Qısa zaman ərzində tam şəkildə yatmaq mümkündürmü? METODİKA


Qısa zaman ərzində tam şəkildə yatmaq mümkündürmü? Yuxunu 4-5 saat qədər azaltmaq olarmı? METODİKA

Alimlərin araşdırmasına görə, insana yenidən güc verəcək, onu gümrah edəcək tamamlanmış yuxunu əldə etmək üçün adi insan orqanizminə gün ərzində 5 saat yuxu da kifayət edir. Amma bu 4-5 saatı yatmaq üçün yuxunun bir sıra prinsip və qanunlarına riayət etmək lazımdır. 

İndiki əsrdə həyat ritminin daha da yüksəldilməsi, onun daha da sürətləndirilməsi yolunda mütəxəssislər çoxlu səy göstərməkdədirlər. Bu alimlər elə bir üslub yaratmaq istəyir ki, insan gün ərzində 4-5 saat probemsiz şəkildə yatsın və bunun əvəzində gün ərzində özünü gümrah hiss etsin. Bunun üçün bir sıra əməllərə riayət etmək lazımdır. 

1. Yatmamışdan əvvəl özünü sakitləşdirmək, rahatlaşdırmaq gərəkdir. Belə ki, həyəcan və problemlərinizlə birlikdə yuxuya getməyə ehtiyac yoxdur. Buna görə də, yatmamışdan 10-15 dəqiqə əvvəl nəsə gözəl bir şey haqqında düşünməyə çalışın və ya sakitləşdirici musiqilərə qulaq asın.

"Toyuq mənşəli" qartalın hekayəti

Bir gün insan qartal yumurtası tapdı və onu toyuğun altına qoydu. Yumurtadan qartal balası çıxdı və cücələrlə bir yerə böyüdü, onlara oxşadı: 
Qartal balası onlar kimi qaqqıldayır, soxulcan axtarmaq üçün torpaqda eşələnir, qanadlarını çalır və uçmağa cəhd edirdi. 
İllər keçdi. Bir gün kifayət qədər böyümüş qartal göydə məğrur bir quş gördü. O, qeyri-adi incəliklə küləyin şiddətini məğlub edir, yalnız nadir halda böyük qanadlarını çırpıb-çalırdı. 
Məftun olmuş qartal soruşdu: - Kimdi bu? 
- Bu, bütün quşların padşahı qartaldır. - deyə, qonşu cavab verdi, - O göylərə məxsusdur. Biz toyuqlar isə, yerə aidik. 

Həyatın mənasını itirmişəm (Suala cavab)


Sual:
19 yaşım var, təhsil alıram, vaxtım olanda işləyirəm. Tam mənası ilə, bu yaxınlarda məndə qəribə bir tənhalıq və həyat mənasızlığı hissi meydana çıxıb. Baxmayaraq ki, bundan əvvəl başqa cür idi, oxumaq, karyeranın yüksəldilməsi arzusu vardı... Amma indi mənə heç nə maraqlı deyil, sadəcə boşluq... Zəhmət olmasa, mənə məsləhət verin.

Novruz bayramı barədə zəruri qeydlər


Novruz bayramı qədim bayramlardan biridir. Biz hər il bu bayramı sevinclə qeyd edirik. Bu bayram hardasa qanımıza işləmiş bir bayramdır ki, sərbəst və ixtiyari şəkildə onu sevə-sevə keçirtmək niyyətindəyik.

Amma bəzən də bu cür olur ki, insan hər hansı bir ideologiyaya mənsub olur və bu cür bayramların keçirilib, keçirilməməsində tərəddüd edir. Bunu ya müsəlmançılığı ya millətpərəstliyi, ya da başqa ünsürlərə səbəb bilir. Amma məsələni tam dəqiqliklə araşdırdıqda, bayram keçirtməyin bir problemi olmadığını görürük.

100 gün ərzində həyatınızı yaxşılaşdıracaq 60 addım


İlk əvvəl onu qeyd edim ki, özünü dəyişmək, həyatda nəyəsə nail olmaq istəyən hər bir kəs bunlara əməl edə bilər. Məhz 100 gündən sonra özünüzdə qeyri-adi dəyişiklik görəcəksiz. Həyatınızı dəyişmək sizin əlinizdədir.

 EV

1. Evin müxtəlif sahələrini səhmana salmaq üçün günlərə görə bölgü təyin etmək üçün, özünüz üçün "evin lazımsız şeylərdən təmizlənməsi üzrə təqvim" yaradın.

