- Qaqam sual olar?
- Bəli, olar.
- Bax, bəzi
adamlar var xeyriyyə işi keçirib reklam edirlər. Bu nə dərəcədə düzdür?
- Səni narahat
edir? Narahat edirsə sən daha gizli yardım edib alternativ göstərmiş olarsan.
- Yox, sadcə elə
bil ki, gizli olsa daha yaxşıdır. Misal üçün televizorda göstərirlər şou-biznes
camaatını. Mənim tanışlarım onları çağırmışdı, kamera olmadığına görə
gəlmədilər.
- Yardım etmək
dedikdə nə başa düşürsən?
- Nə bilim, sənin
əlində olanı olmayanla paylaşmaq.
- Düzdür, lakin
etiraf edək ki, yardım həm fərdi, həm də ictimai ola bilər. Onsuz da bir işin süniliyi, təbiiliyi aşkar görsənir.
- Elədir, bəs fərdi yardım nə deməkdir?
Hansı yardım daha yaxşıdır?
- Qürurlu, özünəqapanan insanlara yardım
etmək.
- Doğrudan? Bəs yolçuya pul vermək sədəqə
hesab edilə bilər?
- Qardaş, bəzi dilənçinin aylıq məvacibi
sənin aylıq məvacibindən çoxdur.
- Bəs, o zaman
kimə verək?
- Tələbələrə,
qazancı az olan ailələrə, yaşlı və əlil olan qürurlu kimsəsiz insanlara ki,
dilənmirlər, lakin ehtiyaclıdırlar.
- 1 manat?
- Şərt 1 manatda deyil,
varlığını onunla bölüşüb, yanında olmaqdır.
- Qardaş, bəs o
şəkil və kamera məsələsi?
- Yenə də kamera?
- Bəs sünilər,
riyakarlar? Mənə aydın oldu ki, məsələ onda deyil. Lakin bu özünü göstərənlər?
- Əzizim, indiyə
qədər süni şeyin çox yaşadığını görmüsənmi?
- Süni güllər
təbii güllərdən çox yaşayır.
- O əşyadır,
davranış deyil.
- Aydındır, yəni?
- İctimai
məsələləri gündəmə gətirmək diqqəti məsələyə cəlb edir. Lakin dediyim bir qism
fərdi məsələləri gizli saxlamaq lazımdır. Qürurlu camaatın abrı getməsin.
- Bəs şikəst və
əlil olub yardıma ehtiyaclı olsa?
- O da şəxsə
bağlıdır. Həm də məsələsindən asılıdır. Sən bilirsənmi, nə qədər insan
ehtiyaclı olaraq susur və bunun nəticəsində tələf olur?
- Hmm, düzdür. Çox
həssas məsələdir. Minnətdaram qardaş, bu barədə çox işlər görmək olar.
- Əlbəttə olar. Lakin unutmayaq ki, yardım
pulla ölçülmür.
- Necə yəni?
- Bəzən bildiyini paylaşmaq da yardımdır,
sınıq qəlbi qorumaq, zəifi mühafizə etmək də...
- Çox sağ ol, təşəkkür edirəm.
- Buyur.
Fərid Abdullah.
Комментариев нет:
Отправить комментарий