
1. Siqaret çəkməyənlər üçün - kofe və
ponçik (içi mürəbbəli və ya şirnili kömbə qoğal). Qlükoza və kofein kombinasiyası
diqqəti artırır.
2. Saqqız kofeinə nisbətən daha güclü
şəkildə diqqəti bir yerə cəmləməyi artırır, düzdür, bunun təsiri cəmi 20 dəqiqə
davam edir.
3. (Rəsm, şəkil) çəkin və (xətt, cızıq)
cızın. Əgər problem barədə düşünməklə yanaşı nəsə bir şey çəkdikdə bu, diqqəti
cəm etməyi artırır və yaddaşı gücləndirir.
4. Ağıllı insanlar - məşhur alimlər,
sahibkarlar (qərar qəbul edənlər) haqqında düşünün. Ağıllı insanlar haqqında
düşüncədən assosiasiyalar ("dahi", "istedadlı",
"zəkalı" ) axını əmələ gətirir ki, bu da öz növbəsində düzgün
mental kökləmə yaradır. Təsir 15 dəqiqə davam edir.
5. (Özünüzdən) Başqa insanlarla ünsiyyət
qurun, onların həyatı ilə maraqlanın, tənhalıq hissinin sizin üzərinizdə qələbə
qazanmasına imkan verməyin. Tənhalıq yalnız idrak bacarıqlarına zərbə endirmir,
o həm də vaxtından əvvəl ölümə də gətirib çıxarır.
6. Fiziki məşq.
7. Klassik musiqiyə qulaq asın. İstənilən
başqa bir musiqi neytral və mənfi təsir göstərir.
8. (Ətrafa) Səpilməyin. Multitaskinq
(çoxtərəflilik, çoxtapşırıqlıq) - pisdir (bəladır).
9. Kişilər, baxış sahənizdə gözəl
qadınların olmamasına çalışın. Hətta onlar haqqında düşünməməyə çalışın. Bu
qayda qadınlar üçün şamil edilmir.
10. Kifayət qədər yatın. Ayrı-ayrı
insanlar üçün müxtəlif yuxu müddəti var. Yatmayan (yuxusuz, az yatan) elitanı
yamsılamaq lazım deyil.
11. Aydınlatma üzrə məsələni həll
edirsizsə, üfüqi vəziyyət alın. Uzanmış halda noradrenalin və dərin ləkənin
aktivliyinin dərəcəsini azaldırsız ki, bu da zəifliyə, kreativliyin artmasına
və son hesabda, həllə gətirib çıxarır.
12. Özünüzə inanın. Əminlik idrak
bacarıqlarına təsir edir. Hətta sadə bir ağ xalat dəqiqiqlik və sərrastlığı
artırır.
Tərcümə
və tərtib: Fərid Abdullah.
Комментариев нет:
Отправить комментарий