Puldan daha əhəmiyyətli olan...


Bir sahibkar başdan-ayağa borcun içində idi və bundan çıxış yolunu tapa bilmirdi. Borc sahibləri onun üstünə çökmüşdülər. Mal verənlər ödəniş etməsini tələb edirdilər. O başını  əllərinin üzərinə salladıb, şirkətinin iflasdan nəyin qurtara biləcəyi haqda xəyala dalaraq, parkda skamyaların birində oturmuşdu.

Birdən onun qarşısında naməlum qoca bir kişi peyda oldu. - Görürəm ki, sizi nəsə narahat edir, - dedi. Sahibkarı dinlədikdən sonra qoca dedi, - "Düşünürəm ki, sizə yardım edə bilərəm". O, sahibkardan adını soruşdu, bir çek imzaladı və "Bu pulları götürün. Düz bir ildən sonra burada yenidən görüşərik və siz onları bu vaxt mənə geri qaytara bilərsiz." deyərək, onu sahibkarın əlininin içinə qoydu. Daha sonra arxaya çevrildi və qəfil göründüyü kimi də yoxa çıxdı.

Sahibkar əlində o zaman dünyada ən varlı insanlardan biri olan Con Rokfeller tərəfindən imzalanmış 500000$ dəyərində olan çeki gördü.

Röyasında gördüyü dəfinəni Misirdə axtarmağa gedən adamın hekayəti


Röyasında gördüyü dəfinəni Misirdə axtarmağa gedən adamın hekayəti (VI cild, 4206)

Mal və yatır şəklində xeyli miras almış bir adam var idi. Günlərin bir günü bu adam aldığı mirasın hamısını yeyib-dağıtdı, çırıl-çılpaq qalınca ağlayıb, sızlamağa başladı. Onsuz da miras malın nə vəfası olacaqdı ki?! Çünki miras qoyan adam da bu dünyadan muradına çatmadan köçüb gedir və yığdığı mallar da bir işə yaramır. Hazır mirasa sahiblənən adam isə onun qədrini heç bilməz, çünki onu asanlıqla əldə edib, ondan ötrü nə tər töküb, nə də əlləşib-vuruşub. Təslim aldığı mallar üçün də hər hansı zəhmətə qatlanmayıb!

 Ey insan! Sən də, eynilə beləcə, Haqqın lütfünə və ehsanına mirasçı çıxdın! Haqq sənə bu canı müftə verdiyi üçün canının qədr-qiymətini bilmir, hazır mirasa yiyələnən birisi kimi onu sağasola sərf edirsən!

Qısqanmaq və tərk etmək


- Hətta əgər öyrənsən də, qısqanmayacaqsan?
- Qısqanmaq? Nəyə əsasən?
- O ki, əgər mən sənin yanında olduğuma baxmayaraq, keçmişimdə olan hər hansı bir qadın haqqında düşünsəm? Səni tərk edib həmin qadının yanına gedəcəyimdən narahat olmazdınmı?
- Yox.
- Yəqin ki, məni sevmirsən. 
- Başa düşmürsən, nə danışırsan.

10 ən əsas insan qorxusu


1. Tənha qalmaq qorxusu

Hətta tamamilə özünə qapanma və cəmiyyətə zidd olan davranışla xarakterizə olunan autizm xəstəliyindən əziyyət çəkən insanlar da qəlblərinin dərinliklərində tamamilə tənha qalmaq qorxusunu hiss edə bilərlər. Bu qorxunun kökündə hər bir insanın xoşbəxt olmağa can atması durur. Madam ki, insanlar ibtidadan "ictimai (sosial) heyvan" hesab edilirlər, bu səbəbdən, biz özümüzü yalnız cəmiyyət içində olaraq, (arzularımızı, istəklərimizi) həyata keçirərək xoşbəxt hiss edə bilərik. Anlaşılmaz, qəbuledilməz, atılmış, rədd edilmiş olmaq - kimi gerçəklik insanın həzz almasından daha çox qorxmasına səbəb olur.

2. Ölüm qorxusu (akrofobiya, hemofobiya və s.)

Obrazlı düşüncə tərzi olan əndişə və bədgüman xasiyyətli insanlar. Məhz bu cür insanlar ölüm qorxusu və digər uyğun fobiyaların əsas daşıyıcılarıdır: örtülü (bağlı) məkan qorxusu, qan qorxusu, hündürlük qorxusu, ölülərdən qorxma, ağrı qorxusu, zorlanma qorxusu və s. 

