmək üçün, tənbəlliklə mübarizə aparmaq və şəxsi motivasiyanı yüksəltmək üçün bu yaxşı üsuldur.

20 dəqiqə qanunu

Hər gün 20 dəqiqə idmanla məşğul olan kəsin, sağlamlığı barədə narahat olmasına dəyməz.

Gün ərzində evinin təmizliyinə 20 dəqiqə vaxt ayıran kəsin, səliqəsizlik barədə nigaran olmağına dəyməz.

Gün ərzində fikrin bir yerə cəmlənməsinin yaxşılaşdırılmasına 20 dəqiqə vaxt ayıran kəsin, yaradıcılıq böhranı barədə narahat olmağına dəyməz.

Hədəflərin tərtib edilməsi


1. Hədəfi təyin edin, bu minvalla konkret bir məsələ (və ya vəzifə) üzərində diqqətinizi cəmləşdirə bilərsiz.
2. Bunu qeyd edin. Bu, (qeyd edilmiş) hədəfin əhəmiyyətli olmayan sözlər dünyasından başa düşülmüş (və ya düşüncəli) hərəkətlər dünyasına yerini dəyişdirmək üçün birinci addımdır.
3. (Qeyd etdiyiniz) hədəfinizi, hər gün görə biləcəyiniz bir yerə qoyun. Bu sizə nəyə nail olmaq istədiyiniz haqqında xatırladacaq.

Nə üçün zamanla sevgi tükənir?

Bir dəfə nəvə nənədən soruşdu:
- Nənə, nə üçün sevgi çıxıb gedir? Nə üçün insanlar bir-birini daha sevmir və ayrılırlar? Bilirəm, bu çox çətin bir sualdır, buna sadə bir cavab vermək mümkün deyil. Amma mən keçmiş səhvlər və ümidsizliklərdə cavab axtara-axtara bu sualı özümə verməkdən yorulmuşam. Rəfiqələrim mənə bu sualın cavabını verə bilmirlər, çünki, onların da eyni səhv və ümidsizlikləri var, fərq odur ki, bu onlarda başqa formadadır. 
Mən sualıma hətta psixologiya kitablarında cavab axtarmışam, amma orada cavab əvəzinə çoxsəhifəli nervoz, komplekslər, dəyərlərin iyerarxiyası (iyerarxiya - aşağı rütbəlilərin yuxarı rütbəlilərə tabe olma qaydası), koqnitiv dissonans təsvir olunmuşdur. Nənə, mənə sevginin nə üçün getdiyini qısa və aydın şəkildə başa sala bilərsənmi?

İnsanın yalan danışdığını haradan bilmək olar?


Bizə yalan danışılan hallarlarla kifayət qədər tez-tez qarşı-qarşıya gəlirik. Kimin üçünsə yalan danışmaq pis adətə (vərdişə), kimin üçünsə həqiqi bir qüsura çevrilib. Yalanla biz hər yerdə - ailədə, işdə, supermarketdə və s. rastlaşırıq. Hansısa bir yalanı qulaqardına vurmaq olar, amma bəzən bizə doğru və ya yalan danışıldığını sadəcə olaraq anlamaq gərəkdir. Yalanın göstəricilərini təyin etmək üçün həmsöhbətə diqqətlə baxıb və qulaq asırıq.

Birinci addım
Zahiri (xarici) əlamətlər daha aşkar bilinəndir. İnsan üz cəhətdən dəyişir, onun qızarması, rənginin qaçması, kəkildəməsi, öskürməsi mümkündür. Əsəb (sinir) gülüşü, tərləməyin güclənməsi, tərin aşkar olunması görünə bilər. Həmçinin səsin tembri, danışığın sürəti dəyişə, səliqəsiz ton zahir ola bilər.

