
Qısa zaman ərzində tam
şəkildə yatmaq mümkündürmü? Yuxunu 4-5 saat qədər azaltmaq olarmı? METODİKA
Alimlərin araşdırmasına
görə, insana yenidən güc verəcək, onu gümrah edəcək tamamlanmış yuxunu əldə
etmək üçün adi insan orqanizminə gün ərzində 5 saat yuxu da kifayət edir. Amma
bu 4-5 saatı yatmaq üçün yuxunun bir sıra prinsip və qanunlarına riayət etmək
lazımdır.
İndiki əsrdə həyat
ritminin daha da yüksəldilməsi, onun daha da sürətləndirilməsi yolunda
mütəxəssislər çoxlu səy göstərməkdədirlər. Bu alimlər elə bir üslub yaratmaq
istəyir ki, insan gün ərzində 4-5 saat probemsiz şəkildə yatsın və bunun
əvəzində gün ərzində özünü gümrah hiss etsin. Bunun üçün bir sıra əməllərə
riayət etmək lazımdır.
1. Yatmamışdan əvvəl
özünü sakitləşdirmək, rahatlaşdırmaq gərəkdir. Belə ki, həyəcan və
problemlərinizlə birlikdə yuxuya getməyə ehtiyac yoxdur. Buna görə də,
yatmamışdan 10-15 dəqiqə əvvəl nəsə gözəl bir şey haqqında düşünməyə çalışın və
ya sakitləşdirici musiqilərə qulaq asın.
2. Yatmamışdan əvvəl
mədənizi lazımsız qidalarla doldurmayın və ya axşamçağı qida qəbul etməyi
azaldın. Əks təqdirdə orqanizm öz enerjisini tamamlamaq əvəzinə, onu qidanın
həzmi yolunda sərf edəcəkdir.
3. Yatmaq üçün xüsusi
aksesuarlardan istifadə edə bilərsiz. Misal üçün, mayaotu qozası və s. ətirli
rahatlaşdırıcı yastıqdan istifadə edə bilərsiz.
4. Yatmamışdan əvvəl
isti duş qəbul etmək. Bu təkcə gigiyena üçün deyil, əksinə, gün ərzində
yığılıb-qalmış informasiya, təəssürat və emosiyaların da yuyulub aradan
getməsinə səbəb olur. Çünki, su bədəni sakitləşdirib-rahatlaşdırmaqla özü ilə
onları da aradan "aparır".
5. İsti bəttaniyyə
altında yatmaq. Soyuq zamanı insan istiyə nisbətən daha ağır oyanır.
6. Orqanizminizi 5
saatlıq yuxuya dəqiq şəkildə öyrəşdirməyə çalışın. Belə bir vərdiş hardasa orta
hesabla bir ay müddətinə əmələ gəlir.
7. Həftədə özünüzə elə
bir gün seçin ki, həmin günü adi vaxtdan bir az çox yata biləsiz. Misal üçün, 8
saat. Amma çalışmaq lazımdır ki, belə bir gün gərgin gün olmasın. Çünki, adətən
belə günlərdə insan səksəkəli yatır, rahat istirahətini edə bilmir.
8. Saat 24:00-dan tez yatmağa çalışın. Çünki bu periodda insan orqanizmi
daha tez və daha yaxşı yuxu tələbatını ödəyir. Gecə yarısından sonra yatılan
iki saatlıq yuxu gecəyarısından əvvəl yatılan bir saatlıq yuxuya bərabərdir.
Tərtib etdi: Fərid
Abdullah.
Комментариев нет:
Отправить комментарий