Yanlış seçim

- Salam qardaş. Yenə də səni narahat edirəm.
- Əleykum salam. Buyur xanım.
- İndi də bir sual beynimi qarışdırıb, mənə rahatlıq vermir.
- Nə sualdır ki, o?
- Azadlıq və məcburiyyət barədə.
- Azadlığın hansı tərəfi sizə qaranlıqdır?
- Mənə elə gəlir ki, biz yaradılmışıq, amma məcburuq. Taleyimiz əvvəlcədən müəyyən olunub və biz həyatımızda qeyd edilən bədbəxtliyə məhkumuq!
- Bəlkə bu fikir uğursuzluğumuza bəraət qazandırmaqdır?
- Niyə ki? Belə olmalı idi və oldu. Bizim heç nəyə gücümüz çatmır.
- Belədirsə, nə var bu qədər həngamə açılıb başımıza? Quran, peyğəmbər, sorğu-sual, ədalət, məhkəmə, cinayət və s. Məcburluq qarşısında bunların faydası varmı?

ƏRİMLƏ YENİDƏN BİR YERDƏ OLMAQ İSTƏMİRƏM (Dialoq)


- Salam, olar sizdən bir xahiş edim?
- Bəli, buyurun.
- Qurban olum, vacibdir, ehtiyacım var.
- Başa düşürəm, buyurun, əlimdən gələni edərəm.
- Mənə bir baxıcı tapa bilərsinizmi, dil-ağız bağlayan birisini.
- Nə üçün lazımdır?
- Mən ərimdən ayrılmışam, aramızda da bir uşaq var. Mən onu sevmirəm, onun ilə Cəhənnəm yaşamışam. Boşanmışıq, indi isə sərbəst yaşayıram, işim-gücüm var. O isə məndən sonra yenə də ailə qurmuşdu.
- Bəs indi?
- İndi isə boşanıb, valideynləri bizə gəlib, uşağa görə də barışıq istəyirlər. Oğlan bir neçə dəfə evimə söhbətə gəlmişdi, hətta bir neçə dəfə üstümə atılıb məni zorlamaq da istəyib, deyir ki, səni istəyirəm, lap nə qədər pul da lazım olsa verərəm. Mən bu cür əxlaqsız biri ilə bir yerdə qala bilmərəm. Mənə birini tapın ki, dil-ağızlarını bağlasın. Anamgil razıdırlar. Məni eşitmirlər.

Uşaq təsəllisi (şeir)

Yağış yağır leysan kimi
Səpələnir yer üzünə.
Pəncərədən uşaq baxır,
Əlin qoyaraq dizinə.
***
Uzadaraq boğazını 
Göyə baxmağa çalışır.
İmkan vermir pəncərə heç,
Oysa, bunla tez barışır.
***
Amma yenə baxıb göyə
Kiməsə təsəlli verir.
Maraqlıdır, bu balaca
Görən ağzında nə deyir?!

Bir şəhidin doğmalığı



Fevral ayının əlamətdar günlərindən biri də ömrünün gənc çağlarında özünü vətən uğrunda fəda edərək şəhid olmuş gənc Mübariz İbrahimovun doğum günüdür. Bu günün özünəməxsus özəlliyi, doğmalığı var. Acınacaqlı olsa da deməliyəm ki, Mübariz illərdir yuxuya getmiş gözlərimizi açdı, uçub-dağılmış arzularımızı inşa etdi, sönmüş ümid şamımızı yenidən yandırdı. O hamının ömrünü sərf etdiyi istiqamətə getmədi, könüllü surətdə fitrəti üzrə hərəkət etdi.
Mübariz nəinki düşmənə qarşı olan mübarizədə, hətta bu həyat mübarizəsindən də üzüağ çıxdı. Təsəvvür edin, əsgər ölümləri, hərbi xidmət sıralarında özbaşınalıq, “dedovşina” adət-ənənələri sürən bir zamanda həyata yeni nəfəs açdı. Elə bilirsiz ki, son zamanlarda “Əsgər ölümü” sürətlə yayılmaqdadır?! Xeyr, elə o zamanlar da köhnə hamam, köhnə tas sindromu davam edirdi, bununla bərabər xalqın mübarizə ruhiyyəsi də şaxtalı qış gecələrində donub-qalmış su misalındaydı. Bu suyu yenidən canlandırmaq üçün, qarlı havanın hökm sürməsinə baxmayaraq, külünglə yarmaq lazım idi. Mübariz bunu bacardı.

