(Hekayədə işlətdiyim bəzi sözlərə görə qabaqcadan üzr istəyirəm)
- Ə çubuş (yəni çavuş), tez ol, qaç Məmmədov küçüyü bura çağır! Cəld ol!
- Oldu, cənab gizir.
Cəld qaçaraq ikinci mərtəbəyə çıxan kiçik çavuş Quliyev kazarmaya daxil olaraq Məmmədovun çarpayının üstündə oturaraq papağına kakarda tikdiyini gördü.
- Dur qaç aşağı, cəld.
- Niyə?
- Gizir Əmiraslanov səni çağırır, cəld!
- Yaxşı. (Ayağa qalxaraq əlindəkiləri tarıma çəkilmiş çarpayısının üzərinə qoydu. Kitelini əyninə geyərək, kəmərini tarım şəkildə bağladı və aşağı endi)
- Bəli, cənab gizir, məni çağırmısız.
- Ə, Məmmədov, hanı sənin papağın?
- Cənab gizir kazarmada kakardamı tikib, axşam baxışına hazırlaşırdım. Kiçik çavuş Quliyev gəlib məni çağırdığınızı dedi. İşim yarımçıq qaldı.
- Bura gəl, sən bura gəl (qulağından tutub silkələməyə başladı), niyə döşəklərə işəyirsən?
- Nə? Cənab gizir bunu kim deyir ki?
- Ə, qoduğ, özünü saxlaya bilmirsən? Utanmaz-utanmaz da üzümə baxır e (o biri əli ilə qapaz vuraraq) sənə deyirəm, niyə döşəyə işiyirsən? Böyrəyin xəstədir, çatdıra bilmirsən, ya tənbəllik edirsən hə?
- Yox, cənab gizir mən sağlamam. Axı, mən eləməmişəm. Vallah, billah. Şərdir.
- İndi deyirsən şər atıram sənə hə? (Ayağı ilə əsgərin ayağından vurub onu yerə aşırdır, böyrünə təpik vuraraq) Şərdi deyirsən? Yoxsa gəlib mən edirəm hə? Utanmaz-utanmaz əsgərlərdən biri gecə xidmətdə olarkən, döşəyini onların döşəyi ilə dəyişdirirsən!
- Yox cənab gizir, inanın ki, sizə səhv məlumat veriblər, vallah!
- Qələtivi elə, oğraş (Yenə iki təpik vurur), bu nə cındır hərəkətdir edirsən, utanmırsan hə? Ay it oğlu it, niyə camaata şər yaxırsan?
- Axı mən eləməmişəm. Nəyə and içim, nə edim ki inanasız?
- Heç nə, sadəcə boynuva al (əli ilə yaxasından tutub, yerdən qaldırır və onu silkələyir). Xəstəsən dur rədd ol Santçasta, nə var aləmi qatırsan bir-birinə? Kazarmadan işəməy iyi gəlir, əsgərlər gecə yata bilmir.
- Axı, mən eləməmişəm...
- Soyun şalvarıvı (üzünə şillə vuraraq), sübut edərəm sənə!
- Oldu. (kəmərini açaraq şalvarını soyunur. Gizir isə diqqətlə onun alt paltarına baxır, lakin Məmmədovun günahını sübut edəcək bir şey tapmır)
- Yox, sən boynuva alacaqsan, belə getməz! Quliyev!
- Bəli, cənab gizir.
- Apar bu tulanı mətbəxə. Bu gün mətbəx növbətçisidir bu. Nəyi var yalayacaq döşəmələri. Povara da de qazanları doldursun, bu gün bunun işi çoxdur. İtil gözümün qabağından (Şalvarını geyinməyə macal tapmamış Məmmədovun arxasından təpik vurur)
Əslində günahkar əsgər tamaşa edənlərin arasında idi, özü də tərxis olunmağına sayılı günlər qalırdı. O soyuqqanlıqla baş verən hadisəyə tamaşa edir, səsini də çıxartmırdı. Bu əsgər gecə olarkən yerini isladır, utandığından bunu gizlətməyə çalışırdı (Əslində əsgərlər bunu bilirdilər), bu səbəbdən döşəyini gənc əsgərlərin döşəyi ilə dəyişirdi. Əsgərliyin yazılmamış qanunlarından biri də əsgərin əsgər yoldaşını satmaması idi. Buna görə də Məmmədov sakit durmalı, bu ənənəyə sadiq qalaraq günahkar əsgərin cəzasını çəkməli idi. Axı o gənc əsgər idi...
Fərid Abdullah.
Baş vermiş hadisə əsasında yazılıb.

Комментариев нет:
Отправить комментарий