Beyinin inkişaf etdirilməsi üçün məşğələlər

1. Sol əlin effekti 
Bu məşğələ, sinir rabitəsini möhkəmlədir, həmçinin yenilərini də yaratmaq iqtidarındadır. Misal üçün, kompyuterinizin mousunu digər əlinizə götürün (Əgər siz sağaxaysızsa, deməli əksinə olaraq sol əlinizə götürün) və onunla idarə etməyə başlayın. Əgər nəticədə özünə qarşı inamsızlıq hissi, narahatçılıq və bacarıqsızlıq yaransa, ürəyinizi sıxmayın, sizin beyniniz yeni bacarıq öyrənir. Bu hər zaman - nə isə yeni, yoxlanılmamış bir iş görmək istədikdə baş verir və hər dəfə beyninizdə neyronlar arasında yeni rabitələr qurursuz. Alimlər sübut edib ki, bu effekt incəsənət qabiliyyətlərini aktivləşdirirr və məkan (və ya ətraf mühit) təxəyyülünü xeyli yaxşılaşdırır. Buna görə də, bu məşğələni gündəlik olaraq yerinə yetirin, yeni məşğələlərə başlamaqdan qorxmayın (məsələn: dişləri fırçalamaq (yumaq), yazmaq, qaşığı tutmaq və s.) 
2. Mütaliə və krossvordlar 
Korsvordların həll edilməsi beyinin inkişafına imkan yaradır və beyninizin aktivliyini stimullaşdırır (təkan verir). Daha çox məlumat mənimsəməyə çalışın, müxtəlif mövzularda kitablar oxuyun, oxuyun və bir daha oxuyun. Yeni xobbi axtarıb tapın, xarici dil öyrənin. Özünüzü daimi televizora baxmaqdan uzaqlaşdırın, yoxsa beyniniz "kütləşməyə" başlayacaq. Beyninizi nə qədər tez məşq etdirməyə başlasaz, yaşlı insanların ağıl xəstəliyinin öhdəsindən gəlmək sizin üçün daha rahat olacaq. Məlumdur ki, beyinin mütəmadi məşqi, əqli və fiziki istənilən aktivliyi "yaşlı" insanlar arasında yaddaşın itirilməsi hallarını minimuma endirir və yaşlanmaq (qocalmaq) prosesini ləngidir. 
3. İdman 
Sübut edilib ki, (ixtiyari halda) fiziki qüvvə əldə edən (fiziki işlərlə məşğul olan) insanın beyini yaxşı və sürətli inkişaf etdirilir. Kaliforniya ştatının "SALK" bioloji araşdırmalar institutunun alimləri belə nəticəyə gəlib ki, fırlanan çarxda qaçan siçanlırn beyin hissəsində hafizə və təlimə cavab verən hüceyrələr 2 dəfə çoxdur. 
4. Tapmacalar 
Məntiqi tapmacalar, pazllar, başsındıran məsələlər beyinin işləməsi üçün əla üsuldur, həmçinin onun aktivliyini (işlək olmasını) dəstəkləyəcək. Tez-tez həll edin və beyininizi məşq etdirin. Misal üçün, "Sudoku" oyununu oynayın. 
5. Lüğət bazanızı doldurun (artırın) 
Gündəlik olaraq istənilən yeni sözün mənasını öyrənməyə başlayın (bunun ana və ya əcnəbi dildə olması fərq etmir). Sizin intelektiniz və lüğət arasında böyük bir ziddiyyat var. Əgər lüğət (söz) ehtiyatı müntəzəm surətdə yeni sözlərlə artırsa, o zaman intelekt səviyyəsi də artır. 
6. Gündəlik 
Gündəlik tutulması (tərtib edilməsi) sizin beyninizin sərhədlərini genişlətmək imkanı verir. Xatirələriniz, arzularınız, mövcud (cərəyan edən) hadisələri qeyd edin. Bunun ən yaxşı yolu - şəxsi bloq düzəltməkdir (hazırlamaqdır). 
7. Neyrobika 
Bu termini Dyuk Universitetinin neyrobiologiya professoru, fəlsəfə üzrə doltor Lourens S. Katz daxil etmişdir. Neyrobika - öz növbəsində beyin məşqinin unikal sistemidir. Hansı ki, gündəlik mühafizəkarlılığı (eynilik, tənbəllik, kütlük) silkələyərək, gözlənilməz nöqteyi-nəzərdən bütün 5 fiziki hiss və emosiyalara təsir edir. Məşğələ beyin hüceyrələrinin qorunması, artması (çoxalması) və möhkəmlənməsi üçün gərəkli , şəxsi qidalandırıcı maddələrin istehsal olunmasında beyinə yardım edir. Neyrobika ilə ürək istədiyi yerdə, istənilən zaman məşğul olmaq olar. Bu orijinal və əyləncəli beyini inkişaf etdirmə üsulu ağılın "səliqəlik" və çevikliyini əldə etmək üçün sizə yardım edərək, pis inkişaf etmiş sinir rabitələri və yolu aktivləşdirmək (canlandırmaq) imkanı verir. 
Hansı məşğələlər var: 
Hislərin uyğunlaşdırılması. Musiqiyə qulaq asın. Yağışın səsindən həzz alın, damlaların əlinizin içinə düşməsini hiss edin. Çiçəklərin ətrini duyun. Gildən yapma ilə məşğul olaraq, buludlara tamaşa edin. 
Eyniliyi (rutin) məhv edən. İşə yeni marşrutla gedin. Digər əlinizlə yeyin. Başqa Meyvə-tərəvəz dükanına gedin. Kompyuter mousunu digər əlinizlə idarə edin. 
Gündəlik tapşırıqlarda sizin bir və ya bir neçə hisslərinizin qoşulması. Bağlı gözlərlə geyinin və soyunun, gözü yumulu əl-üzünüzü yuyun (yuyunun). Yalnız vizual fikirdən istifadə edərək və ya susaraq ünsiyyət qurmaq mümkündür. 
Tərcümə və tərtib etdi: Fərid Abdullah 
ummagazine.com

Qadın və kişi psixologiyasına dair misal

Onun (Qızın) gündəliyi:
Bu gün axşam ərim özünü qəribə aparırdı. Bizim sevimli restoranımızda şam yeməyi yeyəcəyimizə dair sözləşdik. Mən bütün günü rəfiqələrimlə dükanları gəzişdik və restorana bir az gecikdim. Düşünürdüm ki, onu məhz bu səbəb kədərləndirib. Söhbət adama yapışmırdı. Təklif etdim ki, rahat danışmağımız üçün bir az sakit yerə çəkilək. Razılaşdı, amma yenə də söhbətcil olmadı. Ondan nə baş verdiyini soruşdum, heç nəyin baş vermədiyini dedi. Ondan kədərlənməsində mənim günahkar olub-olmadığımı soruşdum. O isə heç də kədərli olmadığını, təqsirkar da olmadığımı və heç nəyə görə narahat olmamağımı söylədi. Evə gedərkən, yol üstündə onu sevdiyimi söylədim. Gülümsədi və yol ilə getməyə davam etdi.