Süfrə


Süfrə alır bu gün evə
Kədərli bir kasıb qadın.
Yoxsulluğu sərvətidir,
Bilmir bunu ayıb qadın.
***
Süfrənin gah o başına,
Bu başına baxıb gülür.
Axı, oğlu əsgərlikdən
Bu gün öz evinə dönür.
***
Naxışlı bir süfrə seçdi,
Pulun verib evə döndü.
Satıcısa söz demədi,
Kövrək qəlbə maraq çökdü:

Ədəbiyyatın ən qısa şah əsərləri


Bəzi yazıçılar bir neçə sözlə böyük bir mənanı təsvir etməyi bacarırlar.

1. Bir dəfə Heminquey cəmi 6 sözdən ibarət istənilən oxucunu təsirləndirəcək bir hekayə yazaca biləcəyinə dair mərc gəlir və o, bu iddiada qalib gəlir:
"Uşaq çəkmələri satılır. Geyilməmiş".

2. Frederik Braun heç vaxt yazılmamış ən kiçik qorxulu hekayəni yazır:
"Yer kürrəsinin ən sonuncu insanı otaqda oturmuşdu. Qapını döydülər..."

ƏHVAL-RUHİYYƏNİZ PİS OLDUĞU ZAMAN OXUYUN!


Yer üzündə, canını verməyə hazır olduğun ən azı iki nəfər insan var.
Ən azı 13 nəfər insan özünə görə (bacardığı kimi) səni sevir.
Sənə nifrət etmək üçün yeganə səbəb, çox güman ki, onun (sənə nifrət edən kəsin) sənə oxşaya bilməməsidir. 
Bircə təbəssümün səndən xoşu gəlməyən insanı belə xoşbəxt edə bilər.

Yardım


- Qaqam sual olar?
- Bəli, olar.
- Bax, bəzi adamlar var xeyriyyə işi keçirib reklam edirlər. Bu nə dərəcədə düzdür?
- Səni narahat edir? Narahat edirsə sən daha gizli yardım edib alternativ göstərmiş olarsan.
- Yox, sadcə elə bil ki, gizli olsa daha yaxşıdır. Misal üçün televizorda göstərirlər şou-biznes camaatını. Mənim tanışlarım onları çağırmışdı, kamera olmadığına görə gəlmədilər.
- Yardım etmək dedikdə nə başa düşürsən?
- Nə bilim, sənin əlində olanı olmayanla paylaşmaq.
- Düzdür, lakin etiraf edək ki, yardım həm fərdi, həm də ictimai ola bilər. Onsuz da bir işin süniliyi, təbiiliyi aşkar görsənir.

Fərqli olan bərabərlik



Doğrudan da maraqlıdır, dünyada iki cür dəyərləndirmə var, həm də bu dəyərləndirmə insanlığın daha da inkişaf etdirilməsi naminə göstərilmiş səy kimi qiymətləndirirlir. Bu dəyərləndirmələr daha sonra fəxri adlar, növbənöv təltifetmələr, pul mükafatları və s. ilə əvəz olunur. Bu səbəbkarlar daha çox insanların alim zümrəsindən olur.

Bəzən bir alim illərini sərf edərək virus icad edir və bu zərərli və zəhərli virus sayəsində milyonlarla insanın həyatına son qoyula bilər. Qırıcı təyyarələr, növbənöv kimyavi silahlar, böhran yarada biləcək maliyyə layihələri, insanları manipulyasiya etmək üçün motivasiya vasitələri və s. üstü hamar və cəlbedici görsənib altı zəhərli əməlləri də bu qəbildəndir.

