
Doğrudan da maraqlıdır, dünyada iki cür
dəyərləndirmə var, həm də bu dəyərləndirmə insanlığın daha da inkişaf
etdirilməsi naminə göstərilmiş səy kimi qiymətləndirirlir. Bu dəyərləndirmələr
daha sonra fəxri adlar, növbənöv təltifetmələr, pul mükafatları və s. ilə əvəz
olunur. Bu səbəbkarlar daha çox insanların alim zümrəsindən olur.
Bəzən bir alim illərini sərf edərək virus
icad edir və bu zərərli və zəhərli virus sayəsində milyonlarla insanın həyatına
son qoyula bilər. Qırıcı təyyarələr, növbənöv kimyavi silahlar, böhran yarada
biləcək maliyyə layihələri, insanları manipulyasiya etmək üçün motivasiya
vasitələri və s. üstü hamar və cəlbedici görsənib altı zəhərli əməlləri də bu
qəbildəndir.
Bəzən də bir alim illərini sərf edərək
müxtəlif ağır xəstəliklərin aradan qaldırılması, varlı və yoxsul təbəqinin
balanslaşdırılması, yeni iş yerlərinin açılması, sülh və əminəmanlıq şəraitinin
yaradılması, xeyriyyəçilik, insanların həyatında rahatlıq yaratmaq naminə
texniki inkişaf və s. xeyirə vəsilə olan əməllər üçün gözünün nurunu tökəcək
qədər zəhmət çəkir.
Nəticə isə bərabərdir. Eyni nəzər, eyni
diqqət, eyni mükafatlandırma. Təsəvvür edin, təltifolunma mərasimində iki böyük
alimə mükafat verəcəklər. Bu mükafat dünyanın ən məşhur mükafatıdır ki, ondan o
tərəfə dünya çərçivəsində bu cür mükafat yoxdur. Bir alimi - bəşəri bir gündə
məhv edə biləcək virusu ixtira etdiyinə görə, başqa bir alimi isə - bütün
dünyanı yoluxmuş virusdan sağalda biləcəyi vaksin icad etdiyinə görə təltif
edirlər. Bir sözlə - zülmün və ədalətin, xeyrin və şərin eyni dərəcədə
mükafatlanması...
Necə də gözəl buyurulub: "Kor ilə
görən eyni olmaz. Zülmətlə nur da (eyni deyildir)! Kölgə (sərin) ilə
isti (eyni olmaz). Dirilərlə ölülər də eyni deyillər!" (Quran, 35: 19-22)
Necə də qəribədir,
belə deyilmi? Axı nə üçün alimlik həm də zülmə xidmət etməlidir? Nə üçün bir
dövlət digər dövləti "Mən etməsəm, o edəcək. Elə o özü də bu fikirdədir!
Yaşamaq üçün mübarizə aparmaq lazımdır, həyatda yalnız güclülər yaşayır"
devizi altında zülm yaradır?! Axı, yaradılmış zülmün özünə doğru istiqamət
alacağından kim sığorta olunub??? İki əks qütbün eyni cür mükafatlanması
ədalətə ziddir və zülmdür. Hətta zülmün kulminasiya nöqtəsinin kəşfi üçün
yorğun illər sərf olunsa belə, ona "Əhsən!" demək ədalət deyil,
ədalətin öldürülməsidir. Çağdaş zamanımızda da ədalət qətlə yetirilir. Həm də
elm adı altında.
Fərid Abdullah.
Комментариев нет:
Отправить комментарий