Çarəsiz çarə


Mən onu hələ uşaq yaşlarından tanıyırdım. Səkkizinci sinifdə oxuyurdu. Gözəl maviyə çalan gözləri, incə burnu, zərif bədəni vardı. Mənsə, ondan 3-4 yaş böyük olardım. Yəqin ki, uşaq vaxtların məhəbbətini yaxşı bilirsiz. O məhəbbət bəlkə də istəkdir, bəlkə də tamam başqa şeydir bilmirəm, amma onu bilirəm ki, insan az yaşlarında məhəbbətə qovuşmaq istədikdə onun fikrində nə xəyanət, nə başqaları, nə əyləncə, nə də keçici bir istək olur. Bəlkə də insanlar o saf duyğularını yetkin yaşa qədər saxlasaydılar dünya gülüstan olardı. Lakin insan böyüdükcə böyük qəlbi cılızlaşır – deyirlər. Mən isə bu fikirlə tam razıyam.
Arada olan dostlar bizə bir - birimizdən xəbər gətirirdilər. Sözsüz ki, oğlan qızın razılığı olduqdan sonra ona yaxınlaşmalı idi və o da bu münasibətə razı idi, könlünə yatmışdım. İlk görüşmüz də yadımdadı, elə məsum elə şəffaf idi ki. Danışdığımız zaman nə aforizm, nə hikmət dolu fikirlərdən, nə dünyada gedən qlobal problemlərdən, nə də film-serialdan söhbət açırdıq. Heç ikimiz də bilmirdik nədən danışırdıq. Lakin danışmaq istəyirdik. Beynimiz qəlbimizdə olanları ifadə etməkdə çətinlik çəkirdi. O sözlərdə yalan və riyakarlıq yox idi. 

Gənc əsgər

(Hekayədə işlətdiyim bəzi sözlərə görə qabaqcadan üzr istəyirəm)
- Ə çubuş (yəni çavuş), tez ol, qaç Məmmədov küçüyü bura çağır! Cəld ol!
- Oldu, cənab gizir. 
Cəld qaçaraq ikinci mərtəbəyə çıxan kiçik çavuş Quliyev kazarmaya daxil olaraq Məmmədovun çarpayının üstündə oturaraq papağına kakarda tikdiyini gördü.
- Dur qaç aşağı, cəld.
- Niyə? 
- Gizir Əmiraslanov səni çağırır, cəld!
- Yaxşı. (Ayağa qalxaraq əlindəkiləri tarıma çəkilmiş çarpayısının üzərinə qoydu. Kitelini əyninə geyərək, kəmərini tarım şəkildə bağladı və aşağı endi)
- Bəli, cənab gizir, məni çağırmısız.
- Ə, Məmmədov, hanı sənin papağın?
- Cənab gizir kazarmada kakardamı tikib, axşam baxışına hazırlaşırdım. Kiçik çavuş Quliyev gəlib məni çağırdığınızı dedi. İşim yarımçıq qaldı.

İntiqam


- Viydem na minutku?
- Da koneşno jan, davay.
Restoranın dəhlizindən keçərək (Bu zaman ziyafət verildiyinə görə qonaqlar zalda, aşbaz və xidmətçilər qızğın iş başında olduqlarına görə sakitçilik idi) kişilər üçün nəzərdə tutulmuş ümumi tualetə girdilər.
- Əclaf! - Qarşısındakının üzünə gözlənilmədən şillə vurdu. 
- Şto sluçilos? Şto je ya sdelal? (Qəfil zərbədən müvazinətini itirərək yerə yıxılaraq, çaşqın halda dedi)
- Tı armenin, i eto tvoy qrex.
- Ara jan, nu poçemu? Ya je prostoy çelovek.
- Zatknis svoloç, ne smey otkrıt rot!
- Qurban jan olum, tı je xoroşiy çelovek, mı koqda to jıli v Baku. Ya poçti şto znayu pol qoroda.
- Buna bax e sən Allah.

Qadın və beyin

(İştirak edən simalar: Qadın, beyin)


Qadın: Ay Allah, o gedir, gedir, məni tərk edir! (Ağlayır)
Beyin: Daha pozitiv (ol), daha pozitiv...
Qadın: Nə pozitivi? Əşyalarını toplayır, əclaf...
Beyin: Ağlama, gülümsə... Müəmmalı şəkildə gülümsə... Dəyirman kimi əllərini yellətmə!
Qadın: Əclaf, çamadanını yığır... Alicənab kişi, gedərkən corablarını və alt paltarını götürür, bu əclaf isə maykalarını da yığır... (Ağlayır)
Beyin: Gülümsə!
Qadın: Bəlkə onun boynuna atılım?
Qadın: Bəlkə ayaqlarına yıxılım?
Beyin: Səfeh!
Qadın: Bəlkə onu ondan?
Beyin: Nə "Ondan"?

Ayin (hekayə)


Üçüncü dərs bitmək üzrəydi. Rəfiqəm Aytəkin mənə göz edərək, işinin olduğunu bildirib, ətrafda şübhə yaratmamaq üçün gah yazı lövhəsinə, gah da kitaba baxmağa davam etdi. Dərs bitdikdən sonra, həmişəki kimi kofe içmək üçün bufetə düşdük. Bufetçi xaladan özüm üçün kofe sifariş edib, kənarda duraraq qapıdan Ayətkinin içəri daxil olmasını gözləməyə başladım. Maraq mənə güc gəlmişdi, söz verməyimə baxmayaraq əlim dinc durmur, saçımı düyünləyirdim. Kofeni yarım etmişdim ki, Aytəkin içəri daxil oldu. Amma o bufetə tək gəlməmişdi, onun yanında Universitetimizdə zirənglik, qabaqcıllıq, gözəllik, məşhurluqları ilə tanınan üç qız - Afət, Gülsüm və İradə də var idi. Yox, yox, bu qızlar əlaçılıqla tanınmamışdılar, heç əxlaqsız da deyildilər. Sadəcə olaraq lider idilər, bəli, lider. Lider olmalarının səbəbi onların zəngin ailədən olması, bununla belə, dillərinin iti, əməllərinin təsiredici olması idi. Onların sözünü heç kəs yerə sala bilmirdi.

Beyinin işləmə qabiliyyətini artırmaq üçün 12 məsləhət



1. Siqaret çəkməyənlər üçün - kofe və ponçik (içi mürəbbəli və ya şirnili kömbə qoğal). Qlükoza və kofein kombinasiyası diqqəti artırır.

2. Saqqız kofeinə nisbətən daha güclü şəkildə diqqəti bir yerə cəmləməyi artırır, düzdür, bunun təsiri cəmi 20 dəqiqə davam edir.

3. (Rəsm, şəkil) çəkin və (xətt, cızıq) cızın. Əgər problem barədə düşünməklə yanaşı nəsə bir şey çəkdikdə bu, diqqəti cəm etməyi artırır və yaddaşı gücləndirir.

Dost diqqətsiz olsa da, düşmən əsla diqqətdən yayınmır!


Belə bir deyim var: "Pis şairdən yaxşı yazıçı çıxır". Amma bu deyim səhvdir. Çünki, mən sizə həm yazıçılıq, həm də şairlik istedadı olan bir nəfərin hekayəsini yazacağam. Hərçənd ki, hekayə sizlərin üzündə təbəssəm yaratmasa da, belə insanların əzilib getməməsi üçün dəstək göstərməyinizə səbəb olacağına səmimi qəlbdən inanıram.
Gözəl yaradıcılıq qabiliyyəti olan bir gənc dostum var idi. O daim mütaliə edir və bundan nəticə alıb, səbəb olmağa can atırdı. Onun günlərini mütaliəyə sərf edib, vaxtlarını kitab oxumaqla keçirən, bununla qürrələnən və kitabdan uzaq düşümüş şəxsləri araya qoyan şəxslərdən acığı gəlirdi. O düşünürdü ki, kitab da bir qidadır və sözsüz ki, bütün insanlar eyni zamanda bir qidanı qəbul edə bilməzlər. Misal üçün qoyun əti, kimisi qoyun ətindən hazırlanmış bütün ləziz yeməkləri bir oturmaya yeyə bilər, kimisi isə səhhəti ilə bağlı bu yeməkdən çəkinmək məcburiyyətindədir. Kimisi dişləri saz vəziyyətdə olduğu üçün qoz. fındığı pəh-pəhlə yemək iqtidarındadır, kimisi isə protez diş almağa belə pulu olmadıqdan, belə şeylərə həsrətlə baxır. Kitab da elədir, kimisi ehtiyacından kitab oxuyur, kimisi bekarçılıqdan, kimisi "Mən də kitab oxudum" deyə. Kimisi tənbəllikdən kitab adlı bir şey tanımır, kimisi ailəsini dolandırmaq üçün çörək pulu qazanmağa ehtiyaclı olduğundan kitab oxuya bilmir. Demək ki, insan kamilliyi kitab oxumaqla ölçülməməlidir.

İl (şeir)


Baxıram, hər zaman olduğu kimi
Yenə də bir sual verilib mənə.
"İşlərin necədir, ay Fərid" deyir,
Deyərdim, nə dəxli var axı sənə?!
***
Amma ki, bu ilin ilk statusudur
Kədərlə, hüznlə yazmayım gərək.
Xoş sözlə, kəlamla başlamalıyam,
Alınmır, nə edim, başqadır dilək.
***
Keçmişə buraxdıq sabiq ili biz,
İndisə yenisi təşrif buyurmuş.
Nə qaldı, nə getdi, qəlblərdə qaldı
Bu tayı yaşıllıq, o tay qurumuş.